Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1904/2024 06.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək qardaşı X14 10 avqust 2008-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X23 1951-ci ildə anadan olmuş, xəstəlikdən sonra 10 avqust 2008-ci il tarixdə vəfat etmişdir. Qardaşını Xaçmaz rayonu, Qobuqırağı kənd qəbiristanlığında dəfn etmişlər. Həmin vaxt o qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ölüm haqqında şəhadətnamələri almaq üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, oradan aldığı cavab məktubunda göstərilir ki, ölüm faktları tibb müəssisənin müvafiq sənədi ilə həmin sənəd olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirir ki, onkoloji xəstəlikdən əziyyət çəkən qardaşı vəfat edən zaman ona özü baxmışdır və tərəfindən həkim dəvət edilməmişdir. Qardaşının ölməsi faktını qonşularının iştirakı ilə tərtib edilmiş və Xaçmaz şəhəri İƏN-si tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktlar və dəfn olunduğu qəbirstanlıqdakı qəbri də təsdiq edir. Bu barədə şəkillər də ərizəyə əlavə edir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, qardaşı 1951-ci ildə Quba rayonunun Qonaqkənd kəndində anadan olub, 2008-ci ildə vəfat edib. Həmin vaxt anası evdə xəstə olmuşdur. Evlər atasının adınadır, evin sənədlərinin rəsmiləşdirilməsi üçün qardaşının ölüm şəhadətnaməsi zərurəti yaranıb. Ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, ərizəçinin qardaşı uzun illər Rusiyada yaşamışdır. Rusiyadan qayıdıb gələndən sonra 2008-ci ildə xəstəlikdən vəfat etmişdir. Qobuqırağı kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəçinin qardaşı Azərbaycanda yaşayanda evli olmamışdır, RF-da evli olub-olmadığını bilmir. Dəfni Cənnət təşkil etmişdir, dəfndə iştirak etmişdir. Əsəd 3 qardaş olublar, hər üçü vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin qardaşı Əsəd xəstəlikdən vəfat etmişdir. Ailəsi olmamışdır. Rusiyada ailəsi olub-olmadığını bilmir. Əsəd Qobuqırağı kənd qəbristanlığında dəfn edilmişdir, dəfni Cənnət təşkil etmişdir, dəfndə iştirak etmişdir. Ərizəçi 1 bacı, bir neçə qardaş olublar, qardaşları və qardaşı uşaqları da vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Nikah haqqında şəhadətnamənin surətindən görünür ki. xx.xx.1989-cu il tаriхdə X11 ilə X17 аrаsındа nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Babayeva” soyadı verilmişdir. -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1949-cu ildə doğulmuşdur. X7, anası X5r. -Maraqlı şəxs arayışından müəyyən olunur ki, X23 xx.xx.1951-ci ildə doğulmuşdur. X7, anası X5r. -X3, X1, X4, X9 iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, Babayeva (Əsədova) Cənnət Aydın qızının doğma qardaşı olan ünvan 1 ünvanında yaşamış, 05 mart 1951-ci ildə anadan olmuş X23 xx.xx.2008-ci ildə yaşadığı evdə xəstəlik səbəbindən vəfat etmiş, Qobuqırağı kənd qəbristanlığında dəfn olunmuşdur. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli sorğuya əsasən alınmış məktubundan görünür ki, 1951-ci il təvəllüdlü X23 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış onların ata, ana, arvad, övladları və sair barədə məlumat aşkar olunmamışdır. -Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli sorğuya əsasən alınmış məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1951-ci ilə dair Quba rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X14 doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının arxivinin xx.xx.2024-cü il tarixli sorğuya əsasən alınmış məktubundan görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən valideynləri X20 ilə X12 olan xx.xx.1951-ci il təvəllüdlü Əsəd Əsədovun doğumunun Quba rayonunun Qonaqkənd icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. -«Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X25 xx.xx.2024-cü il tarixli sorğuya əsasən alınmış məktubundan müəyyən olunur ki, 1951-ci il təvəllüdlü X14 xx.xx.2008-ci il tarixdə vəfatı barədə “Ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi haqqında “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə heç bir məlumat yoxdur. -********** qeydiyyat nömrəli, **********11-10301 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında 0,063524 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 100,6 kv.metr olan fərdi yaşayış evi X13 adına daşınmaz əmlakın dövlət reyestrində 120 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Fotoşəkildən görünür ki, X23 adlı şəxsə məzar daşı qoyulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.1951-ci il təvəllüdlü X23 ərizəçinin qardaşıdır. Ərizəçi Xaçmaz rayonunda qeydiyyatdadır. X13 adına daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında 0,063524 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 100,6 kv.metr olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. X23 xx.xx.2008-ci ildə yaşadığı ünvan 2 ünvanında ölmüş və Xaçmaz rayonu Qobuqırağı kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının: 1.3-cü bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 9-cu bəndində əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X14 10 avqust 2008-ci ildə ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan ərizə təmin edilməli, X14 10 avqust 2008-ci ildə ölməsi faktı müəyyən edilməlidir. X2 ölümünün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220-ci, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci ildə Azərbaycan Respublikası Quba rayonu, Qonaqkənd kəndində anadan olmuş X14 10 avqust 2008-ci ildə ölməsi faktı müəyyən edilsin. X2 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1904/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1904/2024
06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver