Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-136/2024 07.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və torpaq sahəsinin bərpa edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə iddia qaldıraraq, Xaçmaz rayonunun Çılğır kəndi ərazisində yerləşən 19 noyabr 2019-cu il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətinə verilmiş ümumilikdə 2.36 ha torpaq sahəsinin 0.40 ha hissəsini cavabdehlərin qununsuz istifadələrindən alınaraq istifadəsinə qaytarılmasına, 2.36 ha torpaq sahələrinin texniki göstəriciləri müəyyən edən sənədində olan plan və cizgilər daxilində bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsində dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Çılğır kəndi ərazisində yerləşən 19 noyabr 2019-cu il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətinə verilmiş ümumilikdə 2.36 ha torpaq sahəsinin 0.46 ha hissəsini cavabdehlərin qununsuz istifadələrindən alınaraq istifadəsinə qaytarılmasına, 2.36 ha torpaq sahələrinin texniki göstəriciləri müəyyən edən sənədində olan plan və cizgilər daxilində bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun Çılğır kəndi ərazisindən ümumilikdə 2.36 ha torpaq sahəsi almışdır. Torpaq sahəsinə dair Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 19 noyabr 2019-cü il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış işlənilmişdir. Cavabdehlər ilə həmkəndlidirlər. Onlar onların torpaq sahəsinin qonşuluqunda yerləşən torpaq sahəsinin istifadəçisidirlər. Cavabdehlər hazırda mülkiyyətiinə verilmiş torpaq sahəsiin təxminən 0.40 ha hissəsini özünün olduqlarını iddia edirlər və öz torpaq sahəsinə qatmaqla istifadə edirlər. Cavabdehlər onun mülkiyyətinə verilmiş torpaq sahəsini qanunsuz olaraq istifadə edirlər. Dəfələrlə onlara xoşluqla torpaqı boşaltmalarını təklif etmişdir. Lakin cavabdehlər torpaq sahəsini geri qaytarmaqdan imtina edirlər. Onlar hazırda güya onun mülkiyyəti olan torpaq sahəsini özlərinin olduqlarını iddia edirlər və ona get hara istəyirsən şikayət et deyirlər. Lakin onların bu iddialarının heç bir əsası yoxdur. Cavabdehlərin hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulur. Odur ki, hazırki, iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahiblikdən geri tələb etmək hüququna malikdir. Torpaq sahəsinin ölçüsünü tam olduğunu müəyyən etmək üçün Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin mütəxəsissi torpaq sahəsinə baxış keçirən zaman qonşuları olan cavabdehlər torpaq sahəsinin ölçülərə etiraz etmişlər. Bu barədə müvafiq məktubda mövcuddur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, izahatında göstərmişdir ki, rəylə tanışdır və razılaşır. Cavabdehlər onun mülkiyyətinə verilmiş torpaq sahəsini qanunsuz istifadə edirlər. Qarşı tərəf də çıxarış alıb. O, çıxarışı mübahisələndirməmişdir. Torpaq sahəsinin bir tərəfini zəbt ediblər. Ekspertiza da təyin olunub, rəy də verilib. Reyster gəlib ölçüb. Aydın oluub ki, torpaq zəbt olub. Bu səbəbdən xahiş edir ki, iddiası təmin edilsin. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Rəylə tanışdır və nəticəsi ilə razılaşmır. O, iddiaçının torpağını zəbt etməmişdir. Orada anasının torpağı var. Həmin torpaqda da 8 nəfər mülkiyyətçi var. Biri qardaşıdır. O, da bağ salmışdır. Orada başqa torpaq yoxdur. Torpaq sahəsi necə zəbt oluna bilər. Torpaq sahələri qonşudur. Birinci bacısının, sonra qardaşının, ondan sonra anasının torpaq sahəsidir. Anasının torpaq sahəsindən sonra da onun torpaq sahəsidir. Torpaq veriləndə dava düşdü. O, 12 min manata torpağı satıb. Orada bələdiyyə torpaqları çoxdur. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, onlar onun torpaq sahəsində qələm əkiblər. Onun 61 yaşı var. 1999-cu ildə torpaq sahələri verilib. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil izahatında göstərmişdir ki, Elşanın torpaq sahəsi ilə iddiaçının torpaq sahəsi arasında Elşanın mərhum anasının torpaq sahəsi var. Lakin ekspert rəyində mərhum Məmmədova Marala məxsus torpaq sahəsinin olması ilə bağlı heç bir şey qeyd olunmayıb. Yəni, həmin torpaq sahəsinin yeri qeyd olunmayıb. Təkrar ekspertizanın keçirilməsini istəyir. Yenidən ekspert gəlib yoxlasın. Zəbt olunma ilə bağlı heç bir şey yoxdur. 0,38 ha torpaq sahəsi var. Bu səbəbdən iddinın təmin olunmamasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən olunur ki, iddiaçının xüsusi mülkiyyətinə 2020-ci il tarixdə Xaçmaz rayonu, Çılğır kəndi ərazisindən 2.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - A№ 448957 nömrəli, xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Xaçmaz rayonu, Çılğır kəndi ərazisindən 2.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü İddiaçı Fəkrət oğlunun adına işlənmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyindən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19 noyabr 2019-cu il tarixli, Reyestr nömrəsi **********50 olan, ********** qeydiyyat tarixli, Xaçmaz rayonun Çılqır kəndində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 2.36 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir.(sxem əlavə olunur) İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonu Çılqır kəndində yerləşən 2.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən 0.46 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. İddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən iddiaçının istifadəsinə cavabdehlər tərəfindən maneçilik törədilməsini müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. İddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində cavabdehlər tərəfindən hər hansı bir tikili tikilməmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin 15 yanvar 2024-cü il tarixli, 10/8191 saylı rəyindən müəyyən olunur ki: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19 noyabr 2019-cu il tarixli, Reyestr nömrəsi **********50 olan, ********** qeydiyyat tarixli, Xaçmaz rayonunun Çılqır kəndində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 2.36 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. (Sxem əlavə olunur). -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonunun Çılqır kəndində yerləşən 2.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya (TEKİUS) sisteminə əsasən 0.46 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, iddisçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən maneçilik törədilməsinin müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. - Məhkəmə Ekspertiza Mərkəzinin 15 yanvar 2024-cü il tarixli, 10/8191 saylı rəyindən müəyyən olunur ki, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 manat məbləğində aparılmış tədqiqatın dəyəri olan pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, iddia tələbinin qismən təmin olunması qənaətinə gəlir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Torpaq Məcəlləsinin 18-ci maddəsinə görə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 20-ci maddəsinə görə yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdehlər də iddiaçının mülkiyyətində olan olan torpaq sahəsinin 0.46 ha hissəsindən istifadə edir. Bu fakt işdə olan mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia qismən əsaslıdır. Cavabdehlərin iddiaçıya məxsus 0.46 ha torpaq sahəsini istifadə etməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. Göstərilənlərə əsasən məhkəmə iddianın qismən əsaslı olduğundan qismən təmin edilməsi nəticəsinə gəlir. Bununla belə, məhkəmə iddianın torpaq sahəsinin plan və cizgilər daxilində bərpa edilməsi ilə bağlı hissəsinin araşdıraraq belə nəticəyə gəlir ki, qeyd olunan hissədə iddia tələbinin əsaslı olması barədə işdə hər hansı mötəbər sübut yoxdur. İşdən görünür ki, iddiaçının mülkiyyətində olan 2.36 ha torpaq sahəsinin 0.46 ha hissəsindən cavabdehlər heç bir hüquqi əsas olmadan istifadə edirlər, bununla belə iddiaçıya məxsus torpaq sahəsinin digər hissələrindən də başqa şəxslərin istifadə etməsi istisna deyildir. Mövcud qanunvericiliyə görə torpaq sahəsinin mülkiyyətçisi sahənin zəbt edilməsinə son qoyulmasını konkret şəxslərə qarşı iddia qaldırmaqla məhkəmə vasitəsilə tələb edə bilər. Hazırki mübahisə torpaq sahəsinin 0.46 ha hissəsinə aid olduğundan və məhkəmə araşdırması yalnız bu hissədə aparıldığından iddiaçıya məxsus qalan 1.9 ha (2.36-0.46) torpaq sahəsinin texniki göstəriciləri müəyyən edən sənədində olan plan və cizgilər daxilində bərpa edilməsi mümkün deyildir. İddiaçı torpaq sahəsinin digər hissələrinin də cavabdehlər tərəfindən zəbt edilməsi ilə bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Xaçmaz rayonunun Çılğır kəndi ərazisində yerləşən 19 noyabr 2019-cu il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 2.36 ha torpaq sahəsinin 0.46 ha hissəsi cavabdehlərin qanununsuz istifadələrindən geri alınaraq İddiaçı istifadəsinə qaytarılmalıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Xaçmaz rayonu Çılğır kəndində yerləşən İddiaçı mülkiyyətindəki 2.36 ha torpaq sahəsinin 0.46 ha hissəsi Cavabdeh2 və Cavabdeh1 istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə verilsin. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq, İddiaçı xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-136/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-136/2024
07.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver