Məhkəmə qərarları › İş №2(067)-1810/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1810/2022

12.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1810/2022 12.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1885-ci ildə Qusar rayonunun, Tahircal kəndində doğulmuş mərhum X7 xx.xx.1984-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu ildə Xaçmaz rayonu, Qımılqışlaq kəndində anadan olmuşdur. xx.xx.2009-cu ildə X8 ilə rəsmi nikaha daxil olaraq ərinə məxsus Xaçmaz şəhəri Qafqaz küçəsi, 18 saylı evə köçmüşdür. Onun birinci evliliyi olmuş, lakin X20in isə birinci həyat yoldaşı 2008-ci ildə vəfat etmiş, onun birinci evliliyindən 6 uşaqları olmuşdur. X20 xx.xx.2020-ci ildə 86 yaşında vəfat etmişdir onların birgə nikahlarından uşaqları olmamışdır. İkram Güləliyev vəfat etməzdən əvvəl pensiyaçı idi. O, hər ay 255 manat pensiya alırdı. 2022-ci ilin mart ayının 17-də onun 62 il yarım yaşa çatdığına görə pensiya almaq hüququ yaranmışdır. O, lazımı sənədlərlə Quba Asan Xidmət Mərkəzinə müraciət edərək, ərinin pensiyasını ona təyin edilməsini xahiş etmişdir. Lakin ona bildirmişlər ki, ərinin valideynlərinin ölüm haqqında şəhadətnamələrini təqdim etməlidir. Mərhum qaynatası Fətulla Güləliyevin ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsindən arayış almışdır. Mərhum qaynanası Sarı Güləliyevanın ölümü haqqında arayış almaq üçün isə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs ona ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubundan arayışından görünür ki, X2 ölüm haqqında məlumatın müəyyən edilməsi vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci il tarixədək daxil edilmiş bütün aktlar üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Xəstəxanaya da bu barədə müraciət etmiş, lakin tibbi arayışın verilməsi mümkün olmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2009-cu ildə X8 ilə rəsmi nikaha daxil olaraq ona məxsus evə gəlin köçmüşdür. Bu onun birinci evliliyi olub, lakin əri İkramın ondan əvvəl başqa qadınla nikahı olub və ondan 6 uşağı var. 2008-ci ildə həmin qadın vəfat edib. xx.xx.2020-ci ildə isə əri vəfat edib. Birgə nikahdan uşaqları yoxdur. Əri sağlığında 255 manat pensiya alırdı. xx.xx.2022-ci ildə mən pensiya yaşına çatıb və pensiya almaq üçün sənədlərini Quba “ASAN” xidmətə təqdim etdim, lakin orada ərimin valideynlərinin ölüm haqqında şəhadətnamələrini istədilər. X9 xx.xx.1981-ci ildə vəfat edib. X1 isə xx.xx.1984-cü ildə vəfat edib, lakin onun ölüm haqqında şəhadətnaməsi yoxdur. Xaçmaz Qeydiyyat şöbəsindən həkim arayışı olmadığına görə onun ölüm haqqında şəhadətnaməsinin verilməsinin mümkün olmadığını bildirdilər və ona məhkəməyə müraciət etmək tövsiyyə olundu. Ona görə məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi Xanbaba qızı dayısı X3 arvadı olub. O, dayısının ikinci arvadı olub. xx.xx.2020-ci ildə dayısı İkram vəfat edib. Fətulla Gülüyev ana babası, X12 isə ana nənəsi olublar. Babası xx.xx.1981-ci ildə, nənəsi isə xx.xx.1984-cü ildə vəfat ediblər. O, həm babasının, həm də nənəsinin dəfnlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi Xanbaba qızı dayısı X3 arvadı olub. O, dayısının ikinci arvadı olub. xx.xx.2020-ci ildə dayısı İkram vəfat edib. Fətulla Gülüyev ana babası, X12 isə ana nənəsi olublar. Babası xx.xx.1981-ci ildə, nənəsi isə xx.xx.1984-cü ildə vəfat ediblər. O, həm babasının, həm də nənəsinin dəfnlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, X10 xx.xx.1981-ci il tarixdə Qusar rayonu, Yuxarı Tahircal kənində vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 483210 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X8 ilə X6 xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, mərhum X12 xx.xx.1984-cü ildə vəfat etmişdir və o, Qusar rayonunun Yuxarı Tahircal kəndində dəfn olunmuşdur. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, X7 vəfat etməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapsa da, onun 1885-ci ildə Qusarda rayonunun Tahircal kəndində doğulması faktı təsdiqi tapmamışdır. Buna görə də, məhkəmə ərizənin qismən təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməli və ərizəçinin X1nın xx.xx.1984-cü ildə vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X7 xx.xx.1984-cü ildə vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səmədzadə Sərxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar