Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1683/2023 14.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Quba rayonu Cimi kəndində xx.xx.1959-cu ildə anadan olmuş və Xaçmaz rayonu Qusarçay kəndində yaşamış əri X2 xx.xx.2006-cı ildə yaşadığı Qusarçay kəndində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, əri X2 xx.xx.2006-cı ildə Xaçmaz rayonu Qusarçay kəndində vəfat etmiş və Qusarçay kənd qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar və bunun hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Ərindən miras qalmış pay torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsinin vərəsəliklə adına keçirilməsinə çətinlik yarandığından ərinin ölüm faktının təsdiq olunması əhəmiyyət kəsb edir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ərinin adına torpaq sahəsi var, həmin torpaq sahəsini öz adına keçirmək istəyir. Əri 2006-cı ildə ölüb. Onun üçün ölüm haqqında şəhadətnamə alınmasının zəruri olduğunu bilməmişdir və onun üçün ölüm haqqında şəhadətnamə almamışdır. İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçinin mərhum əri qardaşıdır, ərizəçi ilə münasibətləri yaxşıdır. X5 1959-cu ildə anadan olub, 2006-cı ildə isə xərçəng xəstəliyindən vəfat edib. Onun ölümü haqqında şəxsən özü həkimdən arayış alıb arvadına vermişdir, yəqin onu itirib. Həkimdən sənədi qardaşı öləndən 20 gün sonra almışdır. Sənədləri alandan sonra heç bir başqa idarəyə, o cümlədən Qeydiyyat şöbəsinə getməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. X8 30 ildən artıq qonşusu olub. O, 2006-cı ildə xərçəng xəstəliyindən vəfat edib, Rusiya Federasiyasında olduğundan dəfndə iştirak edə bilməmişdir, amma 40 mərasimində iştirak etmişdir. X8 üçün ölüm haqqında şəhadətnamə alınmamasının səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qohumdur. Abbas Şıxəliyev 2006-cı ildə xərçəng xəstəliyindən vəfat edib, dəfndə iştirak etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 ilə X4 arasında nikah xx.xx.1994-cü ildə bağlanmışdır. Nikahdan sonra qadın Şixəliyeva soyadını qəbul etmişdir. İş materiallarından görünür ki, ərizəçi, X2 yaxın qohumudur. İş materiallarında olan Şahid3, Şahid2, Şahid1 və Sadıq Alışovun iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, xx.xx.1959-cu ildə Quba rayonu Cimi kəndində anadan olmuş, 1985-ci ildən Xaçmaz rayonu Qusarçay kəndində yaşamış, X3 xx.xx.2006cı ildə vəfat etmiş, həmin kəndin qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X3 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X10 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü Xaçmaz rayonu Qusarçay kənd sakini olmuş X2 xx.xx.2006-cı il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X3 adlı şəxsə qəbir daşı qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1959-cu ildə anadan olan X2 xx.xx.2006-cı il tarixdə Qusarçay kəndində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1683/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1683/2023
14.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver