Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1335/2024 03.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim QasımovaVüsaləYadigarqızınınsədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh İB-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azəriqaz İB-nin Xaçmaz RQİİ-in xx.xx.2023-cü il tarixli 8/3-1K-195/2023 saylı əmrin ləğv edilməsi, onun işə bərpa olunmağı və məcburi işi buraxma üçün əmək haqqı ödənilməsi və ödədiyi 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 1976-cı ildəbaşlamışdır. Qaz təsərrüfatında isə əmək fəaliyyətinə xx.xx.2006-cı ildən başlamışdır. Bir müddət ərzində Şabran Qaz istismar sahəsində elektrik qaz qaynaqçısı və plastmas qaynaqçısı peşələrində işləmişdir. X3 Qaz İstismar idarəsinin İnsan Resursları şöbəsinin rəisi Tengiz Cəlillinin səriştəsizliyi, AR. Əmək Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan əsaslara və qaydalara əməl edilmədiyi halda o, Xaçmaz RQİİ-nin rəisi A.Abasovun xx.xx.2023-cü il tarixli əmri ilə xəbəri olmadan işdən azad olunmuşdur. Əlavə məlumat üçün bildirir ki, o, menyer xəstəliyi ilə əlaqədar xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi Z.Əliyeva adına Mərkəzi klinika tərəfindən ambulatory müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixindən işə başlamışdır. 12 sentyabr 2023-cü il tarixində ona Xaçmaz RQİİ-nin İRŞ-nin şöbə rəisinin tapşırığına əsasən DSMF-dan pensiya alıb-almamağı barədə arayışı almağı bildirildi. O, da öz növbəsində yaşadığı Şabran rayonundakı DSMF-nin qəbul şöbəsinə bu barədə müraciət etdi. 13 sentyabr 2023-ci ii tarixində pensiya almağı barədə DSMF-nin public hüquqi şəxsinin Siyəzən şəhərində yerləşən 2 saylı Quba-Xaçmaz Regional filialından ərizəsinə əlavə etdiyi ƏƏSMN-nin mərkəzləşdirilmiş electron informasiya sistemindən əldə olunmuş ********** saylı arayışı alaraq 19 sentyabr 2023-cü il tarixdə Xaçmaz RQİİ-də Tengiz Cəlilliyə təqdim etsə də həmin bu sənədi qəbul etmədi və ona bildirdi ki, ona möhürlü, qeydiyyat və ştamplı, imza ilə təsdiq olan arayış gətir.Ona arayışı Quba Asan Xidmətdən almağını bildirdi. Quba Xaçmaza yaxındır. O, məcburiyyət qarşısında qalıb Quba Asan xidmətə getmişdir. Oradan da idarənin İRŞ-nin şöbə rəisi Tengiz Cəlillinin tələb etdiyi qaydada olan arayışı vermədilər. Bu barədə də ona dedikdə bildirdi ki, tap, dediyi formada arayışı gedib Bakıdan DSMF-dan al gətir. O,Tengiz Cəlilliyə e-sosial.az portalından yoxlayıb məlumatılanmasını bildirdi. Hətta onu da bildirdi ki, güzəştli şərtlərlə 57 yaş həddində pensiya təyin olunmağı barəcə RQİİ-nin sorğusuna əsasən xx.xx.2015-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə pensiya almağı barədə şəxsi işində DSMF-nin Şabran rayon şöbəsinin rəsmi məktubu da var. Cavabında ona bildirdi ki, həmin məktub köhnədir. O, qərara gəlmişdir ki, xx.xx.2023-cü il tarixində idarəyə pensiya almağı barədə arayışı təqdim edəndə xx.xx.2023-cü ildən işdən də azad olsun. Bu barədə ərizə də yazmışdır, idarənin İRŞ-nin şöbə rəisinin T.Cəlillinin səriştəsizliyi, qanunvericiliyi bilməməsi və mərkəzləşdirilmiş Elektron informasiya sistemindən əldə edilmiş sənədlərə inamsızlığı, tərəfindən pensiya almağı barədə DSMF-nin Şabran rayon şöbəsindən alaraq Xaçmaz F.C.i –nin kadrlar şöbəsinə təqdim etdiyi və şəxsi işində olan sənədin köhnə olması səbəbindən baxılmayaraq qəbul edilməməsi və onu süründürməçiliyə salması, onun xəstəliyinin kəskinləşməsinə səbəb oldu. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək təkrarən əmək qabiliyyətinin müvəqqəti itirməyinə səbəb olmuşdur. xx.xx.2023-cü il tarixdə o, Şabran rayon Mərkəzi xəstəxanasında həkim qəbulunda olarkən İRŞ-nin şöbə rəisi T.Cəlilli onunla telefon əlaqəsi zaman Bakıdan DSMF-dən arayış almağını soruşdu. O, isə ona izah etdi ki, onu əsəbləşdirdiyinə görə xəstədir. Həkimdədir, o isə əvvəlcə söylədi ki, özünü ələ al niyə əsəbiləşirsən. Sonra isə bildirdi ki, Səhiyyə Nazirliyinə sorğu verəcək. Haradan xəstəlik vərəqəsi açılmasını müəyyənləşdirəcək. O, isə ona bu bərədə də demiş ki, hansı xəstəxanadadır. Təxminən xx.xx.2023-cü il tarixində işlədiyi Xaçmaz RQİİ-nin Şabran rayonu üzrə xidməti sahəsinin kargüzarlıq xidmətinin texniki ona zəng edib bildirdi ki, bəs RQİİ-dən Tengiz müəllim dedi ki, Nazim bir ərizə yazsın ki pensiya alır. O, da xidməti sahəyə birtəhər getmiş. Kiminsə tərəfindən onun adından yazılan pensiya almağı barədə ərizəyə imza atmış. Əmək müqaviləsinə xitam verilməsi barədə məlumat isə ona "S" oktyabr 2023-cü ildə işlədiyi Şabran xidmət sahəsinin texniki Könül verib. İdarənin xx.xx.2023 cü il tarixli "Əmək kitabçasının təhvil verilməsi barədə" məktubunu da xidmət sahəsinin işçisindən xx.xx.2023-cü İ ltarixdə almışdır. 25.10.23-cü il tarixdə isə xx.xx.2023cü il tarixdən etibaən açılmış ******* saylı xəstəlik vərəqəsini Xaçmaz RQİİ-nə təqdim etmək istəyərkən şöbə rəisi Tengiz Cəlilliyə şöbənin işçisi Murad zəng edib bildirdi ki, Şabranda İddiaçı xəstəlik vərəqəsini gətirib. O, isə bildirdi ki, qəbul etməyin və onlar da qəbul etmədi. Hesab edir ki, onun işdən çıxarılma xx.xx.2023-cü il tarixl i8/3-lK-195/2023 saylı əmri qanunsuz verilib. Onun işdən çıxarılmağı ƏməkMəcəlləsinin 79-cu maddəsinin tələblərinə ziddir. O, xx.xx.2024-cü ildə mediasiya iclasnda iştirak edərək müvafiq protocol və arayış almışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlər ilə eyni məzmunlu izahat verdi. Əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixli əmr ilə işdən azad olunmuşdur. Çingiz bəy ona zəng elədi ki, sən təqüd alırsanmı? Daha sonra onu arayış almaq üçün Şabrana göndərdilər. Oradan da Siyəzənə getməli olduğunu söylədilər. O, dedikləri arayışı Siyəzəndən aldı və Xaçmazda idarəyə təqdim etdi. Lakin bu səfər də ona dedilər ki, Qubadan almalısan. O, həmin vaxt onsuz başından müalicə alırdı. O, dedikləri kimi Qubaya getmiş, lakin oradan ona arayışı vermədilər. Hətta onu da bildirdi ki, 57 yaş həddində təqaüd təyin olunmağı barədə Şabran rayon şöbəsinin rəsmi məktubu var. Onunla da razılaşmadılar. Qubada olarkən ona zəng elədi ki, Bakıya getməlisən.O, həmin vaxt bildirdi ki, onun başı ağrıyır, artıq dayana bilmir. Daha sonra onunla əlaqədar o, xəstəxanaya getmişdir. Ayın 19-u ona bülleten açdırdılar. Ayın 21-i Çingiz bəy yenidən ona zəng vurdu. Ondan harada olduğunu soruşdu. O, isə xəstəxanada olduğunu bildirdi. Ayın 21-i isə onu işdən azad etdilər. Bu isə qanunsuzdur. İddiaçı məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun 23 avqustda pensiya yaşı tamam olub. Əmək Məcəlləsində də yazılır ki, 1 ay müddətində işə xitam verilir. Onun bütün əsəblərini korladılar. Ona Bakıya getməyi dedilər. İşin əsli odur ki, o, həmin vaxt bülletendə olmuşdur. Yəni, bülletendə olduğu halda, onui işdən azad ediblər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı ilə bağlanmış Əmək müqaviləsinin xitam verilməsi 75-ci maddənin “ç” bəndinə əsasən verilib. İşçi yaş həddinə çatdıqda işçinin müqaviləsinə xitam verilir. Onlar işçini 75-ci maddəyə əsasən çıxarmışdır.Pensiya yaşı çatdıqdan sonra 1 ay müddətində işçinin əmək müqaviləsinə xitam verilir. İddiaçı 65 yaşı tamam olduğu üçün xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin digər nümayəndəsi Nümayəndə2iddia tələbini qəbul etməyərək, digər nümayəndənin izahatını təsdiq edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasınaəsaslanmaqlaqiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - Əmək Müqaviləsinin surətindən müəyyən olunur ki, işçi İddiaçı ilə işəgötürən Cavabdeh İB-nin Xaçmaz RQİİ arasında xx.xx.2014-cü ildə müddətsiz Əmək müqaviləsi bağlanmışdır. Müqaviləsinin 9.1-ci maddəsinə əsasən Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69.70.73.74 və 75-ci maddələrində nəzərdə tuuılan əsaslara və qaydalara ciddi əməl olunmadıqda tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Qeyd olunan müqavilənin 9.5-ci bəndinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallara: 9.5.1 Bu Əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2ci maddəsinin aşağıda sadalanan bəndlərində nəzərdə tutulan hallarda xitam verilə bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq, işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin ; d)bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdiyi digər hallar; -İşçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyvən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən bir ay müddətində xilam verilə bilər. - Azəriqaz İB-nin Xaçmaz RQİİ-in xx.xx.2023-cü i! tarixli 8/3-1K-195/2023 saylı əmrin surətindən müəyyən olunur ki, İddiaçı İşlədiyi struktur bölməsi Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran rayonu üzrə Qəza-dispetçer xidməti Vəzifəsinə xitam verilmişdir. Müqaviləyə xitam verilərkən təminatlar: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə 16 (on altı) təqvim gününün pu! əvəzi ödənilməsi.Əsas: İddiaçı əmək müqaviləsi. -İddiaçı ünvanlanan Əmək kitabçasının təhvil verilməsi barədə məktubdan müəyyən olunur ki,əmək kitabçasının işçi tərəfindən təhvil alınması ilə bağlı ona rəsmi qaydada müraciət olunmuşdur. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində iddia tələbinin məhkəmə tərəfindən əsassız sayılaraq təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 1976-cı ildən 21 sentyabr 2023-cü il tarixinədək CavabdehİB-nin Xaçmaz RQİİ-də çalışmışdır. 2023-cü il 21 sentyabr tarixli 8-3-1K-195-2023 saylı Əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2.d bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Cavabdeh İB-nin Xaçmaz RQİİ -yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB-nin Xaçmaz RQİİin xx.xx.2023-cü i! tarixli 8/3-1K-195/2023 saylı əmrin ləğv edilməsi, onun işə bərpa olunmağı və məcburi işi buraxma üçün əmək haqqı ödənilməsi və ödədiyi 60 manat mediasiya xərcini cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahişetmişdir. Cavabdeh tərəf iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbini qəbul etməmiş, iddia tələbi əsassız olduğundan, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsinin ləğv olunması ilə əlaqədar fərdi əmək mübahisəsi yaranmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz və əsassız olduğunu, cavabdeh isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunduğunu bildirmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; -35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən: Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən:
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən;
1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.
3. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər.
4. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır.
5. Əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2023-ci il tarixli əmrlə İddiaçı əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdığı üçün xitam verilmişdir. Qeyd olunan əsasla işçinin əmək müqaviləsinə xitam verilməsinə dair müddəa işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin şərtlərində öz əksini tapmış, işçi işəgötürən ilə əmək müqaviləsi bağlayarkən əmək müqaviləsinin şərtləri ilə tanış olmuş, müqavilənin şərtlərini qəbul etməsini öz imzası ilə təsdiq etmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. İddiaçı məhkəməyə bildirdiyi əsas dəlilinə, yəni onun əmək müqaviləsinə əmək fəaliyyətini müvəqqəti itirdiyi dövrdə xitam verilməsinin qanunsuz olduğuna münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində tərəflərin özlərinin müəyyənləşdirdiyi şərtlər öz əksini tapmışdır. Tərəflərin özlərinin müəyyənləşdirdiyi şərtlərdən biri də sözügedən müqaviləyə işçi qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda işəgötürən tərəfindən bir ay ərzində xitam verilməsi halı olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü bu dəlil Əmək Məcəlləsinin 73.2 və 79-cu maddəsinin təsiri altına düşmür. Göründüyü kimi əmək müqaviləsinə qanunvericiliyin şərtlərinə əməl edilməklə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub- olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin qeyd olunan normalarına riayət etməklə xitam verildiyindən iddia tələbi əsassızdır. İş üzrə toplanılmış sübutlarla iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla ləğv edilməsi təsdiq olunmuşdur. Beləki, iddia ərizəsində qeyd olunanlar və məhkəmə araşdırması zamanı iddiaçının gətirdiyi dəlillərə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, iddiaçının dəlilləri özünümüdafiə xarakteri daşıyır, əsassızdır və qəbul edilə bilməz. Qeyd olunan əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsi işin faktiki halları və sübutlarla öz təsdiqini tapmır. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi törəmə tələb olub, işə bərpa barəsində iddia tələbindən yaranmışdır. Buna görə də iddianın əmək haqqının ödənilməsi barədə hissəsi də əsassızdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı sənədləşdirmə qanunamüvafiq qaydada aparılmış, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i:
İddiaçı Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüsalə Qasımova