Məhkəmə qərarları › İş №2(067)-1672/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1672/2024

20.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1672/2024 20.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 31 dekabr 1979-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1895-ci il təvəllüdlü X2 31 dekabr 1979cu ildə vəfat etmişdir. Lakin səhlənkarlıq, savadsızlıq səbəbindən babası üçün ölüm haqqında tibbi şəhadətnamə almamışlar. Babasının ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Zərurət yarandığı üçün ondan babasının ölüm şəhadətnaməsi tələb olunduqda Maraqlı şəxsnə müraciət etmiş, lakin tibbi şəhadətnamə olmadığından və həmin şəhadətnaməni alınması üçün müəyyən olunmuş müddəti ötürdüyündən babası üçün ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. X2 31 dekabr 1979-cu il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Xuray kənd qəbristanlığında kənd sakinlərinin iştirakı ilə dəfn edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanları müdafiə edərək, izahatında göstərmişdir ki, 1895-ci il təvəllüdlü X2 31 dekabr 1979-cu ildə qocalığı ilə əlaqədar vəfat etmiş və Xaçmaz rayonunun Xuray kənd qəbiristanlığında kənd sakinlərinin iştirakı ilə dəfn edilmişdir. Lakin səhlənkarlıq, savadsızlıq səbəbindən babası üçün ölüm haqqında tibbi şəhadətnamə almamışlar. Babasının ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. xx.xx.1996-cı ildə atası X6 vəfat etmişdir. Bu yaxınlarda babasından miras qalan əmlaka bağlı vərəsəlik işlərinin həyata keçirilməsi üçün ondan babasının ölüm şəhadətnaməsi tələb olunduğundan Maraqlı şəxsnə müraciət etmişdir. Oradan aldığı cavab məktubunda göstərilir ki, ölüm faktları tibb müəssisənin müvafiq sənədi ilə həmin sənəd olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla bağlı Xaçmaz rayon X9 Hüquqi Şəxsinə müraciət etdikdə də babası üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi haqqında heç bir məlumat olmadığı müəyyən olunmuşdur. Babasının ölməsi faktı onun qonşuları, qohumları, qonşuların iştirakı ilə tərtib edilmiş və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktla və dəfn olunduğu qəbiristanlıqdakı qəbrinin fotoşəkili də təsdiq olunur. Həmin sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim etdiyi şahidlər də faktı təsdiq edirlər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, Ərizəçi dayısı oğludur. X10 onun da ana babası olmuşdur. O, 31 dekabr 1979-cu il tarixdə Xaçmaz rayonunun Xudat şəhərində 1 may küçəsindəki evində qocalığı ilə əlaqədar ölmüş və Xaçmaz rayonunun Xuray kənd qəbiristanlığında dəfn edilmişdir. O, həmin vaxt yetkinlik yaşına çatmayan uşaq olmuş, Qusar şəhərində yaşamış, babasının dəfnində və yas mərasimlərində onun valideynləri iştirak etmişlər. X1 31 dekabr 1979-cu il tarixdə Xaçmaz rayonunun Xudat şəhərində ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, Ərizəçi bacısıdır. Onlar babaları X10 ilə bir edvdə yaşamışlar. Babası 31 dekabr 1979-cu il tarixdə Xaçmaz rayonunun Xudat şəhərində 1 may küçəsindəki evində qocalığı ilə əlaqədar ölmüş və Xaçmaz rayonunun Xuray kənd qəbiristanlığında dəfn edilmişdir. O, həmin vaxt yetkinlik yaşına çatmayan uşaq olmuşdur. X1 31 dekabr 1979-cu il tarixdə Xaçmaz rayonunun Xudat şəhərində ölməsi faktını təsdiq edir. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xİİ-LS seriyalı 747560 nömrəli pasportdan məyyən olunur ki, X10 1895-ci ildə Xudat rayonunun Xuray kəndində doğulmuşdur. İş materiallarında olan İ-JQ seriyalı 348369 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.1973-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində doğulmuşdur. Onun atası X10, anası isə X4r. İş materiallarında olan İV-JQ seriyalı 478484 nömrəli pasportdan məyyən olunur ki, X6 xx.xx.1996-cı ildə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş, Xaçmaz rayonunun Xudat şəhər sakinlərinin iştirakları ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X10 31 dekabr 1979cu il tarixdə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində ölmüş və Xaçmaz rayonunun Xuray kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 75 saylı məktubundan görünür ki, X5 xx.xx.1945-xx.xx.2024-cü illər üzrə ölümünün Maraqlı şəxsndə qeydə alınıb-alınmaması yoxlanılmış, X5 göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X16 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, birliyin Xaçmaz rayon şöbəsində mərhum X5 31 dekabr 1979-cu il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X5 31 dekabr 1979-cu il tarixdə Xaçmaz rayonunun Xudat şəhərində ölməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 1895-ci il təvəllüdlü X5 31 dekabr 1979-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi babası 1895-ci il təvəllüdlü X5 31 dekabr 1979-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar