Məhkəmə qərarları › İş №2(067)-1863/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1863/2025

31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1863/2025 31.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi «Şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 01 iyul 1906-cı ildə anadan olmuş X2nın 31 avqust 1987-ci ildə Xaçmaz rayonunun Hacıəbdürəhimoba kəndində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 31 avqust 1987-ci il tarixdə yaşadığı Xaçmaz rayonunun Hacıəbdürəhimoba kəndində vəfat etmişdir. O, vəfat etdikdən sonra Xaçmaz rayonunun Dədəli kəndində dəfn edilmişdir. Lakin səhlənkarlığından və qanunu bilmədiyindən vaxtında X2 üçün ölümü barədə həkim arayışı almamışdır. X2 31 avqust 1987-ci il tarixdə vəfat etməsinə baxmayaraq tibbi şəhadətnamə alınmadığından anasının ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Hazırda zərurət yarandığından ondan 31 avqust 1987-ci il tarixdə vəfat etmiş X2nın ölüm şəhadətnaməsi tələb olunmuşdur. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etməli olmuşdur. Müraciəti əsasında Qeydiyyat Şöbəsində sənədləribi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, o, qanunla müəyyən edilmiş müddət ərzində tibbi şəhadətnamə alaraq Qeydiyyat Şöbəsinə təqdim etmədiyindən anasının ölümü qeydə alınmamışdır. Bu səbəbdən ona anasının ölüm şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Bundan sonra o, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət edərək anasının ölümü barədə tibbi şəhadətnamə almaq istəmiş, lakin bununla əlaqədar vaxtında sənədləşmə işi aparılmadığına görə ona anasının ölümü barədə tibbi şəhadətnamənin verilməsindən imtina olunmuş və ona məhkəməyə müraciət etməsi tövsüyyə olunmuşdur. Odur ki, 01 iyul 1906-cı ildə anadan olmuş X2nın 31 avqust 1987-ci ildə Xaçmaz rayonunun Hacıəbdürəhimoba kəndində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 01 iyul 1906-cı ildə anadan olmuş X5 onun doğma anası olmuşdur. X16 31 avqust 1987-ci il tarixdə yaşadığı Xaçmaz rayonunun Hacıəbdürəhimoba kəndində vəfat etmiş və Dədəli kənd qəbirstanlığında qohum-əqrəbanın və qonşuların iştirakı ilə dəfn olunmuşdur. Hüquqi savadsızlıqdan vaxtında anasının ölümü barədə həkim arayışı alınmamış və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Hazırda vərəsəlk məsələlərinin həlli ilə bağlı zərurət yarandığından anasının ölüm şəhadətnaməsi tələb olunmuşdur. Bununla bağlı o, ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında anasının ölümü barədə həkim arayışı almadıqlarından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, 01 iyul 1906-cı ildə anadan olmuş X2nın 31 avqust 1987-ci ildə Xaçmaz rayonunun Hacıəbdürəhimoba kəndində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Maraqlı şəxs nümayəndəsi X13 göstərdi ki, Ərizəçi Maraqlı şəxsnə müraciət edərək 01 iyul 1906-cı ildə anadan olmuş X2 üçün ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin ərizəçi anasına ölüm haqqında şəhadətnamə verilməsi üçün şəxsin ölümü barədə tibb müəssisəsinin arayışını təqdim edə bilmədiyindən və müəyyən edilmiş illər üzrə aparılmış yoxlama zamanı X3 ölüm akt qeydi məlumat bazasında aşkar edilmədiyindən ərizəçinin müraciətinin həlli mümkün olmamış və ərizəçiyə şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X12 göstərdi ki, Ərizəçi onun həmkəndlisi və qonşusudur. X5 ərizəçinin doğma anası olmuşdur. Həqiqətən ərizəçinin X2 31 avqust 1987-ci il tarixdə yaşadığı Xaçmaz rayonunun Hacıəbdürəhimoba kəndində vəfat etmiş və Dədəli kənd qəbirstanlığında qohum-əqrəbanın və qonşuların iştirakı ilə dəfn olunmuşdur. Mərhumun dəfn və yas mərasimlərində şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin digər həmkəndliləri X10 və X11 şahid X6 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və həqiqətən də Ərizəçi X2nın 31 avqust 1987-ci il tarixdə yaşadığı Xaçmaz rayonunun Hacıəbdürəhimoba kəndində vəfat etməsini və Dədli kənd qəbirstanlığında qohum-əqrəbanın və qonşuların iştirakı ilə dəfn olunmasını, mərhumun yas mərasimində şəxsin iştirak etdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən Ərizəçi Xaçmaz rayonunun Hacıəbdürəhimobsa kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1951-ci il tarixli, İE seriyalı, 706423 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci ildə anadan olmuş, onun valideynləri X1 və X5 olmuşlar. İş materiallarında olan xx.xx.1962-ci il tarixli, AZ seriyalı, 309288 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin X2 01 iyul 1906-cı ildə Xaçmaz rayonunun Şərifoba kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1960-cı il tarixli, İ-İE seriyalı, 093740 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin valideynləri X1 və X5 xx.xx.1928-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Dədəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmi. xx.xx.2025-ci il tarixli, 93 saylı arayışdan görünür ki, Xaçmaz rayonunun Hacıəbdürəhimoba kənd sakini olmuş 1906-cı il təvəllüdlü X5 xx.xx.1987-ci ildə vəfat etmişdir. İş materiallarında olan şahidlərin iştirakı ilə tərtib olunaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Dədəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 07 aprel 2025-ci il tarixli aktdan görünür ki, Xaçmaz rayonunun Hacıəbdürəhimoba kənd sakini olmuş X5 1987-ci ilin avqust ayının 31-i tarixində Xaçmaz rayonunun Hacıəbdürəhimoba kəndində vəfat etmiş və Dədəli kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, ərizəçinin mərhum X2nın qəbir abidəsinin fotoşəkili çəkilmiş, qəbir daşının üzərində mərhumun soyadı, adı və atasının adı, doğulduğu və vəfat etdiyi illər həkk olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs verdiyi xx.xx.2025-ci il tarixli, 388 nömrəli məktubdan görünür ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciəti ilə əlaqədar sonuncunun mərhum X2nın xx.xx.1945-xx.xx.2025-ci illər üzrə Maraqlı şəxsndə ölümünün qeydə alınıb-alınmaması yoxlanılmışdır. Lakin mərhumun Qeydiyyat Şöbəsində göstərilən illər üzrə ölüm akt qeydi tapılmamışdır. Ərizəçiyə rəsmi qaydada izah edilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir və ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsinın direktor müavini tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli, 18-1-43/2-561/2025 saylı məktubdan görünür ki, Ərizəçi 1906-cı ildə anadan olmuş X2nın xx.xx.1987-ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Xaçmaz MRX-da heç bir məlumat yoxdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidllərin ifadəlini dinləyib mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 01 iyul 1906-cı ildə Xaçmaz rayonunun Şərifoba kəndində anadan olmuş X5 Ərizəçi anası olmuşdur. Ərizəçinin X2 31 avqust 1987-ci il tarixdə yaşadığı Xaçmaz rayonunun Hacıəbdürəhimoba kəndində vəfat etmiş və Dədəli kənd qəbirstanlığında qohum-əqrəbanın və qonşuların iştirakı ilə dəfn olunmuşdur. Maral Ağakiiyeva 31 avqust 1987-ci ildə vəfat etməsinə baxmayaraq ərizəçi və yaxın qohumları hüquqi savadsızlıqdan mərhumun ölümü barədə vaxtında həkim arayışı almamış və mərhumun ölümünü Qeydiyyat orqanında qeydiyyata aldırmamışlar. Bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Vərəsəlik məsələlərinin həlli ilə bağlı Ərizəçi aidiyyatı orqanlara müraciət edərkən ondan mərhum anasının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bu səbəbdən də o, anası üçün ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında anasının ölümü barədə həkim arayışı alınmadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilən hüquqi faktın müəyyənləşdirilməsində Ərizəçi məqsədi yalnız gələcəkdə vərəsəlik məsələlərini həll etməkdən ibarətdir. Hansı ki, həmin hüquqi faktın məhkəmədən kənar digər orqanlarda müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də şəxsin vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, Ərizəçi 01 iyul 1906-cı ildə anadan olmuş X2nın 31 avqust 1987-ci ildə Xaçmaz rayonunun Hacıəbdürəhimoba kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilməlidir. Göstərilərlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi 01 iyul 1906-cı ildə anadan olmuş X2nın 31 avqust 1987-ci ildə Xaçmaz rayonunun Hacıəbdürəhimoba vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar