Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1954/2022 26.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 sentyabr 2021-ci il də Bakı şəhərində anadan olmuş X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi bildirmişdir ki, X2 ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından xx.xx.2021-ci ildə biri X4 olmaqla əkiz uşaqları doğulmuşdur. xx.xx.2021-ci il tarixində gecə vaxtı uşağın halı pisləşərək, ağzından köpük gəlmişdir. Xəstəxanaya çatdırmağa çalışsalar da, yolda vəfat etmişdir. Xəstəxanadan onlara hər hansı bir yardım göstərilməmiş və sonrakı hərəkətləri barədə məsləhət verilməmişdir. Xəstəxana əməkdaşı heç hüquq-mühafizə orqanlarına belə məlumat verməmişlər. Uşağın ölüm səbəbi ona məlum deyil. Bununla bağlı heç bir dövlət orqanı onu dindirib izahatını almamışdır. Uşağı Xaçmaz rayonu, Bay-oba kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə maraqlı tərəf Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X4 Bakı şəhəri, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutuna meyit vəziyyətində gətirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 221 nömrəli aktdan müəyyən olunur ki, həmin akt Bakı şəhəri, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutu işçiləri tərəfindən tərtib olunmuşdur və ünvan 1 ünvanda yaşayan X4 xx.xx.2021-ci ildə K.Fərəcova adına Pediatriya institutuna valideynləri tərəfindən meyit vəziyyətində gətirilmişdir. Uşaqda heç bir həyati göstərici olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan müəyyən olunmuşdur ki, X4 barəsində ümumrespublika eletron məlumat bazasında yoxlanılmış xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci illər üzrə ölüm aktı qeydi aşkar edilməmişdir. Məhkəmə ərizəni və işdə olan sənədlərdən müəyyən etmişdir ki, ərizə MPM-nin 149-cu maddəsinə riayət edilmədən verilmişdir və iddiaçı həmin nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2.-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizədən və iş materiallarından müəyyən olunur ki, ərizəçi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutuna aparılarkən yolda vəfat etməsi həmin institutun əməkdaşları tərəfindən müəyyən olunsa da, ölümün qeydə alınması proseduruna əməl edilməmiş və tibbi şəhadətnamə verilməmişdir. “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının 05 nömrəli xx.xx.2018-ci il tarixli Qərarın 4.4.5-ci ci bəndinə uyğun olaraq ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Göründüyü kimi, Bakı şəhəri, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutun əməkdaşları yalnız akt tərtib etməklə kifayətlənmişlər. “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının 05 nömrəli xx.xx.2018-ci il tarixli Qərarın 4.4.5-ci bəndinə uyğun olaraq meyitin müayinəsi üçün müvafiq tədbirlər görməmişlər. Hazırda isə, ərizəçiyə ölüm haqqında şəhadətnamənin hansı səbəbdən verilməməsinə dair əsaslandırılmış imtina sənədi təqdim etmirlər. Ərizəçinin izahatından da müəyyən olunur ki, o, övladının ölüm səbəbi müəyyən olunmamışdır və o, müvafiq patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsinə göndərilməmişdir. Xəstəxanadan onlara hər hansı bir yardım göstərilməmiş və sonrakı hərəkətləri barədə məsləhət verilməmişdir. Xəstəxana əməkdaşı heç hüquqmühafizə orqanlarına belə məlumat verməmişlər. Uşağın ölüm səbəbi ona məlum deyil. Bununla bağlı heç bir dövlət orqanı onu dindirib izahatını almamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra işin hallarına uyğun olaraq iddia ərizəsi ilə müvafiq (ümumi və ya inzibati) məhkəməyə müraciət etmək hüququ var. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi 16 sentyabr 2021-ci il də Bakı şəhərində anadan olmuş oğlu X1 xx.xx.2021ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra işin hallarına uyğun olaraq iddia ərizəsi ilə müvafiq (ümumi və ya inzibati) məhkəməyə yenidən ərizə ilə müraciət etmək hüququ var. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1954/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1954/2022
26.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver