Məhkəmə qərarları › İş №2(067)-1873/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1873/2024

28.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1873/2024 28.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1961-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuş qardaşı X3 xx.xx.1962-ci il tarixdə Xaçmaz rayonunun Çiləgir kəndində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X7 xx.xx.1961-ci ildə anadan olmuşdur. Qardaşı 5 may 1962-ci ildə, yəni 7 aylığında yaşadığı Xaçmaz rayonunun Çiləgir kəndində vəfat etmişdir. Lakin valideynləri qanunu bilmədiyindən vaxtında qardaşı üçün ölüm barədə həkim arayışı almamışdır. Həmin illərdə o uşaq olmuş, qardaçının ölüm şəhadətnaməsinin olmadığını bu yaxınlarda bilmişdir. Qardaşının ölüm haqqında şəhadətnaməsini almaqdan özləri Maraqlı şəxsnə müraciət etmiş, lakin həkim arayışı alınmadığından və hu arayışın alınması üçün tərəfindən müəyyən olunmuş müddət ötürüldüyündən ölüm şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, vərəsəliklə bağlı müraciət edərkən məlum olmuşdur ki, xx.xx.1961-ci ildə doğulmuş və xx.xx.1962-ci ildə ölmüş qardaşı İmranın ölüm haqqında şəhadətnaməsi alınmayıb. Valideynləri səhlənkarlıq edərək qardaşının ölümü haqqında həkim arayışı almamışlar. Həkim arayışı olmadığına görə sonradan doğum haqqında şəhadətnamə alınması da mümkün olmayıb. Atasından qalan mirasın rəsmiləşdirilməsi üçün ölmüş qardaşının ölüm haqqında şəhadətnaməsi zəruridir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur, gediş gəlişləri vardır. Ərizəçinin qardaşı körpə olanda ölmüşdür, nədən öldüyünü bilmir. Ərizəçinin qardaşının ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur, gediş gəlişləri vardır. Ərizəçinin qardaşı körpə olanda ölmüşdür, nədən öldüyünü bilmir. Ərizəçinin qardaşının ölməsi faktını təsdiq edir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi X2, anası X4 qeyd edilmişdir. İş materiallarında olan qeydiyyat şöbəsinin arayışından görünür ki, X7 xx.xx.1961-ci ildə anadan olmuşdur. X2, anası X4 qeyd edilmişdir. İş materiallarından görünür ki, ərizəçi, X3 qohumudur. İş materiallarında olan Şahid1, Ərizəçi və Şahid2 iştirakı ilə xx.xx.2023-cü ildə tərtib olunmuş aktdan müəyyən olunur ki, xx.xx.1961-ci ildə doğulmuş X7 5 may 1962-ci ildə yaşadığı Xaçmaz rayonunun Çiləgir kəndində vəfat etmişdir. Onların iştirakı ilə Çiləgir kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Nərəcan kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 828 nömrəli arayışından müəyyən olunur ki, Ərizəçi qardaşı X7 xx.xx.1962-ci il tarixdə Xaçmaz rayonunun Çiləgir kəndində vəfat etmişdir və Çiləgir kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X7 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X7 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X12 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü X3 xx.xx.1962-ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1961-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuş X3 xx.xx.1962-ci il tarixdə Xaçmaz rayonunun Çiləgir kəndində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar