Məhkəmə qərarları › İş №2(067)-2031/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2031/2020

14.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2031/2020 14.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Quliyev Xıdır İnqilab oğlu İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon AİK-nın xx.xx.2020-ci il tarixli, 22 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Çarxı kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə olunan hissəsinin və həmin sahədə tikilmiş evin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, cavabdehin ailəsi ilə birlikdə həmin evdən çıxarılması və həmin evin tərəfindən miras əmlak kini qaəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiçdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin soyadı İlyasov olduöu halsa səhvən İlasov yazılmış, elıəcı də iddiaçı tərəfindən öz tələbini əsaslandırdığı hallara dair sənədlər (yaşayış evinin hüquq müəyyənedici sənədləri və digər sənədlər) və həmin sənədlərin cavabdehə verilməsi üçün surətləri iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı İİddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar