Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1916/2021 29.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakları ilə, Ərizəçi «Şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1929-cu ildə Quba rayonunda anadan olmuş doğma anası X1 17 oktyabr 1973-cü ildə vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1929-cu ildə Quba rayonunda anadan olmuş doğma anası X1 17 oktyabr 1973-cü il tarixdə Xaçmaz rayonunun Gülalan kəndində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini hazırki həcmdə müdafiə edərək izahatında göstərdi ki, o, Xaçmaz rayonunun Gülalan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 1929-cu ildə Quba rayonunda anadan olmuş X4 onun doğma anası olmuşdur. X14 17 oktyabr 1973-cü ildə yaşadığı Xaçmaz rayonunun Gülalan kəndində vəfat etmiş və qeyd olunan tarixdə o, qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonunun Gülalan kənd qəbirstanlığında dəfn edilmişdir. Anası Əntiqə 17 oktyabr 1973-cü ildə vəfat etməsinə baxmayaraq hüquqi savadsızlıqdan anasının ölümü barədə vaxtında həkim arayışı almamışlar və mərhumun ölümünü Qeydiyyat orqanında qeydiyyata aldırmamışlar. Bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Vərəsəlik məsələlərinin həlli ilə bağlı aidiyyatı orqanlara müraciət edərkən ondan mərhum anasının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bu səbəbdən də anası üçün ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında anasının ölümü barədə həkim arayışı almadıqlarından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, 1929-cu ildə Quba rayonunda anadan olmuş doğma anası X1 17 oktyabr 1973-cü il tarixdə Xaçmaz rayonunun Gülalan kəndində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Maraqlı şəxs səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 göstərdi ki, Ərizəçi uzun müddətdir ki, tanıyır. Onlar həmkəndlidirlər. X4 ərizəçinin doğma anası olmuşdur. Həqiqətən ərizəçinin anası X4 17 oktyabr 1973-cü ildə yaşadığı Xaçmaz rayonunun Gülalan kəndində vəfat etmiş və o, qeyd olunan tarixdə qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonunun Gülalan kənd qəbrstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin digər həmkəndlisi X6 şahid X5 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və Ərizəçi anası X1 həqiqətən 17 oktyabr 1973cü ildə yaşadığı Xaçmaz rayonunun Gülalan kəndində vəfat etməsini və mərhumun qeyd edilən tarixdə qohumların və qonşuların iştirakı ilə Gülalan kənd qəbrstanlığında dəfn olunmasını bir daha təsdiq etmişdir. Mülki işə əlavə olunmuş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xaçmaz rayonunun Gülalan kəndində qeydiyyatdadır. Mülki işə əlavə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qaraçı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 05 iyun 2021-ci il tarixli, 268 saylı arayışdan görünür ki, Ərizəçi Xaçmaz rayonunun Gülalan kəndində yaşayır. Mülki işə əlavə olunmuş 15 mart 1966-cı il tarixli, AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1966-cı ildə Xaçmaz rayonunun Gülalan kəndində anadan olmuş, onun valideynləri X9 və X4 olmuşlar. Mülki işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli çıxarışdan görünür ki, Ərizəçi valideynləri X9 və X4 05 sentyabr 1963-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Mülki işə əlavə olunmuş şahidlərin iştirakı ilə tərtib olunaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qaraçı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 05 iyun 2021-ci il tarixli aktdan görünür ki, Ərizəçi 05 oktyabr 1929-cu il təvəllüdlü, Xaçmaz rayonunun Gülalan kəndində yaşamış anası X4 17 oktyabr 1973-cü il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Gülalan kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, ərizəçinin mərhum anası X2 qəbir abidəsinin fotoşəkili çəkilmiş, qəbir daşının üzərində mərhumun soyadı, adı və atasının adı, doğulduğu və vəfat etdiyi illər həkk olunmuşdur. Mülki işə əlavə edilmiş 02 mart 2021-ci il tarixli, AZ-İİ seriyalı, 159773 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası X9 30 iyun 2000-ci ildə Xaçmaz rayonunun Gülalan kəndində vəfat etmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrini İdarəetmə Birliyi «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsinın baş həkimi tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli, 926 saylı məktubdan görünür ki, Xaçmaz rayonunun Gülalan kənd sakini olmuş 1929-cu il təvəllüdlü X1 adına 17 oktyabr 1973-cü ildə vəfatı barədə ölüm haqqında şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 23 iyun 2021-ci il tarixli, 62 saylı məktubdan görünür ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciəti ilə əlaqədar sonuncunun mərhum anası X1 01.01.1945-23.06.2021-ci illər üzrə Maraqlı şəxsndə ölümünün qeydə alınıb-alınmaması yoxlanılmışdır. Lakin mərhumun Qeydiyyat Şöbəsində göstərilən illər üzrə ölüm akt qeydi tapılmamışdır. Ərizəçiyə rəsmi qaydada izah edilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir və ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edib belə bir nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 1929-cu ildə Quba rayonunda anadan olmuş X4 Ərizəçi doğma anası olmuşdur. Ərizəçinin X14 17 oktyabr 1973-cü ildə yaşadığı Xaçmaz rayonunun Gülalan kəndində vəfat etmiş və qeyd olunan tarixdə o, qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonunun Gülalan kənd qəbirstanlığında dəfn edilmişdir. Əntiqə Muradova 17 oktyabr 1973-cü ildə vəfat etməsinə baxmayaraq ərizəçi və yaxın qohumları hüquqi savadsızlıqdan mərhumun ölümü barədə vaxtında həkim arayışı almamış və mərhumun ölümünü Qeydiyyat orqanında qeydiyyata aldırmamışlar. Bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Vərəsəlik məsələlərinin həlli ilə bağlı yaxın vaxtlarda Ərizəçi aidiyyatı orqanlara müraciət edərkən ondan mərhum anasının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bu səbəbdən də o, anası üçün ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında anasının ölümü barədə həkim arayışı alınmadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilən hüquqi faktın müəyyənləşdirilməsində Ərizəçi məqsədi yalnız gələcəkdə vərəsəlik məsələrini həll etməkdən ibarətdir. Hansı ki, həmin hüquqi faktın məhkəmədən kənar digər orqanlarda müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də şəxsin vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, Ərizəçi 1929-cu ildə Quba rayonunda anadan olmuş anası X1 17 oktyabr 1973-cü ildə Xaçmaz rayonunun Gülalan kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizəçi 1929-cu ildə Quba rayonunda anadan olmuş anası X1 17 oktyabr 1973-cü ildə Xaçmaz rayonunun Gülalan kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev Düzdür: HAKİM XİDİR QULİYEV
Məhkəmə qərarları › İş №2(067)-1916/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1916/2021
29.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver