Məhkəmə qərarları › İş №2(067)-1528/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1528/2024

08.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1528/2024 08.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl zinyət əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq göstərmişdir ki, komplekt ağ qızıl 75 qram, probu 750, qiyməti 7550 manat, sünbül boyunbağı 11 qram, probu 750, qiyməti 1150 manat, sünbül qolbaq 5 qram, 420 manat, nişan üzüyü qramı 9, qiyməti 850 manat, gül üzük 3 qram, 220 manat, ümumilikdə qızılların ümumi dəyəri 10090 manatdır. Göstərilən qızıllarının Cavabdeh alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh olan keçmiş gəlini Cavabdeh onun bütün qızıllarını aparmışdır. Buna görə də Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, 2(012)-433/2019 saylı qətnamə ilə iddiasi qismən təmin edilmişdir. Həmin qətnamədə Cavabdeh 1 dəst komplekt briliyant (1 dəst briliyant qaşlı sırğa və 1 ədəd briliyant üzük), 1 ədəd (sünbül formalı) qızıl boyunbağı və 1 ədəd (sünbül formalı) qızıl qolbaq, 1 ədəd gül qızıl üzük və 1 ədəd brilyant qaşlı üzük geri alınaraq İddiaçı qaytarılması, iddia qalan hissədə təmin edilməməsi qeyd olunmuşdur. Onun qızıllarının qiyməti ümumilikdə 10090 manatdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçıya rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-433/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh qızıl zinət əşyaları - 1 dəst komplekt brilyant üzük və sırğa, 1 ədəd sünbül formalı qızıl boyunbağı və 1 ədəd sünbül formalı qızıl qolbaq, 1 ədəd gül qızıl üzük və 1 ədəd briliyant qaşlı üzük alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Göründüyü kimi hazırki iddia üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan mülki işə üzrə hazırlıq icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı qızıl zinyət əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin hazırlıq icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar