Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1734/2020 15.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, Ərizəçi iştirakıilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsinədair mülki işə Xaçmazşəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1970-ci ildə Xaçmaz rayonu, Aşağı-Zeyid kəndində doğulmuş mərhum atası X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci ildə Xaçmaz rayonu, Aşağı-Zeyid kəndində doğulmuş atası X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Atası X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi və Xaçmaz rayonu, Aşağı-Zeyid kənd qəbiristanlığında dəfn edilməsi qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan və Xaçmaz rayonu, Aşağı-Zeyid kənd İƏD-də təsdiqlənmiş xx.xx.2020-ci il tarixli rəsmi arayışla təsdiq olunur. Xaçmaz Rayon mərkəzi xəstəxanası tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş arayışdan görünür ki, X4 ölümü haqqında tibbi arayış verilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınmaması Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 205 nömrəli rəsmi məktubu ilə təsdiq olunur. Göstərilənlərə əsasən ərizənin təmin edilməli olduğunu hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun qohumudur, münasibətləri yaxşıdır. Ərizəçinin atası Tofik Almasov oğlu onkoloji xəstəlikdən xx.xx.2020-ci ildə vəfat etmiş və Xaçmaz rayonu, Aşağı-Zeyid kənd qəbristanlığında dəfn olunmuşdur. O,ərizəçinin atasının yas mərasimində iştirak etmişdir. Ərizəçinin atasının onkoloji xəstəlikdən vəfat etdiyini təsdiq edir. O, mərhumun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur, qohumluqları yoxdur, münasibətləri yaxşıdır. Ərizəçinin atası Tofik Almasov oğlu onkoloji xəstəlikdən xx.xx.2020-ci ildə vəfat etmiş və Xaçmaz rayonu, Aşağı-Zeyid kənd qəbristanlığında dəfn olunmuşdur. O,ərizəçinin atasının yas mərasimində iştirak etmişdir. Ərizəçinin atasının onkoloji xəstəlikdən vəfat etdiyini təsdiq edir. O, mərhumun dəfnində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan XİX-JQ 398283 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə anadan olmuş, atası X6, anası X1r. İş materiallarında olan Xaçmaz rayon Aşağı-Zeyid bələdiyyəsində təsdiqlənmiş xx.xx.2020-ci il tarixli arayışdan və xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X6 xx.xx.2020ci ildə vəfat etmiş və Xaçmaz rayon Aşağı-Zeyid kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Xaçmaz RMX-nın xx.xx.2020-ci il tarixli, 569 nömrəli arayışından görünür ki, X4 ölümü haqqında tibbi arayış verilməmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 205 saylı arayışından müəyyən olunur ki, Ərizəçi müraciətinə cavab olaraq, atası X6 barəsində ümumrespublika elektron məlumatları yoxlanılmış və xx.xx.2017-ci ildən xx.xx.2020-ci illər üzrə Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi atası X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi və Xaçmaz rayon Aşağı-Zeyid kənd qəbristanlığında dəfn edilməsi faktı iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Ərizəçi atası X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi faktı hüquqi əhəmiyyətli olmaqla məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi xx.xx.1970-ci ildə Xaçmaz rayonu, Aşağı-Zeyid kəndində doğulmuş mərhum atası X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1970-ci ildə Xaçmaz rayonu, Aşağı-Zeyid kəndində doğulmuş mərhum atası X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1734/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1734/2020
15.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver