Məhkəmə qərarları › İş №2(067)-1740/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1740/2024

14.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1740/2024 14.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 22 aprel 1971-ci ildə Xaçmaz rayonunun Qaraçay-cek kəndində anadan olmuş X2nun 29 yanvar 2023-cü il tarixdə Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsi, 72 saylı evdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X2 29 yanvar 2023-cü il tarixdə yaşadığı Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsi, 72 saylı evdə vəfat etmişdir. O, vəfat etdikdən sonra doğulduğu Xaçmaz rayonunun Qaraçay-cek kəndində dəfn edilmişdir. Lakin mənim səhlənkarlığı və qanunu bilmədiyindən vaxtında X2 üçün ölümü barədə həkim arayışı almamışdır. X2 29 yanvar 2023-cü il tarixdə vəfat etməsinə baxmayaraq tibbi şəhadətnamə alınmadığından atasının ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, atası qəfil vəfat etmişdir. Təcili yardım çağırılmamışdır. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, ərizəçinin X2 xalası oğlu, həm də bacısının əridir. Vəfat etdiyi tarixi xatırlamır. Vahid qəflətən vəfat etmişdir, dəfndə iştirak etmişdir. Vahidin Hümmət və Əfsanə adlı iki uşağı olmuşdur. Vahid anasının qəbrinin yanında dəfn olunub. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndlidir, həm də qohumdur. Ərizəçinin atası 2023-cü ilin dekabr ayında vəfat etmişdir. Vahid qəflətən vəfat etmişdir, dəfndə iştirak etmişdir. Vahidin Hümmət və Əfsanə adlı iki uşağı olmuşdur. Vahid anasının qəbrinin yanında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Maraqlı şəxs arayışından müəyyən olunur ki, Ərizəçi xx.xx.1996-cı ildə doğulmuşdur. X2, anası X4r. -Ərizəçi, Hacbala Əliosmanovun və Firudin Nuriyevin iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, 22 aprel 1971-ci il təvəllüdlü X6 xx.xx.2023-cü ildə vəfat etmiş və Qaraçaycek kənd qəbirstanlığında dəfn olunmuşdur. -Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X6 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X6 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıyla yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. -«Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X14 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, 1971-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. -Fotoşəkildən görünür ki, X6 adlı şəxsə qəbir daşı qoyulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, 22 aprel 1971-ci ildə Xaçmaz rayonunun Qaraçaycek kəndində anadan olmuş X6 ərizəçinin atasıdır. Ərizəçi Xaçmaz rayonunda qeydiyyatdadır. X6 xx.xx.2023-cü il tarixdə yaşadığı evdə ölmüş və Xaçmaz rayonu Qaraçaycek kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 1.3-cü bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir -307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. -311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. -193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. -194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 22 aprel 1971-ci ildə Xaçmaz rayonunun Qaraçaycek kəndində anadan olmuş X6 ərizəçinin atasıdır. X6 xx.xx.2023-cü il tarixdə yaşadığı evdə ölmüş və Xaçmaz rayonu Qaraçaycek kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 22 aprel 1971-ci ildə Xaçmaz rayonunun Qaraçaycek kəndində anadan olmuş X5 29 yanvar 2023-cü il tarixdə Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsi 72 saylı evdə ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220-ci, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22 aprel 1971-ci ildə Xaçmaz rayonunun Qaraçay-cek kəndində anadan olmuş X5 29 yanvar 2023-cü il tarixdə Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsi 72 saylı evdə vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar