Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1782/2024 15.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, 20 iyul 1945-ci ildə Xaçmaz rayonu, Şərif-oba kəndində anadan olmuş həyat yoldaşı X2 07 avqust 2017-ci il tarixdə ünvan 1 ünvanda vəfat etməsi və doğulduğu ünvan 2üquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X3 20 iyul 1945-ci ildə Xaçmaz rayonu, Şərif-oba kəndində anadan olmuşdur. O, 07 avqust 2017-ci il tarixdə yaşadığı ünvan 1 ünvanda vəfat etmiş və doğulduğu ünvan 3r. Lakin həyat yoldaşı vəfat etdikdən sonra o, aidiyyatı orqanlara müraciət edərək ölüm haqqında tibbi şəhadətnamə və ölüm şəhadətnaməsi almamışdır. Yaxın vaxtlarda ona həyat yoldaşının ölüm şəhadətnaməsi lazım olduqda Maraqlı şəxsnə və Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin bu sənədləşmə işi vaxtında aparılmadığından ona imtina cavabı verilmişdir. Ona ölüm faaktının əsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. O, həyat yoldaşının ölüm şəhadətnaməsini digər qaydada əldə edə bilmir. Maraqlı orqanlar tərəfindən ona imtina məktubu verilmişdir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşam. Qeyd edirəm ki, bu barədə faktları ərizəmə əlavə edirəm Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanları müdafiə edərək, izahatında göstərmişdir ki, vəfat edən həyat yoldaşıdır. Həyat yoldaşı xx.xx.1948-ci il təvəllüdlü X1 rayonu, Şərif-oba kəndində anadan olmuşdur. 08 iyul 2017-ci ildə yaşadığı ünvan 4 ünvanında vəfat etmiş və ünvan 5ı vəfat etdikdən sonra savadsızlığına və qanunu bilmədiyinə görə onun ölümü haqqında şəhadətnamə almamışdır. Bununla bağlı Xaçmaz rayon X4 Hüquqi Şəxsinə müraciət etdikdə də yoldaşı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi haqqında heç bir məlumat olmadığı müəyyən olunmuşdur. Həyat yoldaşının ölməsi faktı onun qonşuları, qohumları, qonşuların iştirakı ilə tərtib edilmiş və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 17 mart 2024-cü il tarixli aktla və dəfn olunduğu qəbiristanlıqdakı qəbrinin fotoşəkili də təsdiq olunur. Həmin sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim etdiyi şahidlər də faktı təsdiq edirlər. Ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, Ərizəçi qonşusudur, qohumluqları yoxdur. Ərizəçinin həyat yoldaşı X3 08 iyul 2017-ci il tarixdə ünvan 4 ünvanında vəfat etmiş və ünvan 3r. Ərizəçinin həyat yoldaşı 6-7 il olar ki, vəfat edib. O da mərhumun dəfnində və yas mərasimlərində iştirak etmişdir. Ərizəçinin həyat yoldaşı X2 08 iyul 2017-ci il tarixdə yaşadığı ünvan 4 ünvanında vəfat etməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin həyat yoldaşı X3 08 iyul 2017-ci il tarixdə ünvan 4 ünvanında vəfat etmiş və ünvan 3r. Ərizəçinin həyat yoldaşı 6-7 il olar ki, vəfat edib. O da mərhumun dəfnində və yas mərasimlərində iştirak etmişdir. Ərizəçinin həyat yoldaşı X2 08 iyul 2017-ci il tarixdə yaşadığı ünvan 4 ünvanında vəfat etməsi faktını təsdiq edir Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 05916495 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən məyyən olunur ki, X3 20 iyul 1945-ci il tarixdə Xaçmaz rayonunun Şərifoba kəndində doğulmuşdur. İş materiallarında olan АЗ seriyalı 148703 saylı evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 ilə X5 arasında 31 oktyabr 1969-cu il tarixdə Xaçmaz rayonu, Uzunoba kənd İƏD üzrə nümayəndəliyində rəsmi nikah qeydə alınmışdır. Nikaha daxil olarkən X5 ərinin soyadına uyğun “Şahmuradova” soyadını qəbul etmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş, Xaçmaz şəhər sakinlərinin iştirakları ilə tərtib olunmuş 17 mart 2024-cü il tarixli Aktdan görünür ki, X3 07 avqust 2017-ci il tarixdə Xaçmaz şəhərində vəfat etmiş və Xaçmaz rayonunun Şərifoba kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış 18 aprel 2024-cü il tarixli, 275 saylı məktubundan görünür ki, Xaçmaz rayon sakini olmuş 1945-ci il təvəllüdlü X2 01 yanvar 1945-18 aprel 2024-cü illər üzrə ölümünün Maraqlı şəxsndə qeydə alınıbalınmaması yoxlanılmış, X2 göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Azəbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X12 19 aprel 2024-cü il tarixli, 18-1- 43/2-1172/2024 saylı məktubundan müəyyən olunur ki, Birliyin Xaçmaz rayon Şöbəsində mərhum Xaçmaz rayon sakini olmuş 1945-ci il təvəllüdlü X2 07 avqust 2017-ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 07 avqust 2017-ci il tarixdə Xaçmaz rayonunun Xudat şəhərində ölməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 20 iyul 1945-ci il təvəllüdlü X2 07 avqust 2017-ci il tarixdə ünvan 1 ünvanda ölməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi həyat yoldaşı 20 iyul 1945-ci il təvəllüdlü X2 07 avqust 2017-ci il tarixdə ünvan 1 ünvanda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1782/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1782/2024
15.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver