Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-940/2024 31.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçılar İddiaçı, X3, X4 və X1 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan təyinatlı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tаrixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ümumi birgə paylı mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları, torpaq sahəsinin iddiaçılara təhvil verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 18.816 manat maddi zərərin, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən 6184 manat maddi zərərin, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən 5000 manat mənəvi zərərin, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 01 aprel 2024-cü il tarixli qətnamə ilə iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. İddiaçılar həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Zaqatala Rayon Məhkəməsinin 05 iyul 2024cü il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tаrixli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verildiyi bildirilmiş və işin həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(MPM) 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmçinin MPM-nin 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan Məhkəmə hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tаrixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı, X3, X4 və X1 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan təyinatlı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın. İş materialları Zaqatala Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(107)-940/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-940/2024
31.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver