Məhkəmə qərarları › İş №2(067)-1720/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1720/2020

10.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1720/2020 10.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakları ilə, Ərizəçi «Şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxs nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəməyə gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi onun doğma qızıdır. X2 onun kürəkəni olmuşdur. Qızı Ərizəçi xx xxxxxxxx 2009-cu il tarixdə Muxtar Atluxanovla rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx xxx 2010-cu ildə Əmrah adlı bir nəfər uşaqları anadan olmuşdur. X8 xəstəliyi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə qızı Ərizəçi ilə birgə yaşadıqları Bakı şəhərindəki ünvanda vəfat etmiş və mərhum qeyd olunan tarixdə Bakı şəhəri Zirə Südçülük və Tərəvəzçilik sovxoz ərazisinin qabirstanlığında dəfn edilmişdir. X1 anidən ölümü psixoloji və mənəvi cəhətdən qızını və ailə üzvlərini həddindən artıq sarsıtdığından və onların kifayət qədər hüquqi savadı olmadığından mərhumun ölümü haqqında tibbi şəhadətnaməni vaxtında ala bilməmişlər və mərhumun ölümünü Qeydiyyat şöbəsində qeydiyyata aldırmamışlar. Hazırda mərhum əri üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yarandığından qızı Nailə ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında ərinin ölümü barədə həkim arayışı almadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və qeydiyyat şöbəsi tərəfindən ona ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəçinin nümayəndəsi olaraq ərizənin təmin edilməsini, X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin qardaşı X9 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. X2 bacısının əri olmuşdur. Həqiqətən də bacısının əri X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və qeyd edilən tarixdə qohumların və qonşuların iştirakı ilə Zirə Südçülük və Tərəvəzçilik sovxoz ərasizinin qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin digər qohumu X7 şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək ərizəçinin əri X1 həqiqətən xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində vəfat etməsini və mərhumun qeyd edilən tarixdə qohumların və qonşuların iştirakı ilə Zirə Südçülük və Tərəvəzçilik sovxoz ərasizinin qəbirstanlığında dəfn olunmasını bir daha təsdiq etmişdir. Mülki işə əlavə olunmuş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xaçmaz rayonunun Rəhimoba kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE seriyalı, 14154683 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin əri X2 xx xxx 1973-cü ildə Qusar rayonunda anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Mülki işə əlavə olunmuş AZ-İ seriyalı, 501797 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X2 ilə xx xxxxxxxx 2009-cu il tarixdə Bakı şəhəri, Maraqlı şəxsndə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Mülki işə əlavə olunmuş AZ-İİ seriyalı, 460943 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X2 ilə birgə nikahlarından xx xxx 2010-cu il tarixdə Əmrah adlı bir nəfər uşaqları anadan olmuşdur. Mülki işə əlavə olunmuş, şahidlərin iştirakı ilə tərtib olunaraq Azərbaycan Respublikası Abşeron rayonu Tam ortaqlı “ZİRƏ” kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, mərhum X2 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş və həmin gün Zirə Südçülük və Tərəvəzçilik sovxoz ərasinin qəbirstanlığında dəfn olunmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri 3 saylı şəhər klinik xəstəxanasının Ərizəçi ünvanlandığı xx xxxx 2020-ci il tarixli, 503/20 nömrəli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən müəyyən olunmuş müddət ərzində lazımi sənədləşdirilmə işi aparılmadığından və müddət ötürüldüyündən X1 ölümü barədə tibbi arayış vermək mümkün olmamış və ölüm faktının müəyyən ediməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Mülki işə əlavə edilmiş Bakı Şəhər Təcili və X4 Stansiyasının xx xxxxxx 2019-cu il tarixli, 0387 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri, Maraqlı şəxs Ərizəçi ünvanlandığı xx xxxx 2020-ci il tarixli, 309-05/15 nömrəli məktubundan görünür ki, ölüm faktını təstiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edib belə bir nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, X2 Ərizəçi əri olmuşdur. Ərizəçi ilə əri Muxtar Atluxanov xx xxxxxxxx 2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx xxx 2010-cu ildə Əmrah adlı bir nəfər uşaqları anadan olmuşdur. Muxtar Atluxanov xəstəliyi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə ərizəçi ilə birgə yaşadıqları Bakı şəhərindəki ünvanda vəfat etmiş və mərhum qeyd olunan tarixdə qohumların və qonşuların iştirakı ilə Bakı şəhəri Zirə Südçülük və Tərəvəzçilik sovxoz ərazisinin qabirstanlığında dəfn edilmişdir. Muxtar Atluxanov xx xxxxxx 2020-ci il tarixdə vəfat etməsinə baxmayaraq hüquqi savadsızlıqdan ərizəçi və ailə üzvləri mərhumun ölümü haqqında vaxtında tibbi şəhadətnamə almamışlar və mərhumun ölümünü Qeydiyyat şöbəsində qeydiyyata aldırmamışlar. Hazırda mərhum əri üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yarandığından Ərizəçi ölüm akt qeydinin aparılması və ərinin adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında ərinin ölümü barədə həkim arayışı almadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.. Qeyd edilən hüquqi faktın müəyyənləşdirilməsində Ərizəçi məqsədi yalnız gələcəkdə ailə başçısını itirməyinə görə müavinətin təyin edilməsi üçün müraciət etməkdən ibarətdir. Hansı ki, həmin hüquqi faktın məhkəmədən kənar digər orqanlarda müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də şəxsin vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, Ərizəçi əri X1 xx xxxxxx 2020-ci tarixdə Bakı şəhərində vəfat etməsi hüquqi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəridə vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar