Məhkəmə qərarları › İş №2(067)-1977/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1977/2020

13.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1977/2020 13.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, əri X1 xx.xx.2019-cu il tarixdə vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onlar X3 ilə 2006-cı ildə faktiki nikah münasibətlərinə daxil olmuşlar. Müəyyən səbəblərə görə nikahlarını xx.xx.2008-ci ildə rəsmiləşdirmişlər. xx.xx.2007-ci ildə oğulları Aynal anadan olmuşdur. xx.xx.2019-cu ildə həyat yoldaşı qəflətən ölmüşdür. Lakin həmin vaxt ərinin ölüm haqqında şəhadətnaməsini almamışlar və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Əri Xaçmaz şəhəri, 29-cu qəsəbə qəbiristanlığında dəfn edilmiş, onun ölümü haqqında tibbi arayış verilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınmaması Qeydiyyat Şöbəsinin məktubu ilə təsdiq olunur. Ona görə də məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq ərindən miras qalmış əmlakın sənədləşdirilməsi üçün onun ölümü haqqında şəhadətnamə alınmasının zəruri olduğunu, ərizədə göstərilən halları şahidlərin təsdiq edə biləcəyini göstərərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə islasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ərizəçinin ərinin iş yoldaşı olduğunu, qohumluq münasibətlərinin olmadığını bildirərək, ərizəçinin əri X1 hərbi komissarlıqda gözətçi işlədiyini, onun xx.xx.2019-cu ildə qəflətən ürək tutmasından öldüyünü və Xaçmaz şəhəri, 29-cu qəsəbə qəbristanlığında dəfn edildiyini, ərizəçinin ərinin dəfn və yas mərasimlərində iştirak etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ərizəçinin atasının əmisi nəvəsi olduğunu, münasibətlərinin normal olduğunu bildirərək, onun xx.xx.2019-cu ildə qəflətən ürək tutmasından öldüyünü və Xaçmaz şəhəri, 29-cu qəsəbə qəbristanlığında dəfn edildiyini, ərizəçinin ərinin dəfn və yas mərasimlərində iştirak etdiyini göstərmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan nikah haqqında AZ-İ 436489 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 və X4 xx xxxxxx 2008-ci il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra ərə “Seyidməmmədov”, arvada “Seyidməmmədova” soyadı verilmişdir. “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 891 saylı arayışından müəyyən olunur ki, ərizəçi ölüm haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddət ərzində lazımi sənədləşdirmə işi aparmadığından və müddət ötürüldüyündən X1 ölümü barədə tibbi arayış vermək mümkün olmamışdır. Maraqlı şəxs xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, X3 barəsində ümumrespublika elektron məlumatı yoxlanılmış və xx.xx.2016-xx.xx.2020-ci illər üzrə ölüm akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan X1 qəbrinin fotoşəklindən görünür ki, X3 xx.xx.2019-cu ildə vəfat etmişdir. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi əri X1xx.xx.2019-cu ildə vəfat etməsi hüquqi faktı iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq isra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məsəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayan Respublikasının Mülki Prosessual Məsəlləsinin 310-cu maddəsinə əsasən ərizədcə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçinin oğlu X2 ölüm faktının müəyyən edilməsi miras qalmış əmlak üzrə vərəsəliyin müəyyən edilməsi ilə əlaqədar zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi əri X1 xx.xx.2019-cu il tarixdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-si və 360-sı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.2019-cu il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaysan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar