Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1986/2025 25.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək anası X4 09 dekabr 1989-cı ildə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, anası X5 1934-cü ildə anadan olmuş, xəstəlikdən sonra 09 dekabr 1989-cu il tarixdə vəfat edib. Anasını Xaçmaz rayonu, Alıc- Qışlaq kənd qəbiristanlığında dəfn etmişlər. Həmin vaxt o anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ölüm haqqında şəhadətnamələri almaq üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Oradan aldığı cavab məktubunda göstərilir ki, ümumrespublika elektron məlumatınan yoxlanılmış xx.xx.1945-xx.xx.2023-cü illər üzrə ölüm aktı qeydi aşkar edilməmiş və ölüm faktları tibb müəssisənin müvafiq sənədi ilə həmin sənəd olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla bağlı Xaçmaz rayon X9 Hüquqi Şəxsinə müraciət etdikdə, anası baradə “Ölüm haqqında tibbi şəhadətnamələr” verilməsi haqqında heç bir sənəd olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və göstərmişdir ki, anası 1989-cu ildə ölüb. Anası ondan ayrı yaşamışdır. Anası üçün ölüm haqqında şəhadətnamə alınmalı olduğunu bilməmişdir. Ondan böyük qardaşları olmuş, onlar da almamışlar. Qardaşlarım da vəfat etmişlər. Əvvəllər ona anasının ölüm haqqında şəhadətnaməsi lazım olmamış, hazırda evin alqı-satqısı ilə bağlı lazımdır. Anasının ölüm faktını təsdiq edən şahidləri var, onların dindirilməsini xahiş edir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi qardaşıdır, münasibətləri yaxşıdır. Anaları xx.xx.1989-cu ildə ölmüşdür. Onun həmin vaxt 23 yaşı olmuşdur. Atası da sağ olmuşdur. Amma nə o, nə də qardaşları anası üçün ölüm haqqında şəhadətnamə almamışlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçinin baldızıdır, onunla münasibətləri yaxşıdır. Evin alqı-satqısı ilə bağlı qayınanasının ölüm haqqında şəhadətnaməsi lazımdır, onu da vaxtında almamıçlar. O, 1992-ci ildə gəlin köçəndə qayınanası ölmüşdür. Amma ərindən eşitmişdir ki, o, 1989-cu ildə ölüb. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, ərizəçinin anası bibisinin qızı olub. Anası Sündüz olub. O, 1989-cu ildə ölüb. Qoca olub ölmüşdür. Dəfndə iştirak etmişdir. İş materiallarından görünür ki, ərizəçi, X4 qohumudur. İş materiallarında olan Şahid1, Həcər Əsədovanın, Sündüz İbrahimovanın iştirakı ilə xx.xx.2025-ci ildə tərtib olunmuş aktdan müəyyən olunur ki, 1934-cü il təvəllüdlü X2 rayonu Alıc qışlaq kənd sakini olmuş, xx.xx.1989-cu il tarixdə vəfat edib və yaşadığı Alıc qışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X3 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X11 xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, 1934-cü il təvəllüdlü X4 xx.xx.1989-cu il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X4 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. 1934-cü ildə anadan olmuş X4 xx.xx.1989-cu il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1986/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1986/2025
25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver