Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1229/2025 20.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə (Maraqlı şəxs) məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 27 may 1974-cü ildə Xaçmaz rayonunda anadan olmuş X1nun 01 sentyabr 1990-cı ildə Quba rayonu ərazisində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1978-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Onun valideynləri X7 və X6 olmuşlar. Valideynlərindən atası Hacımurad xx.xx.2020-ci ildə, anası Raziya isə xx.xx.2024-cü ildə vəfat etmişlər. 27 may 1974-cü ildə Xaçmaz şəhərində anadan olmuş X5 onun doğma qardaşı olmuşdur. X1 31 avqust 1990-cı il tarixdə qohumlar və qonşularla birlikdə Quba rayonu ərazisindəki “Həzrət baba” pirini ziyarət etməyə getmiş, ziyarət zamanı 01 sentyabr 1990-cı il tarixdə təxminən saat 03 radələrində hündür qayalıqdan yıxılaraq vəfat etmiş və mərhum qohum-əqrəbanın və qonşuların iştirakı ilə el adəti ilə Quba rayonunun Küsnətqazma kənd qəbiristanlığında dəfn edilmişdir. Qardaşı qeyd olunan tarixdə vəfat etməsinə baxmayaraq həmin vaxt hüquqi savadsızlıqdan valideynlərinı qardaşının ölümü barədə vaxtında tibbi arayış almamış və ölümünü qeydə aldırmamışlar. Hal-hazırda valideynləri də vəfat etmişlər. Vərəsəlik məsələlərinin həlli ilə əlaqədar aidiyyatı orqanlara müraciət edərkən ondan qardaşının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etsə də, vaxtında qardaşının ölümü barədə tibbi arayış alınmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona imtina məktubu verilməklə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. X1 01 sentyabr 1990-cı il tarixdə vəfat etməsi ərizəsinə əlavə etdiyi, İcra nümayəndəliyi tərəfindən şahidlərin iştirakı ilə tərtib edilmiş müvafiq akt, eləcə də ölüm faktı ilə bağlı Quba rayon Prokurorluğunda aparılmış araşdırmanın nəticəsinə dair cinayət işinin başlanılmasınm rədd edilməsi barədə qərarla da təsdiq olunur. Belə ki, həmin qərarda bütün araşdırmanın nəticələri, şahidlərin ifadələri, hadisənin baş verməsinə dair araşdırılmış hallara dair məlumatlar ətraflı qeyd edilmişdir. Həmin qərarla hadisədə cinayət faktı olmadığından cinayət işi başlanması rədd edilmişdir. Həmçinin qardaşının qeyd edilən tarixdə vəfat etməsi və Quba rayonunun Küsnət-qazma kənd qəbiristanlığında dəfn edilməsini məhkəməyə təqdim edəcək şahidləri də tam təsdiq edəcəklər. Ərizəsinə həmçinin qardaşının ölümü barədə tibbi şəhadətnamənin verilməsi haqqında Xaçmaz Mərkəzi rayon Xəstəxanasında heç bir məlumatın tapılmadığı barədə baş həkimin müvafiq arayışını və qəbrin fotoşəkillərini də əlavə etmişdir. O, mərhum qardaşının ölümü barədə müvafiq sənədi digər qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəni müdafiə edərək bildirdi ki, qardaşı xx.xx.1990-cı il tarixdə vəfat edib. Vəziyyətlə bağlı xx.xx.1990-cı il tarixdə dəfn olunub. Xahişi odur ki, ərizəsi təmin edilsin. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. O vaxt onun 25 yaşı var idi. O vaxt eşitmişdir ki, qardaşı Baba dağında yıxılıb rəhmətə gedib. Dəfndə Küsnət-qazma kəndində olub. Ora yasa getmişdir. Məhəllədə də yas vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır. O, onun qonşusudur. Rəhmətlik ata-anası ilə bərabər işləmişdir. Qardaşını da tanıyırdı. Qardaşı pirə gedib orada vəfat edib. Küsnətdə dəfn olunub. Ayın 1-i vəfat etmişdir. Ayın 3 də isə dəfn olundu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, qonşudur. Qardaşı Rəhman 1990-cı ildə vəfat edib. Quba rayonu, Küsnətqazma kəndində dəfn olunub. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə Xaçmaz şəhərində anadan olmuşdur. - xx.xx.2024-cü il tarixli Arayışdan müəyyən olunur ki, Ərizəçi ünvan 2 ünvanda yaşayır. - ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2020-ci ildə vəfat etmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2024-cü ildə vəfat etmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi barədə Quba Rayon Prokurorluğunun xx.xx.1990-cı il tarixli qərarından müəyyən olunur ki, Rəhman Məmmədovun ölümü özünün ehtiyatsızlığı nəticəsində baş verdiyindən onun ölümündə başqa şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. - Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən təsdiq olunmuş xx.xx.2025-ci il tarixli Aktdan müəyyən olunur ki, 27 may 1974-cü ildə Xaçmaz şəhərində anadan olmuş X5 01 sentyabr 1990-cı il tarixdə vəfat etmiş və mərhum qohum-əqrəbanın və qonşuların iştirakı ilə el adəti ilə Quba rayonunun Küsnət-qazma kənd qəbiristanlığında dəfn edilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1978-ci ildə Xaçmaz şəhərində doğulmuşdur. Ata qrafasında X7 və ana qrafasında X6 qeyd olunmuşdur. - doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.1974-cü ildə Xaçmaz şəhərində doğulmuşdur. Ata qrafasında X7 və ana qrafasında X6 qeyd olunmuşdur. - «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X20 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü X2 01 sentyabr 1990-cı ildə vəfat etməsi barədə “Ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi haqqında “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə heç bir məlumat yoxdur. - Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vəfat etmiş X1 barəsində xx.xx.1974 - xx.xx.1990-cı illər üzrə Maraqlı şəxs üzrə ölümün qeydə alınıb-alınmaması yoxlanılmışdır. X5 barəsində xx.xx.1974 - xx.xx.1990-cı illər üzrə Azərbaycan Respublikası ümumrespublika elektron məlumatları üzrə aparılmış yoxlama ilə ölüm akt qeydi aşkar olunmamışdır. - Fotoşəkillərdən müəyyən olunur ki, X5 adlı şəxsə qəbir daşı qoyulmuşdur və daşın üzərində “Baba dağda ölüb” yazısı qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin qardaşı 1974-cü ildə doğulmuş X5 31 avqust 1990-cı il tarixdə qohumlar və qonşularla birlikdə Quba rayonu ərazisindəki “Həzrət baba” pirini ziyarət etməyə getmiş, ziyarət zamanı 01 sentyabr 1990-cı il tarixdə təxminən saat 03 radələrində hündür qayalıqdan yıxılaraq vəfat etmiş və mərhum qohum-əqrəbanın və qonşuların iştirakı ilə el adəti ilə Quba rayonunun Küsnətqazma kənd qəbiristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamələrin alınması mərhumun qardaşı olan Ərizəçi oğlu üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. - 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 27 may 1974-cü ildə Xaçmaz şəhərində anadan olmuş X2 xx.xx.1990-cı ildə ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-1229/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1229/2025
20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver