Məhkəmə qərarları › İş №2(067)-1861/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1861/2025

30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1861/2025 30.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızı, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdi: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin mümkünlüyü araşdırılarkən ərizəyə məhkəmə aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsində baxılmalı olmadığı müəyyən olundu. Belə ki, ərizədən məlum olur ki, iddiaçının tələbi inzibati hüquq münasibətlərinə aid mübahisə ilə əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərin araşdırılması zamanı X1 ölüm faktının müəyyən edilərək ona “Rusiya Federasiyası Dağıstan Respublikası Ədliyyə Nazirliyinin VVADQ İdarəsi” tərəfindən xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin verildiyi, Maraqlı şəxs tərəfindən həmin şəhadətnamənin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsindən imtina edildiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsində baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin iddiaçıya müvafiq İnzibati Məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar