Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1926/2022 24.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən, Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsinə baxaraq, Müəyyənetdim: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə araşdırılarkən müəyyən olunmuşdur ki, Ərizəçi Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov 3b, mənzil 9-da qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən, ərizəçi X2 Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov 3b, mənzil 9-da qeydiyyatda olduğundan hüquqi faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi Bakı şəhəri, Binəqədi rayon məhkəməsinə verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizə ilə aidiyyatı üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinə müraciət etmək hüququ vardır. Ödənilmiş 100 manat (Qəbz №-si 905863108, ödəniş tarixi xx.xx.2022) məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1926/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1926/2022
24.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver