Məhkəmə qərarları › İş №2(067)-2005/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2005/2024

20.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2005/2024 20.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator X1 iştirakı ilə nikahın pozulması və aliment tələbinə dair bağlanmış 16 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilinəsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, nikahın pozulması, aliment, uşaqlarının onun himayəsində qalması tələbinə dair Maraqlı şəxs mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamış, mediator X2 özlərinə mediator seçərək, 16 may 2024-cü il tarixdə barışıq sazişi bağlamışıq. Barışıq sazişinə əsasən hər ikisi nikahı davam etdirməmək və Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 12 iyul 2018-ci il tarixli, 234 saylı nikah qeydinin pozulmasına, uşaqların onun himayəsində qalmasına və xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər uşağa 100 (yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit məbləğdə aliment ödəməyə razılaşmışlar. Maraqlı şəxs barışıq sazişinə əsasən hər ikisi nikahı davam etdirməmək və Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 22 iyul 2018-cü il tarixli, 234 saylı nikah qeydinin pozulmasına, uşaqların onun himayəsində qalmasına və xx.xx.2017-ci il təvəllüdlü X9, 1 7.04.2018-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər uşağa 100 (yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit məbləğdə aliment ödəməyə razılaşmışdır. Lakin Maraqlı şəxs 10 gün könüllü miiddət keçməsinə baxmayaraq alimenti ödəməmiş və nikahın ləğvi məhkəmə qaydasında pozulduğu üçün, 10 gün könüllü vaxt keçdiyi üçün mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü icra etməmişdir.Ona görə də nikahın ləğvinə və aliment tələbinə dair olan xx.xx.2024-cü il tarixdə onunla Maraqlı şəxs arasında bağlanmış sazişin təsdiqlənməsi zərurəti vardır.10 gün könüllü vaxt keçmişdir. Mediasiya prosesində iştirak etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul edərək izahatında göstərmişdir ki, boşanmağa ikisi də razıdır. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə, ərizəçi və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X13, xx.xx.2018-ci il təvəllüdlü X12, xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X11 adlı övladları vardır. - xx.xx.2024-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, tərəflər könüllü olaraq nikahın ləğvinə və aliment öhdəliyinə görə razılaşdılar. Uşaqların ananın himayəsində qalmasına ata etiraz etmədi. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi anası - Ərizəçi yanında yaşamalarına razıdırlar. Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2024-cü ildən başlayaraq hər ay 4 uşaq üçün 400 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Öhdəlik 10 gün müddətinə könüllü icrası olmalıdır. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə Maraqlı şəxs ər-arvad münasibətlərinin davam etdirilməsinin mümkünsüzlüyü qənaətinə gələrək xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şərtlərinə görə hər iki tərəf xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü ildən başlayaraq hər ay 400 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Lakin, qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Bu Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Bu Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 2024-cü il may ayının 16-dan başlayaraq hər ay 400 (dörd yüz ) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürməsi barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞQ/MT-027/2024/000752 saylı Barışıq sazişi təsdiq edilsin. Qətnamə xx.xx.2024-cü il tarixli, MŞQ/MT-027/2024/000752 saylı barışıq sazişinin alimentə dair hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar