Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1533/2021 06.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək qardaşı X7 10 avqust 2002-ci il tarixdə Xaçmaz rayonunun Müşkür kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X9 26 fevral 1960-cı ildə anadan olmuşdur. Qardaşı 10 avqust 2002-ci ildə vəfat etməsinə baxmayaraq onun ölümü Qeydiyyat Orqanında qeydə alınmamışdır. Buna səbəb səhlənkarlıq olmuşdur. Yaxın vaxtlarda qardaşının ölüm haqqında şəhadətnaməsinə zərurət yarandığından o, Xaçmaz rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin həkim arayışı alınmadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Göstərilənlərə əsasən qardaşı X7 10 avqust 2002-ci il tarixdə Xaçmaz rayonunun Müşkür kəndində vəfat etməsi faktını müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin qardaşı X9 10 avqust 2002-ci il tarixdə yaşadığı Müşkür kəndində ölmüşdür. O, ruhi xəstə idi və ölümünə səbəb özünü asmışdır. X5 rayonun Müşkür kənd qəbirstanlığında qonşu və qohumların iştirakı ilə dəfn olunmuşdur. Yas mərasimində o, şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin qardaşı X9 10 avqust 2002-ci il tarixdə yaşadığı Müşkür kəndində ölmüşdür. O, ruhi xəstə idi və ölümünə səbəb özünü asmışdır. X5 rayonun Müşkür kənd qəbirstanlığında qonşu və qohumların İştirakı ilə dəfn olunmuşdur. Yas mərasimində o, şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin qardaşı X9 10 avqust 2002-ci il tarixdə yaşadığı Müşkür kəndində ölmüşdür. O, ruhi xəstə idi və ölümünə intihar etmişdir. X5 rayonun Müşkür kənd qəbirstanlığında qonşu və qohumların İştirakı ilə dəfn olunmuşdur. Yas mərasimində o,bir qonşu kimi şəxsən iştirak etmişdir. Məhkəmə ərizəçini, şahidlərin ifadəsini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X12 27 aprel 2021-ci il tarixli 1426 nömrəli məktubundan müəyyən olunur ki, Birliyin Xaçmaz rayon şöbəsində mərhum X9 barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan doğum haqqına şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 26 fevral 1960-cı ildə anadan olmuşdur. İş materiallarında olan 22 aprel 2021-ci il tarixli Aktdan müəyyən olunur ki, X9 10 avqust 2002-ci il tarixdə Xaçmaz rayonu Müşkür kəndində yaşadığı evdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X7 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. 26.02.1960-cı ildə anadan olmuş X7 10 avqust 2002-ci il tarixdə Xaçmaz rayonunda vəfat etməsi faktı müəyyən edilsin. X2 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1533/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1533/2021
06.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver