Məhkəmə qərarları › İş №2(067)-1221/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1221/2023

23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1221/2023 23.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, oğlu X2 13 iyul 1999-cu il tarixində Xaçmaz rayonu, Hacıisa-oba kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X4 xx.xx.1994-cü il tarixində, Xaçmaz rayonu, Hacıisa- oba kəndində anadan olmuş, həmin kənddə yaşamış və 13 iyul 1999-cu ildə vəfat etmişdir. Onu Xaçmaz rayonu, Hacıisa-oba kənd qəbirsanlığında dəfn etmişlər və məzarı hal-hazırda oradadır. Oğlu vəfat etdikdən sonra onun ölümü haqqında şəhadətnamə alınmamış və bu barədə müvafiq qeydiyyat aparılmamışdır. Hal-hazırda ailə üzvlərinin, o cümlədən mərhum oğlu X3 da ümumi mülkiyyətində olan Xaçmaz rayonu, Hacıisa kəndi ərazisində yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaq istəyir. Bunun üçün tələb olunan sənədləri aidiyyatı üzrə təqdim etsə də, oğlunun ölüm haqqında şəhadətnaməsinin olmadığına görə həmin sənədi təqdim edə bilmir. Bu səbəbdən çıxarış ala bilmir. Ölüm haqqında sənədi almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Şöbənin arxivində ölüm faktlarının qeydiyyatının reysteri kitabında oğlumun ölüm qeydi tapılmamışdır. Ona görə də Qeydiyyat Şöbəsində ona oğlunun ölüm haqqında sənədinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə oğlu X2 ölüm faktını təsdiq edən sənədi başqa yolla əldə etmək mümkün deyildir, həmin fakt yalnız məhkəmə qaydasında təsdiq edilməlidir. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanları müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, oğlu Emin zəif idi, iynələr vurdururdular, tez-tez qızdırması qalxırdı. 1999-cu ilin iyul ayı idi, uşağına kənd həkim məntəqəsində baxırdılar. 13 iyulda səhər oğlu ölmüşdür. O, sahədə idi, gedib görmüşdür ki, oğlu ölüb. Xəstəxanaya uşağını ölməmişdən əvvəl aparmışlar. Öləndən sonra uşağını dəfn etmişlər. Uşağa kənddə məntəqə həkimi baxırdı, iynələrin vururdu. Öləndə də o, gəldi, dedi artıq gecdir. İynələri uşağı üçün həkim məntəqəsinin həkimi yazmamışdı. Şahidləri qardaşı, əmisi oğlu və qonşusudur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, ərizəçi qardaşıdır, onunla münasibətləri yaxşıdır. 1994-cü ildə qardaşı uşağı anadan olub, 1999-cu ildə isə ölüb. O, xəstəlik nəticəsində ölüb. Qardaşı oğlu xx.xx.1999-cu ildə anadan olub, xx.xx.1999-cu ildə ölüb. Qardaşı oğlu xəstə idi, xəstəlikdən ölüb. O, həmin vaxt işdə imiş. Qardaşı oğlunun dəfnində, yaslarda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, ərizəçi əmisi oğludur, onunla münasibətləri yaxşıdır. Ərizəçi oğlu 1994-cü ildə anadan olub və xəstə olduğu üçün 1999-cu ildə ölüb. Ərizəçi oğlu xəstə idi, xəstəlikdən ölüb. Ərizəçi övladının dəfnində, yaslarda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, ərizəçinin dayısı oğludur, onunla münasibətləri yaxşıdır. Ərizəçi oğlu 1994-cü ildə anadan olub və xəstə olduğu üçün 1999-cu ildə ölüb. O, xəstə idi. Ərizəçi oğlu xəstə idi, xəstəlikdən ölüb. Ərizəçi övladının dəfnində, yaslarda iştirak etmişdir. Emin Babayevin öldüyünü təsdiq edir. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, Xaçmaz rayon Hacıisa-oba kəndində şahidlərin iştirakları ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ərizəçinin oğlu X4 13 iyul 1999-cu ildə vəfat etmiş və Xaçmaz rayonunun Hacıisa-oba kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 03 fevral 2023-cü il tarixli №05/Q-83/69 saylı arayışdan müəyyən olunur ki, X4 xx.xx.1994-cü ildə Xaçmaz rayon, Hacıisa-oba kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı 02 mart 2023-cü il tarixli №32 saylı məktubundan görünür ki, X2 xx.xx.1994 - xx.xx.2023-cü illər üzrə Maraqlı şəxs üzrə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X4 barəsində Ümumrespublika elektron məlumatı ilə yoxlanılmış, xx.xx.1994 - xx.xx.2023-cü illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X5 03 mart 2023-cü il tarixli №PHŞ-6-43/2-700/2023 nömrəli məktubundan müəyyən olunur ki, Xaçmaz rayonu, Hacıisa-oba kəndi sakini olmuş xx.xx.1994-cü il təvəllüdlü X2 xx.xx.1999-cu il tarixdə vəfatı barədə “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi haqqında Xaçmaz RMXda heç bir məlumat yoxdur. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, 1994-cü ildə Xaçmaz rayonunun Hacıisa-oba kəndində anadan olmuş X2 xx.xx.1999-cu ildə vəfat etməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 1994-cü ildə Xaçmaz rayonunun Hacıisa-oba kəndində anadan olmuş X2 xx.xx.1999-cu ildə vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1994-cü ildə Xaçmaz rayonunun Hacıisa-oba kəndində anadan olmuş X2 xx.xx.1999-cu ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar