Məhkəmə qərarları › İş №2(067)-1994/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1994/2021

11.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1994/2021 11.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 14.02.1945-ci il təvəllüdlü mərhum X2nın 01.12.2010-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 14.02.1945-ci il təvəllüdlü X4 onun nənəsidir. O, 01.12.2010-cu ildə vəfat etmişdir. Nənəsi X1 rayon Aqrar İslahatı Komissiyasının 17.12.1997-ci il tarixli 16 saylı qərarı ilə 3451.2 kv.m həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olmuşdur. Həmin özünəməxsus həyətyanı torpaq sahəsini sağlığında ona vəsiyyət etmişdir. Nənəsinin ölümündən sonra həmin əmlakı mülkiyyətinə keçirmək istəyəndə məlum olmuşdur ki, nənəsinin ölüm haqqında şəhadətnaməsi yoxdur. Nənəsinin ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Xaçmaz Qeydiyyat şöbəsinə müraciət edəndə, həkim arayışı olmadığına görə onun ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edib. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq nənəsinin Xaçmaz rayon Molla-burhan kənd qəbristanlığında dəfn edildini, aktın kənd sakinləri tərəfindən imzalandığını, vəsiyyətnamənin notarial qaydada tərtib olunduğunu, vəsiyyət olunan torpağın sənədinin onda olduğunu və nənəsi vəfat edəndən bəri torpaqdan onun özünün istifadə etdiyini bildirərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5, ifadəsində göstərmişdir ki, ərizəçinin qonşusudur, qohumluq əlaqələri yoxdur, münasibətləri yaxşıdır. Ərizəçinin X2 01.12.2010-cu ildə vəfat edib və onu Xaçmaz rayonunun Molla-burhan kənd qəbristanlığında dəfn ediblər. O, qonşu kimi ərizəçinin nənəsinin dəfn və yas mərasimlərində iştirak etmişdir. X4 qocalığı ilə əlaqədar vəfat etmişdir. X4 nəvəsi Ərizəçi torpaq sahəsini vəsiyyət etmişdir və o, öləndən sonra torpaqdan Ərizəçi istifadə edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, ərizəçinin qonşusudur, qohumluq əlaqələri yoxdur, münasibətləri yaxşıdır. X4 ərizəçinin nənəsidir. O, 01.12.2010-cu ildə vəfat edib və onu Xaçmaz rayonunun Molla-burhan kənd qəbristanlığında dəfn etmişlər. O, qonşu kimi ərizəçinin nənəsinin dəfn və yas mərasimlərində iştirak etmişdir. X4 qocalığı ilə əlaqədar vəfat etmişdir. X4 nəvəsi Ərizəçi torpaq sahəsini vəsiyyət etmişdir. Nənəsi öləndən sonra torpaqdan Ərizəçi istifadə edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 05325934 saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, X4 14.02.1941-ci il tarixdə Xaçmaz rayonunun Molla-Burhan kəndində anadan olmuşdur. İş materiallarında olan qəbrin fotoşəkilindən müəyyən olunur ki, X4 01.12.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs 29.03.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, X4 barəsində umumrespublika elektron məlumatı ilə yoxlanılmış, 01.01.1945 - 29.03.2021-ci illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan şahidlərin imzası ilə təsdiq olunmuş 19.04.2021-ci il tarixli aktdan müəyyən olunur ki, X4 01.12.2010-cu ildə vəfat etmiş və onu Xaçmaz rayonunun Molla-burhan kənd qəbristanlığında dəfn etmişlər. İş materiallarında olan 19.04.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizənin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi 14.02.1945-ci il təvəllüdlü mərhum X2nın 01.12.2010-cu il tarixdə vəfat etməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Buna görə də, məhkəmə ərizənin təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli və ərizəçinin 14.02.1945-ci il təvəllüdlü mərhum X2nın 01.12.2010-cu il tarixdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 14.02.1945-ci il təvəllüdlü mərhum X2nın 01.12.2010-cu il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar