Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1836/2024 23.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə (Maraqlı şəxs) məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Xaçmaz rayonunda xx.xx.1948-ci ildə doğulmuş doğma X4nun xx.xx.2018-ci il tarixdə yaşadığı Xaçmaz şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1948-ci ildə Xaçmaz rayonunun Köhnə- Xaçmaz kəndində anadan olmuş X4 xx.xx.2018-ci ildə vəfat etmiş və Xaçmaz rayonunun Köhnə-Xaçmaz kənd qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt atasının adına ölüm haqqında şəhadətnamə almamış və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. X4 xx.xx.2018-ci ildə vəfat etməsi və Xaçmaz rayonunun Köhnə-Xaçmaz kənd qəbristanlığmda dəfn edilməsi qonşuların və Mənzil İstismar sahəsinin evlər müdirinin iştirakı ilə tərtib olunmuş Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli rəsmi AKT ilə, habelə qəbir daşındakı yazılar göstərilən fotoşkillərlə təsdiq olunur. Atasının ölməsi barədə tibbi şəhadətnamə alınmaması Xaçmaz rayon X15 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli arayışı ilə təsdiq olunur. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 208 saylı imtina məktubunda göstərilir ki, xx.xx.1948-xx.xx.2023-cü illər üzrə Xaçmaz rayon Qeydiyyat X1 ölümünün qeydə alınıbalınmaması yoxlanılmış, X11 barəsində Ümumrespublika elektron məlumatları yoxlanılmış, xx.xx.1948-xx.xx.2023-cü illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Valideynlərindən anası X12 xx.xx.2014-cü ildə, qardaşı X10 isə xx.xx.2006-cı ildə vəfat etmişlər. Mərhum X4ndan miras qalmış əmlakın vərəsəliklə adına keçirilməsinə çətinlik yarandığından atasının ölməsi faktının təsdiq olunması əhəmiyyət kəsb edir. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə2 ərizə ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində xx.xx.1948-ci ildə doğulmuş və Köhnə-Xaçmaz kəndində yaşamış ərizəçinin X4 xx.xx.2018-ci ildə vəfat etmiş və Köhnə-Xaçmaz kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt ərizəçi atasının adına ölüm haqqında şəhadətnamə almamış və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olunacağına əhəmiyyət verməmişdir. X6 xx.xx.2018-ci il tarixində yaşadığı Köhnə-Xaçmaz kəndində vəfat etməsi və kənd qəbirstanlığında dəfn edilməsi qonşuların iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli rəsmi AKT ilə, habelə qəbir daşındakı yazılar göstərilən fotoşəkillər ilə təsdiq olunur. Əlavə olaraq şahidləri də var. Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində xx.xx.1948-ci ildə doğulmuş və Köhnə-Xaçmaz kəndində yaşamış ərizəçinin X4 xx.xx.2018-ci ildə vəfat etməsi faktını müəyyən edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qohumluğu və ədavəti yoxdur. O, özü evlər müdiri işləyir. Ərizəçi da tanıyır. Elnur uzun müddət burada yaşamayıb. Rusiyaya gedib-gəlib. Elnurun valideynlərini də tanıyır. Hər ikisi də vəfat edib. Atası hətta evdə ölüb qalmışdı. Qonşularla birlikdə onlar evə girmişlər. Xeyrulla 2018-ci ilin mart ayında vəfat edib. Xəstə idi. Səid Qurbanov küçəsində evdə tək yaşayırdı. Onu qonşu baxırdı. Yoldaşı isə özündən əvvəl vəfat edib. Bir övladı da var idi, o da uzun müddət əvvəl vəfat edib. O, Xeyrullanın yas mərasimində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, qohumluğu və ədavətləri yoxdur. Ərizəçi onun atasının dostunun oğludur. Atasının dostu Heydərov Xeyrulladır. 2018-ci ildə mart ayında vəfat edib. Dəfndə də özü iştirak etmişdir. Atası o vaxtlar xəstə idi. Daha doğrusu, dəfnə çata bilməmişdir. Yas mərasimində iştirak etmişdir. Bu səbəbdən harada dəfn olunduğunu bilmir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X11 xx.xx.1948-ci Xaçmaz rayonu Köhnə- Xaçmaz kəndində anadan olmuşdur. - «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X26 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, 1948-ci il təvəllüdlü X6 xx.xx.2018-ci ildə vəfat etməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. - Maraqlı şəxs ərizəçiyə ünvanladığı məktubundan görünür ki, X11 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıynan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. - Doğum haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1982ci il tarixdə anadan olmuş, ata qrafasında X11, ana qrafasında isə X8 qeyd olunmuşdur. - Şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə X8 xx.xx.1975-ci ildə nikaha daxil olaraq evlənmişlər. - Ölüm haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü X10 xx.xx.2006-cı ildə vəfat etmişdir. - Ölüm haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.1954-cü il təvəllüdlü X14 18.06..2011-cı ildə vəfat etmişdir. - Aktdan müəyyən olunur ki, X11 xx.xx.2018-ci il tarixində Xaçmaz rayon Köhnə Xaçmaz kəndində vəfat etmişdir və Xaçmaz rayon Köhnə Xaçmaz kənd qəbristanlığında dəfn edilmişdir. - Fotoşəkildən müəyyən olunur ki, X11 adlı şəxsə qəbir daşı qoyulmuşdur. - xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X3 həqiqətən də Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsində yaşamışdır və həqiqətən xx.xx.2018-ci ildə yaşadığı ünvanda vəfat etmişdir. Mərhum X2 rayonu, Köhnə Xaçmaz kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarından görünür ki, Ərizəçi X6 oğludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin atası 1948-cı il təvəllüdlü X11 xx.xx.2018-ci il tarixdə Xaçmaz rayon Köhnə Xaçmaz kəndində vəfat etmişdir və Xaçmaz rayon Köhnə Xaçmaz kənd qəbristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun oğlu olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1948-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş X6 xx.xx.2018-ci il tarixdə Xaçmaz şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1836/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1836/2024
23.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver