Məhkəmə qərarları › İş №2(067)-1752/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1752/2021

28.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1752/2021 28.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 05 may 1966-cı ildə Xaçmaz rayonu Yergüc kəndində anadan olmuş X7 oğlunun Xaçmaz rayonu Yergüc kəndində vəfat etməsi faktının müəyyən olunması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü ildə tarixdə, mərhum qardaşı X4 isə 05 may 1966-cı ildə Xaçmaz rayonu Yergüc kəndində anadan olmuşlar. 16 iyun 2014-cü ildə qardaşı X4 qəflətən vəfat etmişdir. Lakin onun səhlənkarlığı, savadsızlığı və qanunu bilməməyindən vaxtında qardaşının ölümü barədə həkim arayışı almamışdır. X4 16.06.2014-cü ildə vəfat etməsinə baxmayaraq onun ölümü Qeydiyyat Orqanında qeydiyyata alınmamışdır. Vərəsəlik məsəslələri ilə bağlı notariat orqanında ondan qardaşının ölüm şəhadətnaməsi tələb olunur. Bundan sonra o, Maraqlı şəxsnə müraciət etmiş, lakin həkim arayışı olmadığından və bu arayışın alınması üçün tərəfindən müəyyən olunmuş vaxt ötürüldüyündən ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmişdir və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanları müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermişdir. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, ərizəçini tanıyır. Onunla qonşudur. Ərizəçinin qardaşı X4 16 iyun 2014-cü ildə xəstəlikdən vəfat etmişdir. O, yas mərasimlərində yaxından iştirak etmişdir. Mərhumu Xaçmaz rayon Yergüc kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirlmiş X5 və Rauf Aslanov şahid X1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan 25 may 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 oğlu 05 may 1966-cı ildə anadan olmuşdur. İşdə olan 24 may 2021-ci il tarixdə Xaçmaz rayon Yergüc kəndində tərtib olunmuş aktdan görünür ki, ərizəçinin qardaşı 05 may 1966-cı ildə anadan olmuş X7 oğlu 16 iyun 2014-cü ildə vəfat etmiş və Xaçmaz rayonunun Yergüc kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı 25 may 2021-ci il tarixli 56 saylı məktubundan görünür ki, X2 05.05.1966-25.05.2021-ci illər üzrə Maraqlı şəxs və Yergüc İƏV-i üzrə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X2 göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, 05 may 1966-cı ildə anadan olmuş X2 16 iyun 2014-cü ildə vəfat etməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə hesab edir ki, 05 may 1966-cı ildə anadan olmuş X2 16 iyun 2014-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 05 may 1966-cı ildə anadan olmuş X2 16 iyun 2014-cü ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar