Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1709/2022 24.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Xaçmaz rayonunun, Nərəcan kəndində doğulmuş anası X1 xx.xx.1910-cu ildə Xaçmaz rayonunun, Nərəcan kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X2 xx.xx.1910-cu ildə Xaçmaz rayonunun, Nərəcan kəndində kəndində anadan olmuşdur. Mərhum anası X2 öz evində yaşamışdır. Anasının xx.xx.1910-cu ildə öz evində vəfat etmiş, o, anasının yas mərasimlərini özü keçirmiş və anasını Xaçmaz rayonunun Nərəcan kənd qəbristanlığında dəfn etmişlər. O, anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Xaçmaz rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsindən ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, anası xx.xx.1984-cü ildə Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etmişdir və həmin kənd qəbristanlığında da dəfn edilmişdir. anasının yeganə vərəsəsi o, olduğuna görə anası özü dəfn etmişdir. O, ərizəsini özü yazmamış və ərizəsində olan yalnışlıq texniki səhv nəticəsində olmuşdur. Ərizəsinin dəqiqləşdirməsinə ehtiyac olmadığını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Xaçmaz rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi qonşusudur. Ərizəçi anası X5 rayonu, Nərəcan kəndində yaşayış və 1984-cü ildə vəfat etmişdir. O, həmkəndlisi Peykar Tarverdiyevanın dəfnində iştirak etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi qonşusudur. Ərizəçi anası X5 rayonu, Nərəcan kəndində yaşayış və 1984-cü ildə vəfat etmişdir. O, həmkəndlisi Peykar Tarverdiyevanın dəfnində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1942-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində doğulmuş, Xaçmaz rayonunun Nərəcan kəndində qeydiyyatda olmaqla orada yaşayır. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Xaçmaz rayon Qeydiyyat Şöbəsi üzrə ölümün qeydə alınıb-alınmaması yoxlanılmış, lakin X2 barəsində xx.xx.1910-xx.xx.2022-ci illər üzrə ölüm aktı aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, mərhum X2 xx.xx.1984-cü ildə vəfat etmişdir və o, Xaçmaz rayonunun Nərəcan kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, şahidlərin ifadələrindən müəyyən olunmuşdur ki, X2 xx.xx.1984-cü ildə vəfat etmiş, lakin Ərizəçi iddia tələbində anası X1 1910-cu ildə ölməsi faktının təsdiq edilməsini xahiş etmişdir. Ona məhkəmə tərəfindən bu barədə dəqiqləşdirmə ərizəsinin yazılması təklif olunduqda, o ərizənin onun tərəfindən tərtib edilməməsini, həmin rəqəmlərin sadəcə texniki səhv olduğunu bildirməklə ərizəsinə baxılmasını tələb etmişdir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda, X1 1910-cu ildə ölməsi faktı heç bir sübutla təsdiq edilmədiyindən ərizə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1709/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1709/2022
24.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver