Məhkəmə qərarları › İş №2(067)-170/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-170/2021

17.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-170/2021 17.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı və vəkili X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 17 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən onun torpaq sahəsindən istifadəsi ilə yaranan mülkiyyətinə qəd edən hərəkətlərə son qoyulması, torpaq sahəsinin boşaldılması, cavabdeh tərəfindən torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması və torpaq sahəsinin tam şəkildə boşaldılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu İHB-nın 05.09.2006-cı il tarixli sərəncamına əsasən Xudat şəhəri H.Əliyev küçəsi ev 29B mənzil 7-də yaşadığı mənzilin qarşısında uzun müddət çəpərə alıb istifadə etdiyi 0,006 ha torpaq sahəsi istifadəsinə verilmiş və tikinti işlərinin aparılmasına ona icazə verilmişdir. Cavabdeh ona məxsus və istifadəsində olan torpaq sahəsindən istifadəsinə imkan vermir, mülkiyyətinə qəsd edir. Javabdeh onun yerində tikinti işləri aparmağa başlamış, ev tikmək üçün fundament atmış, mişar daşları, qum, sement boşaltmışdır. Xaçmaz rayon məhkəməsinin və Sumqayıt Apellyasiya məhkəməsinin müvafiq qətnamələrinə əsasən cavabdehin ona qarşı qaldırdığı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması barədə ərizələri təmin edilməmiş və onun bu torpaq sahəsi üzərində heç bir hüququnun olmadığı öz təsdiqini tapmışdır. Lakin cavabdeh yenə də öz hərəkətlərindən əl çəkmir, torpaq sahəsindən istifadəsinə qəsdən maneçilik törədir. İddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək İddiaçı istifadəsinə verilmiş Xaçmaz rayonu Xudat şəhəri Heydər Əliyev küçəsi ev 29B, mənzil 7 ünvanında yerləşən mənzilin qarşısındakı dövlət torpaq fonduna aid olan 0.006 ha torpaq sahəsindən Cavabdeh istifadəsinə son qoyulması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində ölçüləri 0.8mx5.80m və 1.0mx10.0m olan mişar daşından inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin torpaq sahəsində hasar inşa etmişdir və sökmək fikri yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 05.09.2006-cı il tarixli 302/1 saylı sərəncamından çıxarışdan müəyyən olunur ki, Xudat şəhəri H.Əliyev küçəsi ev 29B, mənzil 7-də yaşayan İddiaçı yaşadığı mənzilin qarşısında uzun müddət çəpərə adıb istifadə etdiyi dövlət torpaq fonduna aid 0.006 ha torpaq sahəsi onun daimi istifadəsinə verilmiş və orada tikinti işlərinin aparılmasına icazə verilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 15.03.2019-cu il tarixli, 2(067)- 492/2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh İddiaçı qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 08.07.2021-ci il tarixli 10/1483 nömrəli ekspert rəyindən müəyyən olunur ki, tədqiqat obyektinə baxış zamanı əldə olunan məlumatlara əsasən tərəflərin naturada təqdim etdiyi torpaq sahəsinin faktiki olaraq Cavabdeh istifadəsində olduğu və həmin torpaq sahəsində ölçüləri 0.8mx5.80m və 1.0mx10.0m olan mişar daşından hasarın inşa edildiyi müəyyən olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. İddiaçı istifadəsinə verilmiş olan Xaçmaz rayonu Xudat şəhəri Heydər Əliyev küçəsi ev 29B, mənzil 7 ünvanında yerləşən mənzilin qarşısındakı dövlət torpaq fonduna aid olan 0.006 ha torpaq sahəsindən Cavabdeh istifadəsinə son qoyulsun və cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. Həmin torpaq sahəsində ölçüləri 0.8mx5.80m və 1.0mx10.0m olan mişar daşından inşa edilmiş hasar cavabdehin hesabına sökülsün. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Mütəxəssis rəyinin dəyəri olan 311 manat məbləğində pul Cavabdeh alınaraq Kapitalbank ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Mühbir hesab AZ37NABZ013501**********1944, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi VOEN **********, AZ23AİİB******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar