Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-156/2021 11.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə islas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1957-ci il tarixdə Quba rayonu, İkinci Nügədi kəndində anadan olmuş mərhum həyat yoldaşı X2 xx.xx.2006-cı il tarixdə Xaçmaz rayonunun Müzəffər-Oba kəndində vəfat etməsi faktının müəyyən olunması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1976-cı ildə X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 4 övladları var. Həyat yoldaşı xx.xx.2006-cı ildə onkoloji xəstəlikdən vəfat edib və Müzəffər-oba kənd qəbristanlığında dəfn edilib. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Həyat yoldaşının ölümü haqqında tibbi arayış almamışlar. Onun üçün ölüm haqqında şəhadətnamənin alınmaması Qeydiyyat Şöbəsinin məktubu ilə təsdiq olunur. Ona görə də o, məhkəməyə ərizə ilə müraciət etmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, X4 öləndən sonra yenidən evlənmişdir. X1 miras qalmış əmlakın sənədləşdirilməsi üçün onun ölümü haqqında şəhadətnamə zəruridir. Ərizəsində göstərilən halları şahidlər təsdiq edə bilərlər. Qeyd edilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaysan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, ərizəçinin oğludur, münasibətləri yaxşıdır. Onun anası X4 xx.xx.2006-cı ildə vəfat edib və Müzəffər-oba kənd qəbristanlığında dəfn edilib. O, anasının dəfn və yas mərasimlərində iştirak edib. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Arzumanov Tofik Mövlud oğlu ifadəsində göstərmişdir ki, ərizəçinin qonşusudur, qohumluq əlaqələri yoxdur. Münasibətləri yaxşıdır. Ərizəçinin keçmiş arvadı X4 xx.xx.2006-cı ildə vəfat edib və Müzəffər-oba kənd qəbristanlığında dəfn edilib. O, X2 dəfn və yas mərasimlərində iştirak etmişdir. Onun üçün ölüm haqqında şəhadətnamə alınmayıb. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan XV-JQ 681706 saylı pasportdan görünür ki, X4 xx.xx.1957-ci il tarixdə Quba rayonu, İkinci Nügədi kəndində anadan olmuşdur. İş materiallarında olan İ-JQ seriyalı 327383 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi ilə X4 arasında xx.xx.1976-cı il tarixdə rəsmi nikah qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan və qəbrin fotoşəklindən müəyyən olunur ki, xx.xx.1957-ci il tarixdə Quba rayonu, İkinci Nügədi kəndində anadan olmuş X4 xx.xx.2006-cı il tarixdə Xaçmaz rayonunun Müzəffər-Oba kəndində vəfat etmiş və həmin tarixdə aktı imzalayan şəxslərin iştirakı ilə Müzəffər-oba kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2018-ci il tarixli, 26 saylı məktubundan görünür ki, Ərizəçi həyat yoldaşı X4 barəsində ölüm haqqında arayış almaq üçün müraciət etmiş, müraciətinə əsasən xx.xx.2003-xx.xx.2009-ci illər üzrə Maraqlı şəxs üzrə ölümün qeydə alınıb-alınmaması yoxlanılmışdır. X4 barəsində Maraqlı şəxsndə göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü X4 ümumvətəndaş pasportu almamışdır və onun Azərbaycan Respublikasının hüdudlarını tərk edib-etməməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizənin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi həyat yoldaşı X2 xx.xx.2006-cı il tarixdə Xaçmaz rayonunun Müzəffər-Oba kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məsəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, ərizəçinin həyat yoldaşı X2 ölüm faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-si və 360-sı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixdə Quba rayonu, İkinci Nügədi kəndində anadan olmuş X2 xx.xx.2006-cı il tarixdə Xaçmaz rayonunun Müzəffər-Oba kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaysan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-156/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-156/2021
11.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver