Məhkəmə qərarları › İş №2(067)-1689/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1689/2023

22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1689/2023 22.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi bacısı X3 ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Xaçmaz rayonu Ağyazı kəndində xx.xx.1989-cu ildə doğulmuş və Ağyazı-Buduq kəndində yaşamış doğma bacısı X3 xx.xx.1998-ci il tarixdə yaşadığı Ağyazı-Buduq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Ağyazı kəndində xx.xx.1989-cu ildə doğulmuş və Ağyazı-Buduq kəndində yaşamış doğma bacısı X6 xx.xx.1998-ci ildə avtoqəza nəticəsində vəfat etmiş və Ağyazı-Buduq kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt bacısının adına ölüm haqqında şəhadətnamə alınmamış və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olunacağına əhəmiyyət verməmişdir. Xahişi odur ki, Xaçmaz rayonu, Ağyazı kəndində xx.xx.1989-cu ildə doğulmuş və Ağyazı-Buduq kəndində yaşamış doğma bacısı X3 xx.xx.1998-ci ildə avtoqəza nəticəsində vəfat etməsi faktını müəyyən edilsin. Məhkəmə iclasında ərizəçi və onun nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, Ceyhun onunla qonşudur. Onun bir bacısı və qardaşı da vardır. Bacısı Röyya rəhmətə gedib. Təvəllüdü dəqiq yadında olmasa da sinif yoldaşlarını xatırlayır. Avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Onda o, da hələ uşaq idi. Yəni çoxdan rəhmətə gedib. Sadəcə qan içərində olmasını, yasını xatırlayır. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, Ceyhun onun baldızının nəvəsidir. Onlar 3 uşaq olublar. Bacısı Röya dünyasını dəyişib. 1998-ci ildə maşın vurduğuna görə vəfat edib. Röyya onun gözünün önündə böyüyüb. Yas mərasimində də iştirak etmişdir. Onun cənazəsini də o, yuyub. Məhkəmə, ərizəçinin və onun nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1990-cı ildə anadan olmuş, atası X8, anası X2r. İş materiallarında olan doğum haqqında arayışdan müəyyən olunur ki, X6 xx.xx.1989-cu ildə anadan olmuş, atası X8, anası X2r. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X13 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayon Ağyazı buduq kənd sakini olmuş 1989-cu il təvəllüdlü X3 xx.xx.1989-cu ildə vəfat etməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X6 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıynan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan aktdan müəyyən olunur ki, X6 xx.xx.1998-ci ildə vəfat etmişdir. İş materiallarından görünür ki, Ərizəçi X3 qohumudur. İş materiallarında olan fotoşəkildən görünür ki, X6 adlı şəxsə qəbir daşı qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1989-cu il tarixdə Xaçmaz rayonu Ağyazı kəndində anadan olmuş X3 xx.xx.1998-ci il tarixdə Xaçmaz rayonu Ağyazı-Buduq kəndində ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar