Məhkəmə qərarları › İş №2(067)-1476/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1476/2021

10.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1476/2021 10.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 20.09.1961-ci il tarixdə Quba rayonu, Mirzəqışlaq kəndində anadan olmuş anası X3 2003-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 20.09.1961-ci il tarixdə Quba rayonu, Mirzəqışlaq kəndində anadan olmuş anası X7 2003-cü ildə vəfat etmiş və Quba rayonu, Mirzəqışlaq kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt anasının adına ölüm haqqında şəhadətnamə almamışlar və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Anasının həqiqətən də 2003-cü ildə vəfat edərək Quba rayonu, Mirzəqışlaq kənd qəbiristanlığında dəfn olunması qonşuların iştirakı ilə tərtib olunmuş və Dədəli kənd İƏD üzrə nümayəndəlikdə təsdiqlənmiş 12 yanvar 2021-ci il tarixli rəsmi aktla, habelə qəbir daşındakı fotoşəkil və yazılarla təsdiq olunur. Anasının ölməsi barədə tibbi şəhadətnamə alınmaması, Xaçmaz rayon X8 Hüquqi Şəxsin 13.01.2021-ci il tarixli 64 nömrəli arayışı ilə, habelə ölüm haqqında şəhadətnamənin alınmaması Maraqlı şəxs 18.01.2021-ci il tarixli 05/15-06 saylı məktubu ilə təsdiq olunur. X2 ilə anası nikahda olduqları dövrdə anası “İmamova” soyadını qəbul etmiş, 24 iyun 1999-cu il tarixdə boşandıqdan sonra “Qəniyeva” soyadını qəbul etmişdir. Hazırda vərəsəlik məsələlərinin həlli ilə əlaqədar çətinlik yarandığından faktın təsdiq olunması zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq anasının ölümünün onun qocalığı ilə əlaqədar olduğunu, anasının 2003-cü ildə yaşadıqları Bostançı kəndində vəfat etdiyini və qohum, qonşuların iştirakı ilə anasını Quba rayonunun Mirzəqışlaq kənd qəbristanlığında dəfn etdiklərini bildirərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə islasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ərizəçinin qonşusu olduğunu, qohumluq münasibətlərinin olmadığını, münasibətlərinin yaxşı olduğunu, ərizəçinin anası X3 2003-cü ildə vəfat etdiyini və onu Quba rayonunun Mirzəqışlaq kəndində dəfn etdiklərini, qonşu kimi ərizəçinin anasının dəfn və yas mərasimlərində iştirak etdiyini, ərizəçinin anası X3 qocalığı ilə əlaqədar vəfat etdiyini bildirmişdir. Bazasında ölüm aktı qeydi aşkar edilməmişdir. ərizəçinin qonşusu olduğunu, qohumluq münasibətlərinin olmadığını, münasibətlərinin yaxşı olduğunu, ərizəçinin anası X3 2003-cü ildə vəfat etdiyini və onu Quba rayonunun Mirzəqışlaq kəndində dəfn etdiklərini, qonşu kimi ərizəçinin anasının dəfn və yas mərasimlərində iştirak etdiyini, ərizəçinin anası X3 qocalığı ilə əlaqədar vəfat etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan Maraqlı şəxs 15 yanvar 2021-ci il tarixli çıxarışından müəyyən olunur ki, X7 20.09.1961-ci il tarixdə Quba rayonunun Mirzəqışlaq kəndində anadan olmuşdur. Maraqlı şəxs 26 yanvar 2021-ci il tarixli çıxarışından müəyyən olunur ki, X7 və X5 nikahları 24 iyun 1999-cu il tarixdə pozulmuş və nikah pozulduqdan sonra ərə “İmamov”, arvada “Qəniyeva” soyadı verilmişdir. Vİİİ-JQ 290443 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə anadan olmuşdur, onun X2, anası X6r. Maraqlı şəxs 18.01.2021-ci il tarixli arayışından müəyyən olunur ki, 20.09.1961- 16.01.2021-ci illər aralığında X10 barəsində Azərbaycan Respublikası Ümumrespublika elektron məlumatlar yoxlanılmış və ölüm aktı qeydi aşkar edilməmişdir. “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 13.01.2021-ci il tarixli, 64 saylı arayışından müəyyən olunur ki, 1961-ci il təvəllüdlü İmamova (Qəniyeva) Xanım Ağamalı qızının 2003-cü il tarixdə ölümü haqqında “Ölüm haqqında tibbi .əhadətnamə”nin verilməsi barədə heç bir məlumat yoxdur. Xaçmaz rayon, Bostançı kənd sakinlərinin iştirakı ilə 12 yanvar 2021-ci il tarixdə tərtib edilmiş aktdan müəyyən olunur ki, İmamova (Qəniyeva) Xanım Ağamalı qızı 2003-cü il tarixdə vəfat etmiş və Quba rayonunun Mirzəqışlaq kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbrin fotoşəklindən müəyyən olunur ki, X7 1961-ci ildə anadan olmuş və 2003-cü ildə vəfat etmişdir. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi anası X3 2003-cü ildə vəfat etməsi hüquqi faktı iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq isra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məsəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayan Respublikasının Mülki Prosessual Məsəlləsinin 310-cu maddəsinə əsasən ərizədcə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçinin oğlu X1 ölüm faktının müəyyən edilməsi miras qalmış əmlak üzrə vərəsəliyin müəyyən edilməsi ilə əlaqədar zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi anası X3 2003-cü ildə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-si və 360-sı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi anası X3 2003-cü ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaysan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar