Məhkəmə qərarları › İş №2(067)-1806/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1806/2024

20.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1806/2024 20.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi, maraqlı şəxs X5 iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Qusar 1 saylı mediasiya təşkilatının mediatoru X6 iştirakı ilə bağlanmış Barışıq (razılıq) sazişinin məcburi icraat qaydasında icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Qusar 1 saylı mediasiya təşkilatının Xaçmaz rayonunda fəaliyyət göstərən mediatoru X6 iştirakı ilə xx.xx.2024 cü d tarixdə birinci tərəf, Xaçmaz rayon Çılğır kənd sakini Ərizəçi, ikinci tərəf Xaçmaz rayonu, Əzizli kənd sakini X9 barəsində mübahisənin həlli şərtlərinə dair aşağıdakı məzmunda Barışıq (razılıq) Sazişi bağlanmışdır. Mübahisənin həlli itə bağlı tərəflər arasında danışıqlar aparılmışdır. Danışıqlar nəticəsində proses zamanı ikinci tərəf (X9) birinci tərəfin (Ərizəçi) qarşısında öhdəlik götürdü ki, 2024-cü ilin fevral ayından başlayaraq hər ayın 10-na kimi uşaqları xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X2 18 yaşına çatana kımı saxlanılması üçün Xaçmaz Rayon Məhkəməsinin 2016-cı il tarixli, 2(067}-5484 saylı iş üzrə qətnaməsi ilə hər ay, hər uşağa görə təyin edilmiş 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment məbləğinin artırılaraq hər ay, hər uşağa 180 (bir yüz səksən) manat olmaqla iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat aliment məbləğini qeyri-rəsmi yaşadığı birinci tərəfin (Ərizəçi) Kapital Bankın 4169 7388 6628 0823 saylı Bir kartına köçürəcək. Birinci tərəf - X1 razılaşdığı və üzərinə götürdüyü öhdəliyi vaxtlı-vaxtında, tam həcmdə icra etmir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmiş, bildirmişdir ki, 10 və 12 yaşlı iki uşağı var. Hər uşağa qətnamə ilə 100 manat aliment təyin olunmuşdur. Bu ilin fevral ayında mediasiyada hər uşağa 180 manat aliment təyin olunması barədə razılığa gəlmişlər. X1 razılaşdığı və üzərinə götürdüyü öhdəliyi vaxtıvaxtında, tam həcmdə icra etmir. Ona görə hazırda aralarındakı mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Məhkəmə iaclasında maraqlı şəxs X9 göstərmişdir ki, telefon təmiri ustası işləyir, ailəlidir, iddiaçı ilə birgə uşaqlarından başqa 17 və 26 yaşında 2 uşağı da var. Özü şəkər xəstəsidir, alimenti vaxtı-vaxtında ödəməyə çalışır və bundan sonra da ödəyəcəkdir.Hazırda cəmi 270 manat aliment borcu var. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişindən müəyyən olunur ki, mübahisənin həlli ilə bağlı tərəflər arasında danışıqlar aparılmışdır. Danışıqlar nəticəsində prosses zamanı ikinci tərəf (X9) birinci tərəfin (Ərizəçi) qarşısında öhtəlik götürdü ki, 2024-cü ilin fevral ayndan başlayaraq hər ayın 10-na kimi uşaqları xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılması üçün Xaçmaz rayon Məhkəməsinin 2016-cı il tarixli 2(067)-5484 saylı iş üzrə qətnaməsi ilə hər uşağa təyin edilmiş 100 (yüz) manat cəmi 200 (iki yüz) manat aliment məbləğinin artırılaraq hər uşağa 180 (yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altımış) manat aliment məbləğini qeyri-rəsmi yaşadığı birinci tərəfin (Ərizəçi) Kapital Bankin 4169-7388-6628-0823 saylı Bir kart kartına ödəyəcəkdir. 2.Tərəflər qarşılıqlı olaraq qəbul edilmiş öhdəliyə hörmətlə yanaşaraq icra edəcəklərini və qəbul edilmiş öhdəliklə bağlı məsuliyyət daşıyacaqlarını bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmışdır, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 2024-cü ilin fevral ayndan başlayaraq hər ayın 10-na kimi xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılması üçün Xaçmaz rayon Məhkəməsinin 2016-cı il tarixli 2(067)-5484 saylı iş üzrə qətnaməsi ilə hər uşağa təyin edilmiş 100 (yüz) manat cəmi 200 (iki yüz) manat aliment məbləğinin artırılaraq hər uşağa 180 (yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altımış) manat aliment məbləğini Ərizəçi Kapital Bankin 4169-7388-6628-0823 saylı Bir kart kartına ödəməsinə dair xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar