Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1347/2024 18.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs X1 iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə nikahın pozulması və aliment tələbinə dair bağlanmış xx.xx.2024cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, nikahın pozulması tələbinə dair Maraqlı şəxs ilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamış, mediator X3 özlərinə mediator seçərək, xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən hər ikisi nikahı davam etdirməmək və Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 16 iyun 2012-ci il tarixli, 256 saylı nikah qeydinin pozulmasına, uşağın anasının himayəsində qalmasına və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin mart ayından başlayaraq uşağa 235 (iki yüz otuz beş) manat sabit məbləğdə aliment ödəməyə razılaşmışlar. Maraqlı şəxs ilə barışıq sazişinə əsasən hər ikisi nikahı davam etdirməmək və Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 16 iyun 2012-ci il tarixli, 256 saylı nikah qeydinin pozulmasına, uşağın anasının himayəsində qalmasına və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin mart ayından başlayaraq uşağa 235 (iki yüz otuz beş) manat sabit məbləğdə aliment ödəməyə razılaşmışlar. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmiş, bildirmişdir ki, X6 ilə mediasiya prosesində razılığa gəlmişlər ki, boşansınlar. Uşağı anasında qalacaq və onun saxlanılması üçün ayda 235 manat aliment ödəyəcək. Bununla bağlı barışıq sazişi bağlamışlar. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, boşanmağa razıdır, uşağın saxlanılması üçün ona 235 manat aliment ödəniləcəyi barədə mediasiya prosesində razılığa gəlmişlər və barışıq sazişi bağlamışlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, mübahisənin həlli ilə bağlı tərəflər arasında danışıqlar aparılmışdır. 1. Danışıqlar zaman birinci tərəf (X7) və ikinci tərəf (X4) nikahlarının davam etdirilməsinə qəti razı olmadıqlarını, nikahlarının pozulmasında israrlı olduqlarını bildirdilər. 2. Danışqlar nəticəsində birinci tərəf (X7) ikinci tərəfin (X4) qarşısında öhdəlik götürmüşdür ki, 2024-cü ilin mart ayından başlayaraq hər ayın 10-na kimi xx.xx.2013-cü il təvəllüdlü qızı X5 18 yaşına çatana kimi saxlanılması üçün anası ikinci tərəfə (X8) məxsus Beynəlxalq Bankın 5522-0993-6489-5615 nömrələri olan Tam Kartına 235 (iki yüz otuz beş) manat məbləğində aliment ödəyəcəkdir. Danışıqlar zamanı birinci tərəf (X7 öhdəlik götürmüşdür ki yaşadığı evdə saxlanılan ikinci tərəfə (X4) məxsus bütün es əşyalarını tam qaydada 10 gün ərzində qaytarıb verəcəkdir. Tərəflər qəbul edilmiş öhtəliklərə hörmətlə yanaşacaqlarını və icra edəcəklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X7 ilə X4 arasında bağlanmış “birinci tərəf (X7) və ikinci tərəf (X4) nikahlarının davam etdirilməsinə qəti razı olmadıqlarına, nikahlarının pozulmasında israrlı olduqlarına, 2024-cü ilin mart ayından başlayaraq hər ayın 10-na kimi xx.xx.2013-cü il təvəllüdlü X5 18 yaşına çatana kimi saxlanılması üçün anası ikinci tərəfə (X8) məxsus Beynəlxalq Bankın 5522-0993-6489-5615 nömrələri olan Tam Kartına 235 (iki yüz otuz beş) manat məbləğində aliment ödəyəcəyinə, birinci tərəf (X7) yaşadığı evdə saxlanılan ikinci tərəfə (X4) məxsus bütün əşyalarını tam qaydada 10 gün ərzində qaytarıb verəcəyinə, tərəflər qəbul edilmiş öhdəliklərə hörmətlə yanaşacaqlarına və icra edəcəklərinə” dair xx.xx.2024cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1347/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1347/2024
18.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver