Məhkəmə qərarları › İş №2(067)-1309/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1309/2021

18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1309/2021 18.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək atası X4 28 may 2017-ci ildə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, atası X9 01.01.1930-cu ildə Xaçmaz rayonu Keymərəz kəndində yaşamış, ailə qurmuşdur. Mərhum atası 28 may 2017-ci il tarixdə vəfat etmiş, lakin onun ölümü Qeydiyyat Orqanında qeydiyyata alınmamışdır. Buna səbəb isə onun səhlənkarlığı olmuşdur. Yaxın vaxtlarda ölüm şəhadətnaməsinə zərurət yarandığından o, Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin həkim arayışı alınmadığından və bu arayışın alınması üçün tərəfindən qanunla müəyyən vaxt ötürüldüyündən şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Atası 28 may 2017-ci il tarixdə Keymərəz kənd qəbristanlığında kənd camaatının iştirakı ilə dəfn edilmişdir. Göstərilənlərə əsasən atası X4 28 may 2017-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndlidirlər. Ərizəçinin atası X9 28 may 2017-ci ildə qocalmağı səbəbindən vəfat etmişdir. X2 rayonu Keymərəz kənd qəbirstanlığında kənd camaatının iştirakı ilə dəfn olunmuşdur. Yas mərasimində o şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. X9 4-5 ilə yaxın müddətdir ki, rəhmətə gedib. O, yas mərasimində iştirak etmişdir. O, yaşlı və xəstə idi. X6 Xaçmaz rayonu Keymərəz kənd qəbirstanlığında kənd camaatının iştirakı ilə dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan AZE seriyalı, 06082195 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 XX.XX.1930-cu ildə Xaçmaz rayonu Keymərəz kəndində doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi xx xxxx 1976-cı ildə anadan olmuş, atası X9, anası X5r. İş materiallarında olan Aktdan müəyyən olunur ki, 1930-cu ildə anadan olmuş X9 28 may 2017-ci il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Keymərəz kənd qəbristanlığında dəfn olunmuşdur. Aktı tərtib edən şəxslər dəfndə iştirak etmişlər. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı 09 aprel 2021-ci il tarixli məktubundan görünür ki, X9 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X9 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X14 05.05.2021-ci il tarixli 728 nömrəli məktubundan müəyyən olunur ki, Birliyin Xaçmaz rayon şöbəsində mərhum X9 barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X4 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. 1930-cu ildə anadan olmuş X4 28 may 2021-ci il tarixdə Xaçmaz rayonunda vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar