Məhkəmə qərarları › İş №2(067)-1847/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1847/2020

08.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1847/2020 08.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1959-cu il tarixdə anadan olmuş X3 xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X6 xx.xx.2016-cı ildə qəflətən vəfat etmişdir. Həmin gün də kənd camaatının iştirakı ilə Köhnə Xaçmaz kənd qəbristanlığında dəfn olunmuşdur. Qanunu bilmədiklərindən vaxtında qardaşının ölüm haqqında arayış almamışlar. Bu yaxınlarda notariat ofisinə müraciət edərək mərhum qardaşından miras qalmış əmlakı öz adına rəsmiləşdirmək istəmişdir. Vərəsəliyin aparılması ilə əlaqədar ondan qardaşının ölüm şəhadətnaməsi tələb olunmuşdur. Bu barədə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında həkim arayışı olmadığından şəhadətnamə almaq mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Təxminən 2016-cı ildə İkramın qardaşı İslamın vəfat etməsi ilə əlaqədar yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. 2016-cı ilin oktyabr ayı olardı səhər durarkən eşitmişdir ki, İslam küçədə yerdə uzanıb. Məlum olmuşdur ki, o vəfat edib. İslamın yas mərasimlərində və dəfnində iştirak etmişdir. İş materiallarında olan Maraqlı şəxs çıxarışından müəyyən olunur ki, Ərizəçi xx.xx.1957-ci ildə anadan olmuş, atası Şixbabayev Rüstəm Mövlüdşah oğlu, anası Şixbabayeva Gülağa qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs çıxarışından müəyyən olunur ki, X6 xx.xx.1959-cu ildə anadan olmuş, atası X2, anası Şixbabayeva Gülağa qeyd edilmişdir. İş materiallarından görünür ki, ərizəçi X3 qardaşıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Gülanə Lətifovanın, Nicat Mustafayevin, Azər Yusifovun və Məhəmməd Əsgərovun iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, Ərizəçi xx.xx.2016-cı ilə qədər qardaşı oğluna məxsus ünvan 1 ünvanında yerləşən evdə yaşamış və yaşadığı ünvanda vəfat etmişdir. Mərhum onların və qohumların iştirakı ilə xx.xx.2016-cı ildə Köhnə Xaçmaz kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, vəfat etmiş X6 xx.xx.1959-xx.xx.2020-ci illər üzrə Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X6 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır. xx.xx.1959xx.xx.2020-ci illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X14 xx.xx.2020-ci il tarixli 625 nömrəli məktubundan müəyyən olunur ki, ölüm haqqında tibbi şəhadətnamənin lərin qeydiyyat kitabı saxlanılmadığından X5 ölümü barədə tibbi arayış vermək mümkün deyildir. Bundan əlavə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə əlaqədar müəyyən olunmuş müddət ərzində lazımi sənədləşdirilmə işi aparılmadığından və müddət ötürüldüyündən X3 ölümü barədə tibbi arayış vermək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X5 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə anadan olmuş X3 xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar