Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1656/2021 02.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 01 iyun 1953-cü il tarixdə anadan olmuş əri X3 2012-ci ilin yanvar ayının 17-də Xaçmaz şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 25.09.1979-cu ildə X5 ilə rəsmi nikah əsasında ailə qurmuşlar. Birgə nikahdan olan uşaqları ailəlidir. 01 iyun 1953-cü ildə Xaçmaz rayonun İlxıçı kəndində doğulmuş əri 2012-ci ilin yanvar ayının 17-də yaşadıqları mənzildə vəfat etmişdir. Ərini İlxıçı kənd qəbristanlığında dəfn etmişlər. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamış və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişik. Qanunla müəyyən vaxt ötürüldüyündən şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Göstərilənlərə əsasən anası X3 2012-ci ilin yanvar ayının 17-də Xaçmaz şəhərində vəfat etməsi faktını müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahatında göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin əri X5 2012-ci ilin yanvar ayının 17-də yaşadığı Xaçmaz şəhəri, Ə.Şıxlinski küçəsi 14 saylı evdə ölmüşdür. O, bir qonşu kimi ərizəçinin ərinin yas mərasimlərində yaxında iştirak etmişdir. X4 Xaçmaz rayonun İlxıçı kənd qəbirstanlığında qonşu və qohumların İştirakı ilə dəfn olunmuşdur. Yas mərasimində o, şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, ərizəçi onun ərinin qohumudur. Ərizəçinin anası X8 10 avqust 2019-cu ildə qocalmağı səbəbindən vəfat etmişdir. X2 rayonunda qəbirstanlığında kənd camaatının iştirakı ilə dəfn olunmuşdur. Yas mərasimində o, şəxsən iştirak etmişdir. Məhkəmə şahidlərin ifadəsini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Maraqlı şəxs 05 may 2021-ci il tarixli arayışından görünür ki, X3 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 01.01.1900-05.05.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X15 iyun 03.05.2021ci il tarixli 766 nömrəli məktubundan müəyyən olunur ki, Birliyin Xaçmaz rayon şöbəsində mərhum X5 barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan Maraqlı şəxs 25.09.2021-ci il tarixli sənədindən görünür ki, X5 və Ərizəçi 25.09.1957-ci ildə Quba rayon qeydiyyat şöbəsində nikah bağlamışlar. Nikahdan sonra ərə Mehrəliyev, arvada Mehrəliyeva soyadları verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. 01.06.1953-cü ildə anadan olmuş X3 17 yanvar 2012-ci il tarixdə Xaçmaz rayonunda vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1656/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1656/2021
02.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver