Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1706/2021 31.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X2 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi atası X1 ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin verdiyi izahatdan ərizənin ərizəçi tərəfindən imzalanmadığı, ərizəçinin oğlu tərəfindən imzalandığı və həmin şəxsin ərizəçini təmsil etmək səlahiyyətinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən 259.0.cü maddəsinə əsasən. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Buna görə də, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi atası X1 ölüm faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1706/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1706/2021
31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver