Məhkəmə qərarları › İş №2(067)-1402/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1402/2024

15.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1402/2024 15.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1969-cu ildə anadan olmuş atası X2 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, atası X3 xx.xx.2023-cü il tarixdə Şabran rayon Aygünlü kəndində müvəqqəti yaşadığı evdə 22:15 radələrində vəfat etmişdir. İlk olaraq 103 xidmətinə zəng etmişdir. xx.xx.2023-cü il tarixdə gecə saat 00:40 radələrində Şabran rayon xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım satsiyasının təcili yardım maşını yaşadığı ünvana gəlmişdir. Şabran rayon xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım briqadasının rəyinə əsasən xəstə keçinmişdir. Bu barədə Şabran rayon xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının xəbərdarlıq vərəqəsi vardır. Onlara təqdim olunmuş sənədə əsasən Şabran rayon mərkəzi rayon xəstəxanasına ölüm haqqında tibbi şəhadətnamə alınması ilə bağlı müraciət etmişlər. Lakin atası Xaçmaz rayonunda qeydiyyatda olduğundan onları Xaçmaz rayon mərkəzi xəstəxanasına yönləndirmişlər. Xaçmaz rayon mərkəzi xəstəxanası ölüm haqqında tibbi şəhadərnamənin verilməsindən imtina etmişdir. Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı müraciət etmiş, lakin oradan ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən ölümün qeydiyyat şöbəsi tərəfindən qeydə alınmasının mümkün ola bilməyəcəyi ilə bağlı rəsmi imtina məktubu təqdim edilmiş və məhkəməyə müraciət etmək hüququnun olması barədə izah verilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək göstərmişdir ki, mərhum əri X6 şəhərində yaşadıqları vaxt ölmüşdür. Təcili tibbi yardım çağırmış, onlar da gəlib ölümü təsdiq etmişlər, birinci dəfə yazmışlar ki, əri ürək çatışmazlığından vəfat edib, sonradan arayışı dəyişib ölümün səbəbini yazmamışlar. Həmin arayışa əsasən Xaçmaz RX-dan ölüm haqqında tibbi şəhadətnamə almaq istəmiş, lakin ona həmin arayışı verməmişlər. Ərinin ölümü barədə tibbi şəhadətnaməni də məhkəməyə təqdim etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, taksi sürücüsüdür. Nümayəndə ilə xəstəxanalara getmişdir. Nümayəndə onun yaşadığı kəndə işləməyə gəlmişdir. Onun əri öləndə molla gəlmiş, onu taksi sürücüsü kimi ərizəçini aparmağa dəvət etmişlər. Həmin vaxtdan o ərizəçini və anasını hara lazım olsa aparıb gətirir. Nümayəndə ərinin ölməsini eşitmişdir. Nümayəndə əri necə ölüb bilmir. Nümayəndə Xaçmaz və Şabran rayon xəstəxanalarına aparmış, ona ərinin ölümü haqqında sənəd verməmişlər. Nümayəndə əri öləndən sonra molla ona demişdir ki, taksi kimi gəlib ərizəçini aparsın. Nümayəndə ərinin dəfnində iştirak etməmiş, amma bilmişdir ki, evdə yas var. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, Azad İsrafilovu və Nümayəndə əvvəldən tanımamışdır. Özü dindardır, Şabran rayonunun Mollakamallı kəndində mollalıq edir. 2023-cü ilin dekabr ayında saat 1 ya 2 radələrində obyekt sahibi Sübhan müəllim yanına gəlib demişdir ki, işçisi Sirac ölmüş və onu yas mərasimini idarə etmək üçün dəvət etmiş, gedib yasda dua oxumuşdur. Azadxan Siracın oğludur. Sirac ailəsi ilə birlikdə Sübhan müəllimin təsərrüfatına baxmış və orada da qalmışlar. Ona Siracın ölməsini Sübhan müəllim demişdir. Ölməzdən əvvəl Siracı 1-2 dəfə görmüşdür. X7 və Nümayəndə görmüş, yası onlar idarə etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, ərizəçinin atası qayınatası olub. 2023-cü ilin dekabr ayının 3-də qayınanası zəng edib qayınatasının öldüyünü ona demişdir. O da dərhal getmişdir. Qayınatasının dəfn və yas mərasimlərində iştirak etmiş, köməklik göstərmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi atası X3, anası Nümayəndə qeyd edilmişdir. İş materiallarından görünür ki, ərizəçi, X2 qohumudur. İş materiallarında olan Seyfəl Babayevin, Elxan Babayevin və Şahid2 iştirakı ilə xx.xx.2023-cü ildə tərtib olunmuş aktdan müəyyən olunur ki, xx.xx.1969-ci ildə anadan olmuş X3 xx.xx.2023-cü ildə Şabran rayonunun Aygünlü kəndində vəfat etmişdir. Xaçmaz rayon Qaraqurtlu kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X3 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X8 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, X2 adına ölüm faktı ilə əlaqədar olaraq xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamə vərəqəsi yazılmayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1969-cu ildə anadan olmuş X2 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar