Məhkəmə qərarları › İş №2(067)-1906/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1906/2020

09.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1906/2020 09.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə islas katibi X7, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxxxx 1963-cü il tarixdə Xaçmaz rayonunun Qımıl-Qışlaq kəndində anadan olmuş mərhum atası X2 xx xxxxxx 2020-ci il tarixdə vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, valideynləri olan atası X5 ilə anası X8 2000-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Həmin nikahdan xx.xx.2002-ci il tarixdə o, dünyaya gəlmişdir. Valideynləri xx xxxx 2017-ci il tarixdə boşanmışlar. Valideynləri boşanarkən o, anası X3 yanında qalıb, atası isə yaşamaq üçün ABŞ-a köçmüşdür. xx xxxxxx 2020-ci ildə o, ABŞ-ın Nyu-York şəhərində ağ ciyərlərin xərçəngi xəstəliyindən vəfat etmişdir. xx xxxx 2020-ci ildə onun nəşini Azərbaycana gətirmişlər və xx xxxx 2020-ci ildə o, Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində dəfn olunmuşdur. Onun vəfatından sonra bu barədə həkim arayışı alınmayıb. Hazırda ona atasından miras qalmış əmlakın sənədləşdirilməsi ilə əlaqədar atasının ölüm haqqında şəhadətnaməsi zəruridir. O, atasının ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Xaçmaz Qeydiyyat şöbəsinə müraciət edib, lakin həkim arayışı olmadığına görə ona atasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilib. Ona görə də ərizə ilə məhkəməyə müracət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X8 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə islasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaysan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində göstərmişdir ki, ərizəçi tanışıdır, onun mərhum atası ilə həmkəndli omuşlar, qohumluq əlaqələri yoxdur, münasibətləri yaxşıdır. Ərizəçi atası X5 yaşamaq üçün ABŞ-a köçmüşdür. xx xxxxxx 2020-ci ildə o, ABŞ-ın Nyu- York şəhərində ağ ciyərlərin xərçəngi xəstəliyindən vəfat etmiş, xx xxxx 2020-ci ildə onun nəşini Azərbaycana gətirmişlər və xx xxxx 2020-ci ildə o, Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində dəfn olunmuşdur. O, X2 yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, o, ərizəçinin mərhum atası ilə qohumdur, münasibətləri yaxşıdır. Ərizəçi atası X5 yaşamaq üçün ABŞ-a köçmüşdür. xx xxxxxx 2020-ci ildə o, ABŞ-ın Nyu-York şəhərində ağ ciyərlərin xərçəngi xəstəliyindən vəfat edib, xx xxxx 2020-ci ildə onun nəşini Azərbaycana gətiriblər və xx xxxx 2020ci ildə o, Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində dəfn olunub. O, X2 yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və şahidlərin dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 01573841 sayl şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 xx xxxxxx 1963-cü il tarixdə Xaçmaz rayonunun Qımıl-Qışlaq kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 237316 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə anadan olmuşdur, onun atası X5, anası X6r. İş materiallarında olan AZ-İ seriyalı, 261338 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X3 arasındakı rəsmi nikah qeydi xx xxxx 2017-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 405 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi nümayəndəsi X1 İlham Zəkəriyyə oğlunun ölüm haqqında arayışını almaq üçün müraciət etmiş, müraciətinə əsasən xx.xx.2017-xx.xx.2020-ci illər üzrə Maraqlı şəxs üzrə ölümün qeydə alınıb-alınmaması yoxlanılmışdır. X2 barəsində Maraqlı şəxsndə göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Nyu-York şəhəri demoqrafik qeydlər haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X5 xx xxxxxx 2020-ci il tarixdə ABŞ-ın Nyu- York şəhərində vəfat etmişdir. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə anadan olmuş atası X2 xx xxxxxx 2020-ci il tarixdə vəfat etməsi hüquqi faktı iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məsəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayan Respublikasının Mülki Prosessual Məsəlləsinin 310-cu maddəsinə əsasən ərizədcə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçinin atası X2 ölüm faktının müəyyən edilməsi miras qalmış əmlak üzrə vərəsəliyin müəyyən edilməsi ilə əlaqədar zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki,Ərizəçi şəxsin ölüm faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbayсan Respublikasının MPM-nin 216-220-si və 360-sı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası X2 xx xxxxxx 2020-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaysan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar