Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1714/2022 31.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi , ərizəçinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci ildə Sumqayıt şəhərində doğulmuş qızı X2 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci tarixdə X9 ilə rəsmi nikah əsasında ailə qurmuşlar və həmin nikahdan 2 övladı var. Üçüncü övladı X6 xx.xx.2021-ci ildə Sumqayıt şəhərində anadan olmuş, lakin, xx.xx.2022-ci ildə vəfat etmişdir. Onu, Aşağı-zeyid kənd qəbristanlığında dəfn etmişlər. Uşaq xəstə olduğundan onu xəstəxanaya çatdırsalar da, artıq gec olduğundan xilas etmək mümkün olmamışdır. Bu barədə Sumqayıt şəhər uşaq xəstəxanasında xx.xx.2022-ci il tarixdə müvafiq akt tərtib olunmuş və uşağın vəfatı ilə bağlı Sumqayıt şəhər xəstəxanası müvafiq arayış vermişdir. Həmin vaxt Sumqayıt şəhərində kirayədə yaşamışlar. Uşağın xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi və gətirilərək Xaçmaz rayonu Aşağı-zeyid kənd qəbristanlığında dəfn edilməsi kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş və Aşağı-zeyid İƏD nümayəndəliyi təsdiq edilmiş xx.xx.2022-ci il tarixli rəsmi aktla təsdiq olunur. Lakin uşağın vəfat etməsi barədə tibbi şəhadətnamə yazılmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2017-ci ildə Kamran Kərimovla rəsmi nikaha daxil olmuşdur. 2 övladı var. Qızı Məryəm isə xx.xx.2022-ci ildə vəfat edib. X13 kənd qəbristanlığında dəfn etmişlər. Sumqayıtda xəstəxanada onlara bildirmişlər ki, uşağı oraya apararkən artıq vəfat edib. Lakin uşaq üçün ölüm haqqında şəhadətnamə almamışlar. O, uşağın adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Xaçmaz Qeydiyyat şöbəsinə müraciət edəndə, həkim arayışı olmadığına görə onun üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X5 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizənin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi doğma qızıdır. Qızı Ərizəçi xx.xx.2017-ci ildə Kamran Kərimovla rəsmi nikaha daxil olub. 2 övladları var. Qızları Məryəm isə xx.xx.2022-ci ildə vəfat edib. Onu Aşağı-zeyid kənd qəbristanlığında dəfn etmişlər. Nəvəsi ana bətnində olanda qızına peyvənd vurulub, həmin peyvəndin fəsadına görə uşaq vəfat edib. Lakin uşaq üçün ölüm haqqında şəhadətnamə alınmayıb. Uşaq xəstə olmayıb, amma vəfat edən gün onun vəziyyəti yaxşı olmadığına görə Sumqayıt şəhər Uşaq Xəstəxanaya aparmışlar, orada onlara uşağın vəfat etdiyini bildirmişlər.Nəvəsi Məryəmin xx.xx.2022-ci ildə Sumqayıt şəhərində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi qohumudur, münasibətləri yaxşıdır. Ərizəçi ilə Kamran Kərimovun birgə nikahlarından 2 övladları var. Qızları Məryəm isə xx.xx.2022-ci ildə Sumqayıt şəhərində xəstəxanada vəfat edib. Onu Aşağı-zeyid kənd qəbristanlığında dəfn etmişlər. O, da dəfndə şəxsən iştirak etmişdir. Bildiyinə görə valideynləri uşağın ölümü haqqında şəhadətnamə ala bilməyiblər. Ərizəçi ilə Kamran Kərimovun birgə nikahlarından olan qızları Məryəm xx.xx.2022-ci ildə Sumqayıt şəhərində vəfat edib və Aşağı-zeyid kənd qəbristanlığında dəfn edilməsini təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Onun atası Kərimov Kamran, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, X6 xx.xx.2022-ci ildə vəfat etmişdir və o, Xaçmaz rayonu, Aşağı Zeyid kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi mərhum qızı X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə ərizənin təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli və ərizəçinin xx.xx.2021-ci ildə Sumqayıt şəhərində doğulmuş qızı X2 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2021-ci ildə Sumqayıt şəhərində doğulmuş qızı X2 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səmədzadə Sərxan
Məhkəmə qərarları › İş №2(067)-1714/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1714/2022
31.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver