Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1989/2020 13.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X14, Ərizəçi nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi şəxslərin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyəərizəiləmüraciətedərək, X1nun xx.xx.1983-cü il tarixdə, anası X2 xx.xx.2000-ci il tarixdə Xaçmaz rayonunun Dədəli kəndində ölmələri faktının müəyyənedilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə anadan olmuşdur. X1, anası X5 olmuşlar. Atası xx.xx.1983-cü il tarixdə, anası xx.xx.2000-ci il tarixdə vəfat etmişlər. Valideynlərinin vəfat etməsinə baxmayaraq, onlaQeydiyyat orqanında qeydə alınmamışdır. Yaxın vaxtlarda vərəsəlik məsələsi ilə əlaqədar notariat orqanında atası və anasının ölüm haqqında şəhadətnamələri tələb edilmişdir. Bundan sonra o, Maraqlı şəxsnə müraciət etmiş, lakin həkim arayışı alınmadığından və bu arayışın alınması üçün tərəflərindən qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən ölüm şəhadətnamələrinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Atası və anası vəfat etdikdən sonra Xaçmaz rayonunun Dədəli kənd qəbiristanlığında dəfn edilmişlər. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X13 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, ərizəçinin ata və anasının qoca və xəstə olduqlarına görə vəfat etdiklərini, onlardan miras qalmış əmlakın sənədləşdirilməsi üçün onların ölümü haqqında şəhadətnamələrin alınmasının zəruri olduğunu, ərizədə göstərilən halları şahidlərin təsdiq edə biləcəyini göstərərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə islasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7ərizəçinin qonşusu olduğunu, qohumluq münasibətlərinin olmadığını, münasibətlərinin yaxşı olduğunu, ərizəçinin atasının X6, anasının isə X5 olduğunu, ərizəçinin atasının xx.xx.1983-cü ildə, anasının isə xx.xx.2000-ci ildə vəfat etdiklərini və hər ikisinin Xaçmaz rayonunun Dədəli kənd qəbristanlığında dəfn edildiyini, özünün onların dəfn və yas mərasimlərində iştirak etdiyini, ərizəçinin valideynlərinin qoca və xəstə olduqlarına görə vəfat etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X17 şahid X7 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur, onun X1, anası X4r. Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 460 saylı arayışından müəyyən olunur ki, ərizəçinin X1 barəsində ümumrespublika elektron məlumatlar yoxlanılmış və ölüm aktı qeydi aşkar edilməmişdir. Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 461 saylı arayışından müəyyən olunur ki, ərizəçinin anası X5 barəsində ümumrespublika elektron məlumatlar yoxlanılmış və ölüm aktı qeydi aşkar edilməmişdir. “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 822 saylı arayışından müəyyən olunur ki, ərizəçi ölüm haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddət ərzində lazımi sənədləşdirmə işi aparmadığından və müddət ötürüldüyündən X6 və X2 ölümü barədə tibbi arayış vermək mümkün olmamışdır. Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Dədəli kənd X19 İcraiyyə Komitəsinin 1983-1985-ci illərə aid Dədəli kəndi üzrə təsərrüfatbaşına kitabında mərhum X3 doğulduğu tarix 1921-ci il, vəfat etmə tarixi xx.xx.1983-cü il qeyd olunmuşdur. 1996-2000-ci illərə aid Dədəli kəndi üzrə 02 saylı təsərrüfatbaşına kitabında mərhum X2 doğulduğu tarix 1928-ci il, vəfat etmə tarixi 2000-ci il qeyd olunmuşdur. Xaçmaz rayon Dədəli kənd sakinləri tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli aktlardan müəyyən olunur ki, X6 xx.xx.1983-cü il tarixdə, X2 xx.xx.2000-ci il tarixdə vəfat etmişlər və Xaçmaz rayonunun Dədəli kənd qəbiristanlığında dəfn edilmişlər. İş materiallarında olan X3 və X2 qəbirlərinin fotoşəkillərindən görünür ki, X6 1983cü ildə, X5 2000-ci ildə vəfat etmişlər. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi X1nun xx.xx.1983-cü il tarixdə, anası X2 xx.xx.2000-ci il tarixdə vəfat etməsi hüquqi faktı iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq isra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məsəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayan Respublikasının Mülki Prosessual Məsəlləsinin 310-cu maddəsinə əsasən ərizədcə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçinin oğlu X8 ölüm faktının müəyyən edilməsi miras qalmış əmlak üzrə vərəsəliyin müəyyən edilməsi ilə əlaqədar zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi X1nun xx.xx.1983-cü il tarixdə, anası X2 xx.xx.2000-ci il tarixdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-si və 360-sı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X1nun xx.xx.1983-cü il tarixdə, anası X2 xx.xx.2000-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaysan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1989/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1989/2020
13.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver