Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1378/2021 01.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi 14.02.1941-ci il təvəllüdlü X3 01.12.2010-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 14.02.1941-ci il təvəllüdlü X4 onun nənəsidir və nənəsi 01.12.2010-cu il tarixdə vəfat etmişdir. Həmçinin nənəsi X1 rayon X5 17.12.1997-ci il tarixli 16 saylı qərarı ilə 3451.2 kv.m həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olub. Ölməmişdən əvvəl vəsiyyətnamə ilə əmlakını ona miras qoyub. Nənəsi vəfat edəndən bu günədək əmlakı onun istifadəsində olmaqla, faktiki olaraq mirası qəbul etmişdir. Lakin bu yaxınlarda nənəsi X2 ona miras qalan əmlakı adına rəsmiləşdirmək üçün natariusa müraciət emişdir. Natarius isə ondan nənəsi X3 ölüm haqqında şəhadətnaməsinin təqdim edilməsini istəmişdir. Bundan sonra Maraqlı şəxsnə rəsmi müraciət etmiş və ona rəsmi cavab verilərək bildirilmişdir ki, X4 barəsində umumirespublika elektron məlumatı ilə yoxlanılmış 14.02.1941-01.12.2010-cu illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Lakin nənəsi X3 01.12.2010-cu il tarixdə vəfat etməsini təsdiq edən şahidləri də vardır, onları məhkəməyə təqdim edəcəyini göstərmişdir. Belə ki, qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, nənəsi X3 ölümü haqqında həkim arayışı almaq üçün Xaçmaz rayon X7 Hüquqi şəxsə şifahi müraciət etmişdir, yazılı müraciət etməmişdir. Göstərilənlərə əsasən ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizənin baxılmamış saxlanılması haqqında məhkəməyə ərizə göndərmişdir. Məhkəmə iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, ərizəçi ölüm faktını təsdiq edən sənədin alınması üçün tibb müəssisəsinə müraciət etməmişdir. Məhkəmə qeyd edir ki, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40- 6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş ərizəçi mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, Ərizəçi işin məhkəmədənkənar həll edilməsi qaydasına əməl etmək hüququ olması izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə işin məhkəmədənkənar həll edilməsi qaydasına əməl etmək hüququnun olması izah edilməlidir. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1378/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1378/2021
01.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver