Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1879/2020 23.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı əmlak tələbinə dair mülki işə xx xxxxxx 2020ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq ona məxsus əmlaklarının və ya onların dəyərinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, cavabdehlərin oğlu Namiklə 2010-cu ilin iyun ayında faktiki nikah əsasında ailə qurmuşdur. Nikahlarını xx.xx.2015-ci ildə rəsmiləşdirmişdir. Birgə nikahlarından bir uşaqları olmuşdur. Əri Namik xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra uşaqla birlikdə valideynlərinin evinə qayıtmışdır. Lakin ona məxsus bütün əmlaklar cavabdehlərin evində qalır. Əmlaklarını götürməyə dəfələrlə cəhd etsə də heç bir nəticəsi olmamışdır. Ona məxsus əmlaklar aşağıdakılardır. 2100 manat dəyərində Malayziya istehsalı şifoner, qorka taclı, taxt 2 ədəd tumba, termo 1 tabletka, tək çarpayı, stol, 6 ədəd stul, 340 manat dəyərində 2 cüt pəncərə pərdəsi, 2 cüt pəncərə tülü, 2 cüt qapı pərdəsi, pərdələrin üstündə 4 ədəd səhnə pərdəsi, Türkiyə istehsalı 130 manat dəyərində kaşmir xalça 3x5 ölçüdə, 150 manat dəyərində tək çarpayı matrası, 110 manat dəyərindətaxt matrası, 115 manat dəyərində Türkiyə istehsalı paltaryuyan, 100 manat dəyərində Koreya istehsalı paltaryuyan, 80 manat dəyərində ətçəkən, 100 manat dəyərində pultlu lüstur, 25 manat dəyərində sandıq, 20 manat dəyərində plasmas şkaf, 40 manat dəyərində dəmir peç, 1000 manat dəyərində 1 ədəd taxt döşəyi, 2 ədəd tək döşək, 1 ədəd taxt yorğanı, 2 ədəd tək yorğan, 4 ədəd yastıq, 5 ədəd nalça, 50 manat dəyərində taxt pakrıvalı, 40 manat dəyərində iki adyal, 20 manat dəyərində tək sintifon yorğan, 110 manat dəyərində 4 dəst yorğan üzü, 4 dəst prostina, 85 manat dəyərində tozsoran, 15 manat ütü, 20 manat dəyərində 4 ədəd ləyən, 15 manat dəyərində 2 ədəd podnos, 10 manat dəyərində 12 ədəd veşilka, 140 manat dəyərində çay və xörək servizi, 22 manat dəyərində 1 ədəd bagema qabı, 17 manat dəyərində 6 ədəd bakal, 10 manat dəyərində 1 ədəd konfet qabı, 25 manat dəyərində 1 ədəd meyvə qabı, 20 manat dəyərində 1 ədəd güldan, 10 manat dəyərində 1 ədəd xrustal qab, 20 manat dəyərində 1 ədəd tefal tava, 20 manat dəyərində 1 ədəd şirli qazan, 10 manat dəyərində 1 ədəd dəmir qazan, 15 manat dəyərində 3 ədəd şirli qazan, 20 manat dəyərində 2 ədəd güzgü, 10 manat dəyərində2 ədəd neft lampası, 15 manat dəyərində 1 ədəd elektrikli istilik verən peç, 20 manat dəyərində 1 çamadan qaşıq dəsti, 15 manat dəyərində 36 ədəd çəngəl-qaşıq, 20 manat dəyərində 4 dəst əl-üz dəsmalı, 35 manat dəyərində 4 dəst hamam dəsmalı, 15 manat dəyərində 5 ədəd çay dəsmalı, 20 manat dəyərində 3 ədəd yastıq üzü-6 ədəd, 15 manat dəyərində3 ədəd çaynik, 15 manat dəyərində 1 ədəd şirli qəfədan, 5 manat dəyərində 1 ədəd süzək, 3 manat dəyərində 1 ədəd çüyün, 30 manat dəyərində 3 ədəd skater, 15 manat dəyərində 6 ədəd qara badya, 6 manat dəyərində 6 ədəd qırmızı dərin boşqab, 5 manat dəyərində 6 ədəd qaşıqlı fincan, 5 manat dəyərində 1 ədəd üçmərtəbə qab, 10 manat dəyərində 12 ədəd sok stəkanları, 15 manat dəyərində 12 ədəd qara nəlbəki, 10 manat dəyərində 12 ədəd stəkan, 5 manat dəyərində 1 dəst kofeyni serviz. Ona hədiyyə olunmuş 3x4 metr ölçüdə qırmızı xalça və oğlu ilə ona aid paltarlar cavabdehin evində qalmaqdadır. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək iddia ərizəsində göstərilən 3x4 metr ölçüdə ona hədiyyə edilmiş xalçadan və paltarlardan başqa digər əmlaklarının cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı iddia ərizəsində göstərilən 3x4 metr ölçüdə xalçadan və paltarlardan başqa digər əmlaklar hissəsində qəbul etdiyini bildirmiş və qaytarmağa etiraz etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.2020-ci il tarixli 54 saylı məktubundan müəyyən olunur ki, Malayziya istehsalı şifoner, qorka taclı, taxt 2 ədəd tumba, termo 1 tabletka, tək çarpayı, stol, 6 ədəd stul 2100 manat, 2 cüt pəncərə pərdəsi, 2 cüt pəncərə tülü, 2 cüt qapı pərdəsi, pərdələrin üstündə 4 ədəd səhnə pərdəsi 340 manat, Türkiyə istehsalı kaşmir xalça 3x5 metr ölçüdə 130 manat, tək çarpayı matrası 150 manat, taxt matrası 110 manat, Türkiyə istehsalı paltaryuyan 115 manat, Koreya istehsalı paltaryuyan 100 manat, ətçəkən 80 manat, pultlu lüstur 100 manat, sandıq 25 manat, plasmas şkaf 20 manat, dəmir peç 40 manat, 1 ədəd taxt döşəyi 1000 manat dəyərində 2 ədəd tək döşək, 1 ədəd taxt yorğanı, 2 ədəd tək yorğan, 4 ədəd yastıq, 5 ədəd nalça, taxt pakrıvalı 50 manat, iki adyal 40 manat, tək sintifon yorğan 20 manat, 110 manat dəyərində 4 dəst yorğan üzü, 4 dəst prostina, tozsoran 85 manat, ütü 15 manat, 4 ədəd ləyən 20 manat, 2 ədəd podnos 15 manat, 12 ədəd veşilka 10 manat, çay və xörək servizi 140 manat, 1 ədəd bagema qab 22 manat, 6 ədəd bakal 17 manat, 1 ədəd konfet qabı 10 manat, 1 ədəd meyvə qabı 25 manat, 1 ədəd güldan 20 manat, 1 ədəd xrustal qab 10 manat, 1 ədəd tefal tava 20 manat, 1 ədəd şirli qazan 20 manat, 1 ədəd dəmir qazan 10 manat, 3 ədəd şirli qazan 15 manat, 2 ədəd güzgü 20 manat, 2 ədəd neft lampası10 manat, 1 ədəd elektrikli istilik verən peç 15 manat, 1 çamadan qaşıq dəsti 20 manat, 36 ədəd çəngəl-qaşıq 15 manat, 4 dəst əl-üz dəsmalı 20 manat, 4 dəst hamam dəsmalı 35 manat, 5 ədəd çay dəsmalı 15 manat, 3 ədəd yastıq üzü-6 ədəd 20 manat, 3 ədəd çaynik 15 manat, 1 ədəd şirli qəfədan 15 manat, 1 ədəd süzək 5 manat, 1 ədəd çüyün 3 manat, 3 ədəd skater 30 manat, 6 ədəd qara badya 15 manat, 6 ədəd qırmızı dərin boşqab 6 manat, 6 ədəd qaşıqlı fincan 5 manat, 1 ədəd üçmərtəbə qab 5 manat, 12 ədəd sok stəkanları 10 manat, 12 ədəd qara nəlbəki 15 manat, 12 ədəd stəkan 10 manat, 1 dəst kofe servizi 5 manat dəyərindədir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd olunan hüquq normalarına istinadən hesab edir ki, iddiaçının iddia ərizəsində cehiz əmlakları olaraq göstərdiyi əmlaklar iddiaçının mülkiyyəti hesab olunur və bu əmlakların mövcudluğu cavabdeh tərəfindən də məhkəmə iclasında etiraf edilmişdir. İddiaçının məhkəmədə qeyd etdiyi əmlaklar onun tam mülkiyyəti hesab edildiyindən və əmlakların qaytarılmaması sonuncunun qeyd olunan əmlaklar üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməli və məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 2100 manat dəyərində Malayziya istehsalı şifoner, qorka taclı, taxt 2 ədəd tumba, termo 1 tabletka, tək çarpayı, stol, 6 ədəd stul, 340 manat dəyərində 2 cüt pəncərə pərdəsi, 2 cüt pəncərə tülü, 2 cüt qapı pərdəsi, pərdələrin üstündə 4 ədəd səhnə pərdəsi, Türkiyə istehsalı 130 manat dəyərində kaşmir xalça 3x5 metr ölçüdə, 150 manat dəyərində tək çarpayı matrası, 110 manat dəyərində taxt matrası, 115 manat dəyərində Türkiyə istehsalı paltaryuyan, 100 manat dəyərində Koreya istehsalı paltaryuyan, 80 manat dəyərində ətçəkən, 100 manat dəyərində pultlu lüstur, 25 manat dəyərində sandıq, 20 manat dəyərində plasmas şkaf, 40 manat dəyərində dəmir peç, 1000 manat dəyərində 1 ədəd taxt döşəyi, 2 ədəd tək döşək, 1 ədəd taxt yorğanı, 2 ədəd tək yorğan, 4 ədəd yastıq, 5 ədəd nalça, 50 manat dəyərində taxt pakrıvalı, 40 manat dəyərində iki adyal, 20 manat dəyərində tək sintifon yorğan, 110 manat dəyərində 4 dəst yorğan üzü, 4 dəst prostina, 85 manat dəyərində tozsoran, 15 manat ütü, 20 manat dəyərində 4 ədəd ləyən, 15 manat dəyərində 2 ədəd podnos, 10 manat dəyərində 12 ədəd veşilka, 140 manat dəyərində çay və xörək servizi, 22 manat dəyərində 1 ədəd bagema qab, 17 manat dəyərində 6 ədəd bakal, 10 manat dəyərində 1 ədəd konfet qabı, 25 manat dəyərində 1 ədəd meyvə qabı, 20 manat dəyərində 1 ədəd güldan, 10 manat dəyərində 1 ədəd xrustal qab, 20 manat dəyərində 1 ədəd tefal tava, 20 manat dəyərində 1 ədəd şirli qazan, 10 manat dəyərində 1 ədəd dəmir qazan, 15 manat dəyərində 3 ədəd şirli qazan, 20 manat dəyərində 2 ədəd güzgü, 10 manat dəyərində2 ədəd neft lampası, 15 manat dəyərində 1 ədəd elektrikli istilik verən peç, 20 manat dəyərində1 çamadan qaşıq dəsti, 15 manat dəyərində 36 ədəd çəngəl-qaşıq, 20 manat dəyərində 4 dəst əl-üz dəsmalı, 35 manat dəyərində 4 dəst hamam dəsmalı, 15 manat dəyərində 5 ədəd çay dəsmalı, 20 manat dəyərində 3 ədəd yastıq üzü-6 ədəd, 15 manat dəyərində 3 ədəd çaynik, 15 manat dəyərində 1 ədəd şirli qəfədan, 5 manat dəyərində 1 ədəd süzək, 3 manat dəyərində 1 ədəd çüyün, 30 manat dəyərində 3 ədəd skater, 15 manat dəyərində 6 ədəd qara badya, 6 manat dəyərində 6 ədəd qırmızı dərin boşqab, 5 manat dəyərində 6 ədəd qaşıqlı fincan, 5 manat dəyərində 1 ədəd üçmərtəbə qab, 10 manat dəyərində 12 ədəd sok stəkanları, 15 manat dəyərində 12 ədəd qara nəlbəki, 10 manat dəyərində 12 ədəd stəkan, 5 manat dəyərində 1 dəst kofe servizi (əmlaklar qətnamə icra olunduğu vaxt mövcud olmasa cavabdehdən alınmalı əmlakların dəyəri) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1879/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1879/2020
23.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver