Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1294/2024 11.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 11 mart 1962-ci il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olan anası X6 23 iyun 2016-cı il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü anası X11 xx.xx.2016-cı il tarixdə yaşadığı Xaçmaz rayonunun Qusarçay kəndində vəfat etmişdir. Lakin səhlənkarlığı, savadsızlığı və qanunu bilmədiyindən vaxtında anası X11 üçün ölümü barədə həkim arayışı almamışdır. Anasının 23 iyun 2016-cı il tarixdə vəfat etməsinə baxmayaraq onun ölümü Qeydiyyat Orqanında qeydiyyata alınmamışdır. Zərurət yarandığından anasının ölüm haqqında şəhadətnaməsini almaqdan ötəri, Maraqlı şəxsnə müraciət etmiş, lakin həkim arayışı alınmadığından və bu arayışın alınması üçün tərəfindən müəyyən olunmuş müddət ötürüldüyündən ölüm şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. X4 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və yaşadığı Xaçmaz rayonunun Qusarçay kənd camaatının iştirakı ilə kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində göstərmişdir ki, ərizəçi qonşusudur. Ərizəçinin anasının adı Sürmə olmuş, 2016-cı ilin iyun ayının 23-də vəfat etmişdir. X14 kəndində dəfn olunmuşdur, dəfndə iştirak etmişdir. Ərizəçinin anası xəstə olmuşdur. Onun 2 övladı olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X16 ifadəsində göstərmişdir ki, ərizəçi qonşusudur. Ərizəçinin anası 2016-cı ilin iyun ayının 23-də, atası 2016-cı ilin oktyabr ayında vəfat etmişlər. Onların Elnur və Zümrüd adlı 2 övladları olmuşdur. Zümrüd Rusiysa Federasiyasında yaşayır. Ərizəçinin anası Qusarçay kəndində dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Maraqlı şəxs arayışından müəyyən olunur ki, Ərizəçi xx.xx.1984-cü ildə doğulmuşdur. X2, anası X9r. -Maraqlı şəxs arayışından müəyyən olunur ki, X11 xx.xx.1962-ci ildə doğulmuşdur. X3, anası X5r. -Maraqlı şəxs arayışından müəyyən olunur ki, Zeynalov Binyat oğlu ilə X13 xx.xx.1982-ci ildə nikaha daxil olmuş, ərə “Zeynalov”, arvada “Zeynalova” soyadı verilmişdir. Maraqlı şəxs arayışından müəyyən olunur ki X11 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - İlqar Hacıyevin, Güləli Qəmbərovun və Abıgül İskəndərovun iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, Xaçmaz rayonu Qusarçay kənd sakini X11 xx.xx.2016-cı ildə vəfat etmiş və Qusarçay kənd qəbirstanlığında dəfn olunmuşdur. -Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X11 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X11 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıyla yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. -«Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X23 xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, 1962-ci il təvəllüdlü Əliyeva (Zeynalova) Sürmə Əlişah qızının xx.xx.2016-cı il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. -Fotoşəkildən görünür ki, X11 adlı şəxsə qəbir daşı qoyulmuşdur. -Torpağın mülkiyyətə verilməsinə dair JN-427A saylı 30213018 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 saylı qərarı ilə Ərizəçi və ailə üzvlərinin mülkiyyətinə 0,06 ha torpaq sahəsi verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 11 mart 1962-ci il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olan X11 Ərizəçi anasıdır. Ərizəçi Xaçmaz rayonunda qeydiyyatdadır. X11 xx.xx.2016-cı il tarixdə yaşadığı evdə ölmüş və Xaçmaz rayonu Qusarçay kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 1.3-cü bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir -307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. -311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. -193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. -194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 11 mart 1962-ci il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olan X11 Ərizəçi anasıdır. Ərizəçi Xaçmaz rayonunda qeydiyyatdadır. X11 xx.xx.2016-cı il tarixdə yaşadığı evdə ölmüş və Xaçmaz rayonu Qusarçay kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 11 mart 1962-ci il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olan X6 23 iyun 2016-cı il tarixdə ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220-ci, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 mart 1962-ci il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olan X6 23 iyun 2016-cı il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1294/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1294/2024
11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver