Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1425/2020 24.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2002-cı ildə vəfat etmiş X1 ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, oğlu İlham Həsənov xx xxxxxxxx 1978-ci ildə anadan olmuş, 1996-cı ildə hərbi xidmətə çağırılmış, orada olduğu zaman vərəm xəstəliyinə tutulmuşdur. Oğlu bir müddət xəstəxananın vərəm şöbəsində müalicə almasına baxmayaraq xx xxxxxx 2002-ci ildə yaşadığı ünvanda vəfat etmişdir. Oğlu Köhnə ünvan 1 dəfn edilmişdir. Oğlu öldükdən sonra üzürlü səbəblərdən ölüm haqqında şəhadətnamə almamışlar. Bu barədə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında həkim arayışı olmadığından şəhadətnamə almaq mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1978-ci ildə anadan olmuşdur. Atası X3, anası X2 qeyd edilmişdir. İş materiallarında olan Bahadır Muradovun, Vaqif Fərzəliyevin, Əlişir Məmmədovun, Mübariz Əzməmmədovun və Heybətağa Zeynalovun iştirakı ilə tərtib olunmaqla Xaçmaz rayon notariat kontorunda təsdiq olunmuş aktdan müəyyən olunur ki, xx.xx.1978-ci ildə Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində anadan olmuş X4 uzun sürən xəstəlikdən sonra xx xxxxxx 2002-ci ildə yaşadığı evdə vəfat etmişdir. İlham Həsənov kənd sakinlərinin və yaxınlarının iştirakı ilə Köhnə ünvan 1 dəfn edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, 1978-ci ildə anadan olmuş və 2002ci il tarixdə vəfat etmiş X4 adlı şəxsə qəbir daşı qoyulmuşdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanlıdığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X4 barəsində xx.xx.1978-xx.xx.2020-ci illər üzrə Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X4 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır. Ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X9 xx.xx.2020-ci il tarixli 873 nömrəli məktubundan müəyyən olunur ki, Xaçmaz rayonu Köhnə Xaçmaz kənd sakini olmuş 1978-ci il təvəllüdlü X1 adına 2000-ci il tarixdə vəfat etməsinə dair Xaçmaz MRX tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1978-ci il təvəllüdlü X1 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X1 xx.xx.2002-cı ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1425/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1425/2020
24.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver