Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1731/2020 25.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək anası X1 xx.xx.2005-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, anası X3 xx.xx.2005-ci ildə vəfat etməsinə baxmayaraq onun ölümü qeydiyyat orqanında qeydiyyata alınmamışdır. Anasından miras qalmış əmlakı adına rəsmiləşdirilməsi ilə bağlı müraciət etdikdə ondan anasının ölüm şəhadətnaməsi tələb olunmuşdur. Bu barədə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında həkim arayışı olmadığından şəhadətnamə almaq mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndlidir. Rakifin anası 2005-ci ildə vəfat edib. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, ərizəçi ilə bir kənddə yaşayırlar. Ərizəçinin anası ilə onun anası rəfiqə olublar. Ərizəçinin anası 2005-ci ilin noyabr ayının 22-də vəfat edib və o Dədəli kənd qəbristanlığında dəfn edilmişdir. Yas mərasimlərində və dəfndə iştirak etmişdir. İş materiallarından görünür ki, ərizəçi X1 oğludur. İş materiallarında olan Cəfər Məclumovun, Aydın Şahvələdovun və Xalid Laçınovun iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, X3 ilə bir kənddə yaşamışlar. Salahət xx xxxxxx 2005-ci ildə vəfat etmiş və Dədəli kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, 2005-ci il tarixdə vəfat etmiş X3 adlı şəxsə qəbir daşı qoyulmuşdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanlıdığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2005-ci ildə vəfat etmiş X1 xx.xx.1940-xx.xx.2020-ci illər üzrə Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X3 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır. xx.xx.1940-xx.xx.2020-ci illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X9 xx.xx.2020-ci il tarixli 570 nömrəli məktubundan müəyyən olunur ki, 1940-2005-ci illər üçün Xaçmaz RMX-da ölüm haqqında tibbi şəhadətnamələrin qeydiyyat kitabı saxlanılmadığından X1 ölümü barədə tibbi arayış vermək mümkün deyildir. Bundan əlavə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə əlaqədar qanunla müəyyən olunmuş müddət ərzində lazımi sənədləşdirilmə işi aparılmadığından və müddət ötürüldüyündən X1 ölümü barədə tibbi şəhadətnamə vermək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. 1941-ci il təvəllüdlü X1 xx.xx.2005-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1731/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1731/2020
25.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver