Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1860/2025 05.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin ölüm faktının müəyyən edilməsinə dair» ərizəsi üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28 iyun 1960-cı il təvəllüdlü qardaşı X2 18 may 2017-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qardaşı X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Lakin, səhlənkarlığından, savadsızlığından və qanunu bilmədiyindən vaxtında, xx.xx.1960-cı il tarixdə anadan olmuş mərhum qardaşı X3 üçün ölümü barədə tibbi şahadətnamə almamışdır. Mərhum qardaşı X3 xx.xx.2017-ci il tarixdə vəfat etməsinə baxmayaraq onun ölümü Qeydiyyat Orqanında qeydiyyata alınmamışdır. Zərurət yarandığından mərhum qardaşı X3 haqqında şahadətnaməsi almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, həkim arayışı alınmadığından və bu arayışın alınması üçün tərəfindən müəyyən olunmuş müddət ötürüldüyündən ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Mərhum qardaşı X3 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və anadan olduğu Xaçmaz şəhər qəbrstanlığında camaatın iştirakı ilə dəfn edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizədə yazılanları müdafiə edərək, izahatında göstərmişdir ki, qardaşı xəstə olmuş, sonradan vəfat etmişdir. Başı qarışıq olduğuna görə sənəd almamışdır. Qardaşı ailəli olmuş və ayrılmışdır. Övladları var, lakin, qardaşının sağlığında övladları ilə münasibətləri omadığından, onlar atalarının dəfnində də iştirak etməmişlər. Ona görə də, məhkəməyə o müraciət etmişdir. Məhkəmədən xx.xx.1960-cı il təvəllüdlü qardaşı X1 xx.xx.2017-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qatnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin qardaşı Çingiz 5-6 il olar ki, vəfat etmişdir. Çingiz Bakı şəhərində vəfat etdikdən sonra qardaşı Gülağının evinə gətirilən zaman o, köməklik göstərmişdir. Qardaşını Gülağa dəfn etmiş və həmin dəfndə o, da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçi qardaşı, X3 xəstə idi. Bakı şəhərində vəfat etmişdir. Xaçmaz rayonunda dəfn edilmiş və həmin dəfndə o, da iştirak etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs 18 aprel 2025-ci il tarixli arayışından müəyyən edilir ki, X5 28 iyul 1960-cı ildə Xaçmaz şəhərində doğulmuşdur. Xaçmaz şəhəri sakinlərinin iştirakları ilə tərtib olunaraq Xaçmaz şəhər İƏD-nin nümayəndəliyinin müavini tərəfindən təsdiq olunmuş 11 aprel 2025-ci il tarixli aktdan görünür ki, X5 18 may 2017-ci il tarixdə Xaçmaz rayonunun Gülalan kəndində ölmüş və həmin kənd qəbristanlığında dəfn edilmişdir. «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X10 14 aprel 2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Xaçmaz rayon sakini olmuş 28 iyul 1960-cı il təvəllüdlü X2 18 may 2017-ci il tarixdə vəfatı barədə «Ölüm haqqında tibbi şəhadətnamənin» verilməsi haqqında «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X11 heç bir məlumat yoxdur. Maraqlı şəxs Ərizəçi ünvanlandığı 11 aprel 2025-ci il tarixli məktubundan müəyyən edilir ki, X2 xx.xx.1960-xx.xx.2025-ci illər üzrə ölümünün Maraqlı şəxsndə qeydə alınıbalınmaması yoxlanılmış, X2 göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə ərizəçinin təqdim etdiyi sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, Ərizəçi qardaşı - Xaçmaz şəhərində doğulmuş, 28 iyul 1960-cı il təvəllüdlü X2 18 may 2017-ci il tarixdə Xaçmaz rayonunun Gülalan kəndində ölməsi faktı iş materiallarına əlavə edilmiş sənədlərlə, ərizəçinin izahatı və şahidlərin ifadələri ilə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Xaçmaz şəhərində doğulmuş, 28 iyul 1960-cı il təvəllüdlü X2 18 may 2017-ci il tarixdə Xaçmaz şəhərində ölməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qardaşı - Xaçmaz şəhərində doğulmuş, 28 iyul 1960-cı il təvəllüdlü X2 18 may 2017-ci il tarixdə Xaçmaz şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1860/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1860/2025
05.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver