Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2025/2025 02.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «şəxsin ölüm faktının müəyyən edilməsinə dair» ərizəsi üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 05 yanvar 1977-ci ildə Xaçmaz rayonunun Yataqoba kəndində anadan olmuş həyat yoldaşı X1 20 noyabr 2019-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 22 oktyabr 1996-cı il tarixdə X2 ilə ailə həyatı qurmuşdur. xx.xx.2019-cu il tarixdə həyat yoldaşı X2 yaşadıqları Xaçmaz rayonunun Çinartala kəndində vəfat etmişdir. O, vəfat etdikdən sonra Xaçmaz rayonunun Çinartala kəndində kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, onun səhlənkarlığı və qanunu bilmədiyindən vaxtında həyat yoldaşı X2 üçün ölümü barədə həkim arayışı almamışdır. Həyat yoldaşı X2 xx.xx.2019-cu il tarixdə vəfat etməsinə baxmayaraq tibbi şəhadətnamə alınmadığından onun ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Hazırda zərurət yarandığından ondan vəfat etmiş həyat yoldaşı X1 ölüm şəhadətnaməsi tələb olunmuşdur. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etməli olmuşdur. Müraciəti əsasında Qeydiyyat Şöbəsində sənədləri nəzərdən keçirilərkən müəyyən edildi ki, o, qanunla müəyyən edilmiş müddət ərzində tibbi şəhadətnamə alaraq, Qeydiyyat Şöbəsinə təqdim etmədiyindən həyat yoldaşının ölümü qeydə alınmamışdır. Bu səbəbdən ona həyat yoldaşının ölüm şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Bundan sonra o, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət edərək, həyat yoldaşının ölümü barədə tibbi şəhadətnamə almaq istəmiş, lakin, bununla əlaqədar vaxtında sənədləşmə işinin aparmadığına görə ona ölüm barədə tibbi şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Ona məhkəməyə müraciət etməyi tövsüyyə edilmişdir. Təkrar qeyd etmək istəyir ki, həyat yoldaşı X5 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Çinartala kənd qəbirstanlığında, kənd camaatının iştirakı ilə dəfn edilmişdir (aktın surətini ərizəsinə əlavə etmişdir). Yuxarıda göstərilən səbəblərdən həyat yoldaşı X1 xx.xx.2019-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmiş və ərizəsinə uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, vəfat edən həyat yoldaşıdır. Ağır xəstə olmuşdur. Mərhum həyat yoldaşı X2 2019-cu ildə yaşadıqları Xaçmaz rayonu, Çinartala kəndində xəstəlikdən vəfat etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə sinifyoldaşı olmuşdur. Bəxtiyarın həyat yoldaşı xəstə idi və ürək tutmasından vəfat etmişdir. Dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, Ərizəçi dostudur. Bəxtiyarın həyat yoldaşı ürək tutmasından vəfat etmişdir. O, dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatınıvə şahidlərin ifadələrini dinləyib, ərizəçinin təqdim etdiyi sənəd və sübutları tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Hazırki mülki işin hüquqi əsası ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: XİX-ЖГ seriyalı, 465605 nömrəli doğum haqqlnda şəhadətnamənin surətindən müəyyən edilir ki, X2 05 yanvar 1977-ci ildə Xaçmaz rayonu, Yataqoba kəndində doğulmuşdur. Xaçmaz şəhəri sakinlərinin iştirakları ilə tərtib olunaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çinartala kənd İƏD-nin nümayəndəliyi tərəfindən təsdiq olunmuş 14 mart 2025-ci il tarixli aktdan görünür ki, X2 20 noyabr 2019-cu il tarixdə Xaçmaz rayonunun Çinartala kəndində ölmüş və həmin kənd qəbristanlığında dəfn edilmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çinartala kənd İƏD-də nümayəndəsinin 11 aprel 2025-ci il tarixli, 115 №-li arayışından müəyyən edilir ki, X2 20 noyabr 2019-cu il tarixdə Xaçmaz rayonu, Çinartala kəndində dünyasını dəyişmişdir. Xaçmaz rayonu, Çinartala kənd qəbirstanlığında dəfn olunmuşdur və məzarı həmin kənd qəbirstanlığında yerləşir. «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X8 23 aprel 2025-ci il tarixli, 18-1-43/2- 615/2025 №-li məktubundan müəyyən edilir ki, Xaçmaz rayon sakini olmuş 05 yanvar 1977-ci il təvəllüdlü X1 20 noyabr 2019-cu il tarixdə vəfatı barədə «Ölüm haqqında tibbi şəhadətnamənin» verilməsi haqqında «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X9 heç bir məlumat yoxdur. Maraqlı şəxs Ərizəçi ünvanlandığı 09 aprel 2025-ci il tarixli, 287 №-li məktubundan müəyyən edilir ki, X1 xx.xx.1977-xx.xx.2025-ci illər üzrə ölümünün Maraqlı şəxsndə qeydə alınıb-alınmaması yoxlanılmış, X1 göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə ərizəçinin təqdim etdiyi sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, Ərizəçi həyat yolaşı - Xaçmaz rayonu, Yataqoba kəndində anadan omuş, 05 yanvar 1977-ci il təvəllüdlü X1 20 noyabr 2019-cu il tarixdə Xaçmaz rayonunun Çinartala kəndində ölməsi faktı sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Xaçmaz rayonu, Yataqoba kəndində doğulmuş, 05 yanvar 1977-ci il təvəllüdlü X1 20 noyabr 2019-cu il tarixdə Xaçmaz rayonu, Çinartala kəndində ölməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi həyat yoldaşı - Xaçmaz rayonu, Yataqoba kəndində anadan olmuş, 05 yanvar 1977-ci il təvəllüdlü X1 20 noyabr 2019-cu il tarixdə Xaçmaz rayonu, Çinartala kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-2025/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2025/2025
02.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver